Giriş
Bağla

Canan Karatayı Nebahat Çehre ilə müqayisə etdilər

Günün əsas xəbərləri

Canan Karatayı Nebahat Çehre ilə müqayisə etdilər


Türkiyəli professor Canan Karatayı aktrisa Nebahat Çehre ilə müqayisə edilməsi sosial mediada gündəm olub.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ikisinin 76 yaşında olmasına baxmayaraq, aktrisanın daha gənc görünməsi ilə bağlı karikaturalar çəkilərək paylaşılır.

Karatay və Çehre müqayisəli şəkillərə münasibət bildiriblər. 

Professor paylaşımlara güldüyünü deyib. "Nebahat xanım, çox dəyərli sənətçidir. Həm də Türkiyə gözəlidir. Bu müqayisələrə əsəbləşmirəm, əksinə əylənirəm" deyə, o bildirib.

Aktrisa isə öz növbəsində bu cür paylaşımlardan utandığını dilə gətirib:

"Canan həkimə hörmətim sonsuzdur. Həyatını elmə həsr etmiş çox dəyərli professordur. Bu cür müqayisələri gördükdə utanıram. Mənim sirrim düzgün qidalanma və idmandır".

Qeyd edək ki, C.Karatay pəhrizi ilə çox sayda insan arıqlayaraq sağlamlığına qovuşub.



Şərhlər (1)

Iceberg Iceberg 19 September 2019 12:59 Cavab yaz

karatay duzgun qidalansaydi o da gozel olardida)))

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика