Giriş
Bağla

Sobada badımcan (foto-resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

250 qram quzu quş başı

2 y/q kərə yağı

1 ədəd doğranmış soğan

4 diş doğranmış sarımsaq

1 ədəd doğranmış bibər

1 ç/q pomidor pastası

3 ədəd doğranmış pomidor

istiot

duz

1 kiloqram badımcan

 

Hazırlanması:

Ət və kərə yağını qazana əlavə edin. Suyunu çəkənə qədər qovurun. Soğanı, sarımsağı və qırmızı bibəri əlavə edib solğunlaşana qədər qovurun. Pomidor pastasını və pomidorları əlavə edərək qovurmağa davam edin.

Sobada badımcan (foto-resept)

Xəfif yağlanmış listə badımcanları düzün. Üstünə duz, istiot səpin. Bişən qovurduğunuz qarışımı badımcanların üstünə əlavə edin. 180 dərəcədə 1 saat bişirin. 

Sobada badımcan (foto-resept)



Şərhlər (2)

kifayet9 kifayet9 28 August 2019 19:34 Cavab yaz

Yayın əvəzolunmaz yeməklərindən


Çox sevdiyim yeməkdi. Amma sobada bişirməmişəm
Milana.M Milana.M 28 August 2019 19:32 Cavab yaz

Yayın əvəzolunmaz yeməklərindən

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика