Giriş
Bağla

Qırmızı bibər turşusu (foto-resept)

MƏTBƏX / Konserv məhsulları

 

Tərkibi:

1 kq qırmızı bibər

3-4 ədəd acı qırmızı bibər

1 st sirkə

1 st duru yağ

1,5 y/q qaya duzu

4-5 diş sarımsaq

4-5 budaq cəfəri

su

 yarım ç/qı salisil turşusu 

 

 

Hazırlanması:

Sarımsaqları soyub bir neçə parçaya bölün. Qırmızı bibərləri kiçik-kiçik doğrayın. Cəfərini də doğrayıb qarışdırın. Qaba doldurun. Üzərinə sirkə, yağ və duzu əlavə edin. 1 stəkan içməli suyun içində salisil turşusu qaba əlavə edin. Qalan boşluğu da, su ilə doldurun.

Qırmızı bibər turşusu (foto-resept)

Qabın qapağını bağlayıb çalxalayın. Bu əməliyyatı turşunu qoyduğunuz gün 3-4 dəfə təkrarlayın. Bir neçə gün ərzində gündə 1 dəfə silkələyin ki, yağ və sirkə bibərə yaxşıca qarışsın. Qırmızı bibər turşusunu sərin yerdə saxlayın.

Qırmızı bibər turşusu (foto-resept)



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика