İslam dininin ən vacib sayılan fərzlərindən biri, onun təbliği və özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında Qurban bayramı adlanan dini mərasim müsəlmanlar arasında geniş yayılan ayinlərdəndir. O, Quranın müəyyən etdiyi dini tələbdir, müsəlmanların riayət etdiyi ümumi mərasimdir.
Üç səmavi dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Əslində qurban ayini İslamdan çox-çox əvvəllər, müxtəlif ölkələrdə müxtəlif cür icra olunurdu. Məsələn, qədim dövrlərdə qurban verilənlərin əksəriyyəti hərbi əsirlər olmuşdur. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə qayğılar doğururdular. Buna görə də onların qurban verilməsi ən əlverişli və müqəddəs əməliyyat sayılırdı.
Cəmiyyətin ictimai-iqtisadi inkişafının müəyyən pilləsində, insan əməyinin məhsuldarlığı artıb izafi məhsul yaratmağa başladıqda, yəni cəmiyyət siniflərə bölündüyü zaman hərbi əsirləri qurban verib öldürmək əvəzinə, onları qula çevirib işlətməyə başladılar. Bu dövrdən etibarən allahlara verilən qurbanlar əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və quşları qurban vermək adət halını aldı.
Atəşpərəstlər isə insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkələrdə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar.
Islam dini ərəb tayfalarının həmişə icra etdikləri qurban vermək adətinə müqəddəslik mahiyyəti verərək, onu Qurban bayramı adlandırıb müsəlmanlığın əsas tələblərindən birinə çevirdi. Onun bu adətə etdiyi yeganə əlavə ondan ibarət olmuşdur ki, bu mərasimi istənilən vaxt keçirməyin əvəzinə hər il hicri tarixi üzrə Zilhiccə ayının 10-da keçirməyi qanuniləşdirmişdir.
Islam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.
Qurban bayramı haqqında Qurani-Kərimdə deyilir ki, “Allah Beytülhəram olan Kəbəni haram ayı (zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi”. Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır.
Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu andan etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın şərəfinə kəsib, Ona öz itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur.
Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir.
XƏBƏR LENTİ
Bunları bilirsinizmi?
Sahibinin dediklərini 9 dilə tərcümə edən maska
Tərəvəzli toyuq (foto resept)
Fatih Terim: "Ölüm qrupuna düşmək istəmirik"
Cansu Dere villası sayəsində onlarla qonşu oldu
Bakı sürücülərinə müraciət olundu
Ağrı hiss etməmək xəstələri təhlükəyə atır
HAVA necə olacaq? 21 İyun
Antarktidadan böyük AYSBERQ QOPDU – Alimlərdən HƏYƏCAN TƏBİLİ
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
ÜST onlayn dərslərin uşaqların psixi sağlamlığına təsirini qiymətləndirib
Qız qalası və muzeylərə giriş pulsuz olacaq
Yağış yağacaq
“Dünya romanıma çevrilib” - Stiven Kinq
Min bir dərdin dərmanı
Qırmızı xalıda görülən ən əcaib geyimlər
Sadə donlar
ETİRAFLAR-"Çox çarəsizəm!"
Çətin anlar üçün praktik məsləhətlər
Yeni virusdan tam sağalan var!-FOTO
Sabahın HAVAsı - küləkli, dumanlı, şaxtalı
İki boksçumuz dünya çempionatının medalını təmin etdi
Rusiyada daha bir qadağa
Cenifer Lopezin YENİ FOTOLARI
Castin Biberin xanımı Diqqət Çəkdi-FOTO
"Kurtlar Vadisi"nin aktyoru qəfildən öldü-FOTO
Bu stansiyaya giriş-çıxış vaxtı uzadıldı
Yerin daxili quruluşu - Litosfer
Miqrantlara sərfəli alternativ bazar ola bilər
2017 MTV Video Musiqi Mükafatları: qırmızı xalı
Kələmli makaron (foto resept)
Tapılan qədim sikkələr dünyanı şoka saldı - FOTO
Can Yaman əsgərlik FOTOsunu paylaşdı
Ankara Papaya nota verdi
Türkiyədə yeni tədris ilinin başlayacağı tarix məlum oldu
Piyada zolağında kim daha üstündür?
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Gecə üzə qulluq
Castin Biber ağır xəstəliyə yoluxdu
Türkiyənin ən varlı qadını boşanır
Çimərlikdə istifadə edə biləcəyiniz saç modelləri
Evdəki mənfi enerjini necə təmizləməli?
Toyuq Çığırtması
Günün qoroskopu: Təxəyyülü işə salın!
BÜRCLƏR bizə nə vəd edir? - 24 APREL
Qaçqın qadın 4 gündür ağacda yaşayır - FOTO
Möhtəşəm üzük modelləri
Hollandiyada "Məmməd Məmmədov" parkı
Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək
İş axtaranların nəzərinə: Bukingem sarayında aşpaz vakansiyası var