Giriş
Bağla

28 min abituriyent arasında maksimum bal toplayan Səbinə - FOTO

Günün əsas xəbərləri

28 min abituriyent arasında maksimum bal toplayan Səbinə - FOTO


Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda III ixtisas qrupu üzrə bir abituriyent Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu Zülfiyeva Səbinə Novruz qızı ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

Qadin.Net xəbər verir ki, maksimum bal toplayan abituriyent oxu.az-a danışıb.

O, bakalavr təhsilini Azərbaycanda alacağını deyib:

"Buraxılış imtahanında 270 bal toplamışam. Hüquq fakültəsini seçəcəyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və ya Bakı Dövlət Universitetində təhsil alacağam. Magistratura təhsilimi isə xaricdə davam etdirəcəyəm".

Səbinə Zülfiyeva qeyd edib ki, ona ən böyük dəstəyi anası göstərib:

"Müəllimimin mənim üzərimdə rolu böyükdür. İngilis dili və tarix fənnindən dərs deyən müəllimlərim məni universitetə təmənnassız hazırlaşdırıblar. Onlara, məktəb direktoruna, xüsusilə anama təşəkkür edirəm. Hər biri mənə dəstək olublar".

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib



Şərhlər (2)

senin-kolgen senin-kolgen 20 July 2019 12:21 Cavab yaz

Daha ele olacaqda pulsuz muellimler hazirlasdirib nece olmalidiki bir muelim 50 manatadan asaqi kecmir kursu
Milana.M Milana.M 20 July 2019 08:31 Cavab yaz

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarında 28 291 abituriyent iştirak edib

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика