Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
-A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
-Arvad, sən hökümətin ləzzətini anlamırsan.
Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyam çıxacaq.
Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
-Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
-Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan.
Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır...
Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan.
Görünür, sən də rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
-Nə var?
Dedi:
-Heç, bir az başım ağrıyır.
Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına.
Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayi Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi.
Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı.
Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər.
At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”.
O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
-Vot Patap, bomba rabatay!
-Qde?
-Dom Feyzulla bomba pirnesom.
Patap – İvana xəbər elədi, İvan – oqolodoçniyə, oqolodoçin – pristava, pristav – qalabəyinə, qalabəyi – jandarmlar rəisinə.
Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, saldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
-Kimsən?
Dedilər:
-Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Bir təhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər:
-Danışma, gərək sənin evin axtarılsın!
Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər.
Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
-Barin, vot, vot bomba!
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzulla da, qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını cürətləndi və birdən səsləndi:
-Ay ağalar, o çuvalların nəyindən qorxursunuz?
İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalların ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Makiyaj məhsullarını daha səmərəli istifadə etməyin yolları
Çinlilərin gözü qıyıq olmağının səbəbləri
Bulvarda 15 gün "Lazer şou" olacaq
Toy xəbəri yalan çıxdı
Xərçəngi məhv edən lazer hazırlandı
Yunan salatı (foto resept)
2015-ci il dəbli çantaları
Müasir dizaynlı vanna otaqları
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Mənim əl işlərim
Bakıda şaxtalı havalara son
Test ləğvində köhnə nazirdən təzəyə dəstək
BÜRCLƏR bizə nə vəd edir?-29 Yanvar
Leyla Əliyevadan qızına ad günü təbriki - FOTO
Bədəni təmizləyən 4 qida
Dərsə gedənlər üçün asan saç modelləri
Epilepsiya ilə autizm arasında əlaqə varmış
Bakıda uşaq oxutduran valideynlərə xoş xəbər
Sağlam uşaq xəstələnməlidir - ÜST
Dolu xanımlar üçün donlar
Azərbaycanda distant təhsilin mexanizmləri hazırlanır
Məşhur müğənni deportasiya olundu
Acı bibərli isti şokolad
Evdə hazırlaya biləcəyiniz 3 üz maskası
Əl işlərim
Ölümcül xəstəliyin sonu
Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlandı
Köhnə geyimlərdən yeni don tikdi
Quşların cəhənnəmi
Dırnaq boyasının ömrünü uzadan məsləhətlər
Uşaqlarınıza dərs deyən SAXTA müəllimlər
Alimlər açıqladı: İstilərin koronavirusa təsiri... – Yeni xəbər var
Banklara xəbərdarlıq etdi
Günün ulduz falı
Məşhur rejissor koronavirusdan öldü
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Dünya ölkələri haqqında maraqlı faktlar
İlin ən möhtəşəm şousu başlandı
"Rembo"nun tanıtım çarxı təqdim edildi-VİDEO
Təkrar istifadə olunan maskaların təhlükəsi - VİDEO
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
Gündəlik geyim kombinasiyaları (2)
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Günün qoroskopu: yaxınlarınızla fikir ayrılıqları yaranacaq
Hakerlər Azərbaycanın qaz kəmərinə hücum edib?
Mənim arıqlama sirrim
Sabahın HAVAsı
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ
HAVA necə olacaq?-27 FEVRAL