Doğuşdan sonra tez-tez qəbizlik əmələ gəlir. Əgər bağırsaqların normal işləməyə başlaması sizdən bir neçə gün tələb edərsə, bundan heç də məyus olmayın. Bu normal haldır.
Rasionunuza bişmiş çuğundur, alma, qara gavalı, kişmiş, əncir və ərik qurusu, kəpək çörəyi daxil edin.
Çoxlu maye için, duru qida bağırsaqların daha asan boşalmasına imkan yaradır. Hərəkətsizlik bağırsaq fəaliyyətinin azalmasına gətirib çıxarır, buna görə də imkan daxilində qısa gəzintilər edin və ya yataqda uzanarkən sadə idman hərəkətləri edin. Lazım olarsa, işlətmə dərmanları və ya rektal şamlardan istifadə etmək olar.
Bir çox hallarda doğuşdan sonra hemorroidal düyünlər əmələ gəlir (babasil). Bu zaman nəcis ifrazının müntəzəm olmasına diqqət yetirin, hər dəfə bayıra gedəndən sonra arxa dəliyi ilıq su ilə təmiz yuyun. Belə hallarda həkiminiz sizə xüsusi rektal şamlar da təyin edə bilər. Rasionunuza maqneziumla, S, K, P vitaminləri ilə zəngin olan qida məhsulları daxil edin.
Hərdən, xüsusilə də doğuş ağır keçdikdə, sidik ifrazında çətinliklər əmələ gəlir. Sidik kisəsinin müntəzəm boşaldılması uşaqlığın daha tez yığılmasına kömək edir. Buna görə də, çətin də olsa, doğuşdan 6-8 saat sonra sidik kisəsini boşaltmaq zəruridir. Sidik kisəsini fəallaşdırmaq üçün siz imkan daxilində yataqdan tez durmalı, bir qədər gəzişməlisiniz. Əgər siz metal ləyəndən istifadə edirsinizsə, xahiş edin ki, onu bir qədər qızdırsınlar. Ləyəndən uzanmış vəziyyətdə deyil, oturaq vəziyyətdə istifadə edin. Tələbat yarandıqda isə sidik kisəsini nazik rezin borucuqdan (kateter) istifadə etməklə boşaldırlar. Çox nadir hallarda sidiyi saxlaya bilməmək kimi vəziyyət müşahidə olunur. Bu zaman sidik qeyri-ixtiyari, hətta cüzi gücənmə zamanı ifraz olunur.
Ürək-qan damar sistemi tərəfindən tez-tez rast gəlinən fəsadlardan biri aşağı ətraf damarlarının tromboflebitidir. Tromboflebit damar daxilində trombun (qan laxtası) əmələ gəlməsi nəticəsində damar divarlarının iltihablaşmasıdır. Tromboz təhlükəsi ürək-qan damar sistemi xəstəlikləri, damarların varikoz genişlənməsi, piylənmə, hamiləliyin ikinci yarısının toksikozları zamanı daha da artır. Çox zaman tromboflebit sonrakı 2-ci və 3-cü günlərə təsadüf edir. Xəstəlik kəskin, ayaqda güclü ağrılarla, bədən hərarətinin 39-400C-yə qədər qalxması, titrəmə ilə başlayır. Bir gündən sonra ayaqda şişkinlik əmələ gəlir. Zədələnmiş ayaqda soyuqluq, qarışqa yeriməsi hissi yarana bilər.
Doğuşdan sonra yumurtalıqlarda dəyişikliklər baş verir. Artıq doğuşdan bir neçə həftə sonra follikullar yetişməyə başlayır. Süd verməyən və bəzi süd verən qadınlarda menstrual tsikl bərpa olunur. 80% qadınlarda bütün südvermə dövründə menstruasiya olmur, lakin bu bütün hallarda sonsuz dövr sayılmır. Bəzən menstruasiya tsikli bərpa olunmamış qadın hamilə qala bilər. Buna görə də hamiləliyin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir.
Süd vəziləri 2-3-cü günlərdə ilkin süd ifraz edir ki, bu da zülal, vitamin, anticisimlərlə zəngin olub, körpəni müxtəlif infeksiyalardan qoruyur. Doğuşdan 3-4 gün sonra süd vəzilərində qan dövranı güclənir. Bu zaman süd vəziləri gərginləşir və həcmcə böyüyür. Bədən hərarətinin bir qədər yüksəlməsi müşahidə oluna bilər. Bütün bunlar südün əmələ gəlməsi üçün hazırlıq dövrünə təsadüf edir. Bu prosesin stimulyasiyası və südün geri çəkilməməsi üçün körpəni əmizdirmək çox vacib şərtdir. Çünki bu zaman döş giləsi qıcıqlanır, bu isə baş beyində süd ifrazı mərkəzinin oyanmasına gətirib çıxarır. Nəticədə isə ana südünün həcmi çoxalır. Bu səbəbdən körpəni əmizdirmək üçün südün ifraz olmasını gözləmək düzgün deyil. Körpəni dərhal doğuşdan sonra ilkin südlə əmizdirmək çox xeyirlidir.
Süd vəzisinin iltihabı olan mastit xəstəliyi döş gilələrinin çatları zamanı zərərli mikroorqanizmlərin vəzə daxil olması nəticəsində baş verir. Bu xəstəliyin profilaktikası üçün hamiləlik vaxtı vəziləri əmizdirmək prosesinə hazırlamaq və döş gilələrini təmizlikdə saxlamaq lazımdır. Mastit zamanı çox vaxt yalnız bir vəzi zədələnir. Xəstəlik kəskin başlanır. Süd vəzisinin həcmi böyüyür, ağrılar əmələ gəlir, zədələnmiş nahiyədə dəri qızarır, bədən hərarəti 390J-yə çatır. 1-2 gündən sonra həmin nahiyədə bərkimə əmələ gəlir. Düzgün müalicə zamanı bərkimə tezliklə sorulur. Müalicə aparılmazsa, iltihablaşmış sahə irinləyir və cərrahi müdaxilə vasitəsilə irin xaric edilir. Bu halda xəstə vəzlə körpənin əmizdirilməsi dayandırılmalı, süd ya sağılmalı, ya da südsoranla sorulmalıdır. Yalnız südün sterilliyə analizi verildikdən sonra körpəni yenidən əmizdirməyə başlamaq olar
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Lirikada fizika və dünyəvilik" (1)
Hadisədən Qalmaqallı FOTO
8103 SMS icazə sisteminin qüvvədə olma müddəti uzadıldı - RƏSMİ
İlin astroloji təhlili – 2020-ci ilə hazır olun!
Eyni vaxtda 4 böyük universitetə qəbul oldu - Azərbaycanda İLK
Gün şüalarından özünüzü qoruyun
Britaniyada istiyədavamlı şokolad icad edilib
3 şahmatçımız medalla dönür
Hamiləlik dövrləri (11-19 həftələr)
Düşməni məhv etdi, yaralı yoldaşlarını ərazidən çıxardı, doğum günündə şəhid oldu
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Rəqibimiz "Barselona" oldu
Özünü ifadə etmək və dinləmək
Yeni qatarlar keçdiyi yerlərdən "od salacaq"
Bakıda güclü partlayış
Ağıllı şəhərlər trilyonlar qazandıra bilər
Ermənilər Tərtər və Ağdamı atəşə tutur - RƏSMİ
Pensiyaçılara ŞAD XƏBƏR
Kişilər evləndikdə niyə kökəlir?
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Windows-da boşluqlar sürətlə artır
Ermənistan çıxılmaz vəziyyətdə: Ordumuza qarşı indi də qız uşaqlarını silahlandırır
"Çarpışma"nın aktrisasını ölümlə hədələdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
Ən isti ili yola salırıq
Bijuteriyalar
Cəlil Cavanşir kampaniya başlatdı!
"Nokia" yeni 3310 modelini təqdim etdi
HAVA necə olacaq?
3 saat maşın sürdü 48 min dollarlıq cərimələndi-FOTO
Xankəndi tamamilə boşaldılıb – FOTO
Prezident Şəkinin "Marxal"ında
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Şəhzadə ilə evlən Meghanın bahalı gəlinliyi
Etna oyandı
Cəfərinin faydaları
Türkiyə idmançısı Bakıda çempion oldu
Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib
Repetitor yanına gedənlərə xəbərdarlıq -VİDEO
"İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır"
"Zəhərlənmə mövsümü" gəlir
"Çingiz mənim kumirimdir"
Badamla gözəlləşin
Simgeni Yıldız Tilbeyə bənzətdilər
Qış ayaqqabısını necə seçməli?
Övladı I sinfə gedəcək valideynlər üçün VACİB MƏLUMATLAR
Xarço-Gürcü mətbəxi (foto resept)
Dünyanın ən sağlam 10 qidası
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ
Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib
- ŞƏRHLƏR