Giriş
Bağla

Ədəbiyyatın ən qısa şah əsərləri

Bizimdir! / Kitabsevərlər / Kitablar

 

Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar

 

1. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:

"Uşaq çəkmələri satılır. Geyilməmiş".

Ədəbiyyatın ən qısa şah əsərləri

2. Frederik Braun heç vaxt yazılmamış ən kiçik qorxulu hekayəni yazır:

"Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər..."

 

3. O. Henri ənənəvi hekayəni təşkil edən - Giriş, kulminasiya, nəticəni ehtiva edən ən kiçik hekayənin yazılması müsabiqəsinin qalibi olmuşdur.

"Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi".

Ədəbiyyatın ən qısa şah əsərləri

4. İngilislər də ən kiçik hekayə üçün müsabiqə təşkil etdilər. Lakin müsabiqənin şərtlərinə görə hekayədə kraliça, Allah, seks, sirr kəlmələri iştirak etməliydi. Birinci yeri bu hekayənin sahibinə verdilər:

"Aman, Allah, - kraliça ucadan dedi, - mən hamiləyəm və kimdən olduğunu bilmirəm!"

 

5. Ən qısa avtobioqrafiya üzrə bir yaşlı fransız qadın qalib oldu.

"Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə - tərsinədir".

 

Tərcümə və tərtib: Fərid Abdullah



Şərhlər (2)

Pervin Pervin 7 June 2019 13:01 Cavab yaz

1. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:
Halima Halima 6 June 2019 19:14 Cavab yaz

"Aman, Allah, - kraliça ucadan dedi, - mən hamiləyəm və kimdən olduğunu bilmirəm!"

crazy

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика