Vəz etdiyin inandı, sən amma inanmadın!
Vəz etdiyin inandı, amma sən inanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!
Yatdıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqrə, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə – od – deyə uddun da, yanmadın!
Qəssabxanəni bizə darülaman dedin,
Doğru libasına bürünüb, min yalan dedin,
Olduqca müştəbih: “Qələt etmə, inan!” – dedin,
Kim yaxşı söylədisə, ona min yaman dedin,
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin;
Bir vəqt olar tanır səni, hər kimsə qanmadın!
Bu məhz bir söz idi – həqiqətdi sanmadın!
Fəssad olub da milləti daim damarladın,
Hər kəs əlindəkin yerə atdı, qamarladın,
Ciyfə dedikcə mali-cəhani toparladın,
Fani dedikcə mülkə, – imarət hamarladın,
Sərişteyi-mədaxili möhkəm yumarladın,
Rüşvət haramdır, dedin, aldın, utanmadın!
Vəz etdiyin inandı, sən inanmadın!
Qövli-sərih ikən, əcəba, “mən kəfər” sözü,
Etməkdəsən bəhaneyi-təkfir hər sözü,
Zənnim budur ki, ortada olsa gər olsa zər sözü,
Hərgiz danışmasan belə alçaq, hədər sözü,
Vicdanə, abruyə, həyayə dəyər sözü,
Bir vaxt olar tanır səni hər kimsə qanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!
Cildi-qənəmdə oldun, əcəb gürgi-canşikar,
Nəfsin susub, yorulmayaraq oldu töməxar,
Hiylən duyuldu şimdi, sənə olmaz etibar,
Əsrari-müxtəliflərin olduqca aşikar
Qalsın deyə səhayifi-dəftərdə yadigar
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!
Mirzə Ələkbər Sabir
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sərnişinlərə şad xəbər
Yaşı 25-dən yuxarı olan xanımların problemləri
Prezident İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbə verdi
Dolmabalıq (foto resept)
Boyası qaçmış saç diblərini necə gizləməli?
Şokolad xülyası (foto resept)
Bakı 4-cü yerdədir
Günəş vannaları dəri xəstəlikləri yarada bilər
30 gün ərzində necə gözəlləşmək olar?
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Müslüm Maqomayev haqqında serial
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Leyla Əliyeva Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi"nin açılış mərasimində
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
2019-un trend saç rəngləri
"Braziliyaya dünya çempionu olmaq üçün gəlmişik"
Qızlar üçün: "Onu evlənməyə necə razı salaq?"
"Xanım kaprizi" tortu (foto resept)
Təhsil Nazirliyindən “Bayraq yürüşü”
Günün qoroskopu: Qətiyyətli, əzmli olun
Müasir gəlinlər üçün fərqli nişan üzükləri
Dəri pencək alarkən bunlara diqqət edin!
85 yaşlı kişi əkiz atası oldu
HAVA necə olacaq?
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Enerjili qadınların sirri nədir?
Fərqli çarpayı modelləri
Mütləq izləməli olduğunuz moda filmləri
Sürücülər üçün məsləhət: maşını qışa hazırlayırıq
"WhatsApp"da YENİLİK!
Aleyna Tilkinin sevgilisi açıqlama verdi-FOTO
Çox dəyərli araşdırmalar
Gənc qızlar üçün gündəlik geyimlər
Sentyabr ayının qalibləri!
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Ayrılıq xəbəri yalan çıxdı
Bu avtobusun hərəkət sxemi dəyişdirildi
43 dinozavr yumurtası tapıldı
HAVA necə olacaq?
Bu dəfə üzsüz adamı bağrına basdı
YouTube-dan SÜRPRİZ!
Beyni necə sakitləşdirmək olar?
"Türkiyənin Jennifer Lopezi" -dən FOTOsessiya
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
Məşhur müğənninin cəsədi tapıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 161 yeni yoluxma
İsti havaların hamilə qadınlara təsiri
Qara noqtələrə son