Ana
Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut etməz aldığı mətanətdən.
Ricavü-xəfvə məkan vermərəm gər alimlər
Min ildə vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə.
Ki bir kəsə baş əyibiczimi bəyan eyləyim
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad, əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə olum təslim.
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücüylə xalqa həqiranə eyləyim təzim.
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var yahu!
Ki hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana, ana… O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey Günəş, yağışın yağdır, ey bulud, ağla!
Bütün bunlar mənə əsər eyləyərmi? Mütləqa yox. Yox.
Fəqət ana… O adın qabağında,
O pak bağrına bassın məni desin layla
Təbəssüm oynadaraq, titrəyən dodağında…
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Ucar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana, Ana… Sənə mən rahibəm itaətdə!
Cəfər Cabbarlı
XƏBƏR LENTİ
Saqqal iqtisadiyyata zərər vurdu-SƏBƏB
Qarğıdalı unu maskası ilə 3 problemin həlli
Meyvəli dondurma
Müqəddəs Kəbə evinin içərisində nə var?
İlin ƏN YAXŞIları seçildi-SİYAHI
Almalı mütəkkə (foto resept)
Bu ərazilərdə qaz olmayacaq
Haydi Klumun geyimi Diqqət Çəkdi-FOTO
Ahmet Kural ilk dəfə onunla görüntüləndi -FOTO
Dondurmalar mövsumu hansı təhlükələrlə gəlir?
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Zamana meydan oxuyan babalar - FOTO
Mükəmməl makiyajın sirləri
Windows Phone platforması iOS-u ötəcək
Mədə qıcqırması və müalicəsi
Məşhur cütlük ayrılıq xəbərləri ilə gündəmdədir
Alıcılar supermarketlərdən imtina edir
"Brent" və "Layt" markalı neftlərin qiymətləri azalıb
"Qabusnamədən dəyərli sözlər" I hissə
Alman dili 6-cı dərs
İlk baxışda tanıya bilməyəcəyiniz məşhurlar
Medvedev: "Rusiya tənəzzülə uğraya bilər"
Koronavirusun daha bir simptomu aşkarlandı
"Dünyanın ən əzələli uşağı" indiki halı - FOTO
Forest Uitaker 20 illik xanımından BOŞANIR-FOTO
Paytaxtda iri marketlər bağlanır
Satıcı robot bir həftədən sonra işdən çıxarıldı
Emre Aydın imicini dəyişdi - FOTO
Uşaqları istidən qoruyun
Demet və Alişan barışdı!
Oksana kraldan olan oğlunun üzünü göstərdi - FOTO
Alla Puqaçovanın makiyajsız görünüşü - FOTO
Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri: “Ermənilər qaçır, zəfər bizimlədir”
“Armani” brendi tibbi xalat istehsalına keçdi
Səbəbsiz yorulursunuzsa, fibromialgiyalı ola bilərsiniz
Qadın
“Namizəd sırasına qadın əlavə edilməlidir ki, ATƏT-in xoşuna gəlsin?”
Pilotsuz aparatlar vurulacaq
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan ordusu tərəfindən işğalından 20 il ötür
İbrahim Kalın və Süleyman Soylu koronavirusa yoluxub
Di Kaprio mafiya ilə vuruşacaq
Orlando Blum və Keti Perri yenidən birlikdə-FOTO
Qadınlar niyə aldadılır?
Sərt karantin günlərində aptekdən dərman sifariş verməyin qaydası
Paxlava rekordlar kitabına düşdü
Ayı qızla "selfie" çəkdirib getdi - VİDEO
Sebi Bebidən gözəllik tövsiyələri
Azərbaycanda nadir təbiət hadisəsi
Qadın otu-Ərküdə
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
- ŞƏRHLƏR