Giriş
Bağla

"Land Rover"dən yeyilən kitab

Bizimdir! / Kitabsevərlər / Kitablar

"Land Rover"dən yeyilən kitab


"Land Rover"dən yeyilən kitab
Bəli, düz anladınız. Söhbət sözün əsil mənasında yeyilən kitablardan gedir. Hər hansı kitab görünüşlü peçenyedən yox, həqiqi səhifələri olan kitab haqqında yazıram. 
İngiltərənin dünyaca məşhur avtomobil şirkəti “Land Rover” alıcılarını hər cür vəziyyətə hazırlayır. Maşını əsas yoldan çıxıb dağa-təpəyə sürən şəxsləri təkcə sürət həddi və texniki gücü ilə heyran etmir, eyni zamanda aclıqdan və susuzluqdan qoruyur. “Land Rover” alan (Niyəsə məhz Dubayda keçərlidir) hər alıcıya maşının açarları ilə birlikdə “İstifadə qaydası”ndan bəhs edən kitab təqdim edilir. Sürücü yolundan azarsa səhrada hansı heyvanlara rast gələ biləcəyinə, təhlükəli vəziyyətdə nələrə əl ataraq sağ qalacağına dair məlumat əldə etmiş olur. Bununla da kifayətlənməyən şirkət rəhbərliyi sürücünü səhrada aclıqdan və susuzluqdan xilas edir.
"Land Rover"dən yeyilən kitab


Ən qəribə və maraqlı məqam da məhz budur. Əgər sürücünün maşını səhranın ortasında xarab olubsa və ətrafda yemək və susuzluğu yatırmaq üçün bir vasitə, mənbə tapa bilmirsə, sürücü əlində tutduğu “İstifadə qaydası” kitabçasını qəlb rahatlığı və xüsusi iştaha ilə yeyə bilər. Kitabçanın vərəqləri və hərflərin yazılması üçün istifadə oluna mürəkkəb yeyilən maddədən hazırlanır.
"Land Rover"dən yeyilən kitab


İnsan orqanizmi həmin kitabı asanlıqla həzm edə bilər. Qida dəyəri bir ədəd hamburgerin calorisinə bərabər olan bu kitabçanı ilk dəfə 5000 ədəd hazırlayıb reklam məqsədi ilə alıcılara payladılar. Yeyilən kitab o qədər diqqət çəkdi ki, şirkət daha 7000 ədəd kitab hazırlayıb alıcıların ixtiyarına verdi və maşın dərgiləri ilə birlikdə satıldı.
Xəyalə Murad-"Yeyilən kitablar"
"Ustad" dərgisi - 26-cı sayı.


Şərhlər (1)

Halima Halima 27 March 2019 13:03 Cavab yaz

Aaa kitabi yeyirler belay

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика