Qoç - Hisslərinizə nəzarət edin, emosiyalarınızı kontrolda saxlayın. Təmkinli və səbrli olsanız, sonradan ağır fəsadlar yaradacaq səhvlərə yol verməyəcəksiniz. Tək qalmaq istəsəniz belə, guşənişinliyə qapılmayın. İstirahət və ya əyləncə istəyini təxirə salın.
Günün ikinci yarısında praqmat olun. Bədxərclik etməyin. Tanışlar və dostlarla təmaslarda müəyyən sərinlik yarana bilər. Romantik macəra arayırsınızsa, insanların gur olduqları yerlərə yollanmayın. Yaxşı bələd olmadığınız insanların üstünlük təşkil etdiyi məclisdən uzaq durun.
Buğa - Asan ünsiyyət qurmağa can atın, təmasları çətinləşdirməyin. Konformist insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı adamların istək və arzularını qulaqardına vurmayın. Yaradıcılıqla məşğul olmaq üçün pis zaman deyil.
Bir müddət sonra dostunuza çevrilə biləcək insanla tanış ola bilərsiniz.
Günün ikinci yarısında tanışlar və dostlarla təmaslarınızda məntiqli davranın. Laqeyd, eqoist olmayın. Axşam saatlarında səhhətinizin qayğısına qalın. Mütləq gəzintiyə çıxın.
Əkizlər - Dəvət aldığınız toplantıya qatılın. Başladığınız işləri yarımçıq qoymayın. Düşünülmüş qərarlar uğur vəd edir. Çalışdığınız kollektivdə həmkarlarla münasibətləri korlamayın, rəhbərliklə mübahisə etməyin.
Günün ikinci yarısında çətinliyi dəf etməmiş qələbəni bayram etməyin. Yaşananları anlamağa çalışın, olayların kölgə ünsürlərini araşdırın. Ailə üzvləri ilə münasibətlərdə heç bir problem yoxdur. Problemin ümumi həll yollarını nəzərdən keçirin.
Axşam saatlarında söhbət əsnasında sayıq və sərvaxt davranın.
Xərçəng - Maraqlandığınız işlərlə məşğul olun. Peşəkər fəaliyyətinizlə bağlı cari məsələləri unutmayın. Diqqətli və sayıq davranın. Qətiyyətli, iradəli olsanız, işlərinizdə xeyli irəliləyə bilərsiniz. Sizdən yardım gözləyən insanla münasibətləri gərməyin.
Günün ikinci yarısında yaxınlarınızla təmaslar əsnasında detallarla nüansları nəzərdən qaçırmayın. Qarşı tərəfin fikirlərini nəzərə alın. Axşam saatlarında uzaqdan qohumlar gələ bilərlər. Xoş anlar yaşanacaq.
Şir - Günün ilk yarısından etibarən işlərin sayı artacaq. Onların bir qismi maraqlıdır. Amma maliyyə məsələləri ilə bağlı problemlər istisna deyil. Xərclərin sayını azaldın. İfrata varmayın, proseslərə nəzarət edin.
Yaxınlarınızdan bəziləri ilə münaqişəniz varsa, günün ikinci yarısında onun fəsadlarını aradan qaldıra bilərsiniz. Təmasları normallaşdırın. Axşam saatlarında romantik görüş istisna deyil. Lakin sayıq olun, mümkün problemləri aşkarlamağı bacarın.
Qız - Qayğıkeş, səmimi olmağa çalışın. Bir sıra problemləri ünsiyyət zamanı həll etmək olar. Dostlar və ya qohumlar yardım üçün sizə müraciət edə bilərlər. Yaxın ətrafınızdakı insanların dediklərini ən son imperativ saymayın. Yaxşı bələd olmadığınız insanların fikirlərindən asılı davranmayın.
Günün ikinci yarısında bədbinliyə qapılmayın. Dostlar və tanışlar arasında yardımlarınıza ehtiyac duyan insan var. Axşam saatlarına yaxın intuisiyanız güclənsin.
Ailə üzvləri ilə münasibətlərdə harmoniyaya nail olun. Subaysınızsa, aradığınız insanı bu gün tapa bilərsiniz.
Tərəzi - Günün ilk yarısından aktiv olun, süstlüyə qapılmayın. Bir zamanlar önəmsiz təsir bağışlayan məsələ indi aktuallaşacaq. Fəaliyyət sahənizdə nəticələri daha da səbatlı etmək üçün alternativ yolları arayın.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə mübahisədə sağlam mövqe tutun, məntiqlə davranın. Alış-veriş üçün pis zaman deyil. Səhhətinizin qayğısına qalın. Pəhriz saxlamağa başlayın. İntoksikasiya riski var.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - Yetərincə uğurlu və yaxşı gündür. Başladığınız işləri təxirəsalmalar, gecikdirmələr olmadan bitirin. Kiçik anlaşılmazlıqları vaxtında yoluna qoymaq, ağır situasiyadan ciddi itkilər olmadan çıxmaq olar. Yaradıcılıqla məşğul olan insanlar üçün pis zaman deyil.
Günün ikinci yarısı alış-veriş üçün münasibdir. Yalnız özünüzün yox, ailə üzvlərinizin də rahatlıqla istifadə edə biləcəkləri əşyalar alın.
Ailə üzvləri ilə təmaslarda qaba, sərt və radikal insan təsiri bağışlamayın. Kritik iradlar bildirməyin. Axşam saatlarında münaqişə, qarşıdurma riski çox böyükdür.
Oxatan - Ötənlərdə baş vermiş hadisələrdən biri yenidən gündəmə gələ bilər. Problemli gün deyil. Bir zamanlar kəsilmiş əlaqələrin bərpası, itirilmiş əşyaların tapılması istisna deyil. Sərinləşmiş münasibətlərdə istiləşmə ola bilər.
Günün ikinci yarısında yaşam arealını qaydaya salın. İnteryeri yeniləmək olar.
Maliyyə məsələləri yaxınlarınızla münasibətlərinizdə müəyyən fikir ayrılıqları və anlaşılmazlıqlar yaradacaq. Yaşlı qohumlarınızın dediklərini dinləyin, onların sözlərini qulaqardına vurmayın. Axşam saatlarında qonaq gələ bilər.
Oğlaq - Günün ilk yarısında diqqətinizi işdən yayındırmayın. Yeni layihələr üçün yaxşı zamandır. Amma riskli prosesə qapılmayın. Qərar verməzdən əvvəl yaxşıca düşünün. İnformasiya axınından sizə lazım olan məlumatı seçin.
Günün ikinci yarısındakı qarışıqlıq və xaos nəzərdə tutduğunuz məqsədə çatmaqda sizə maneələr yarada bilər. Yaxınlarınızla təmaslarda səmimi, qayğıkeş olun. Güzəştlərə meylli davranmaqda xeyir var. Kiçik məsələlərdə geri çəkilmək, ciddi məqamlarda isə maraqları qorumaq olar.
Zərurət yarananda qətiyyətli, sərt insan təsiri bağışlayın.
Dolça - Maliyyənin rasional bölüşdürülməsi indi prioritet məsələdir. Alış-verişə qapılmayın. Son dəbli aksessuar və predmetləri əldə etməyə can atıb çox pul xərcləməyin. Yaşam arealında interyeri yeniləmək olar.
Günün ikinci yarısında illüziyalara qapılmayın, hisslərin əsiri olmayın. Yaxın ətrafınızdakı insanların sözlərindən və davranışından asılı olmayın.
Axşam saatlarına yaxın tamaha məğlub olmayın. Rasionunuza fikir verin. Səhhətinizin qeydinə qalın.
Balıqlar - Yeni təəssüratlar, hisslər və ya macəra axtarışına çıxmayın. Dəyişikliklər məntiqi, yeniliklər praqmatik olmalıdır. Tərəqqi ilə ekstremal emosiyalar əksər zamanlarda ziddiyyət təşkil edir. Stabillikdən imtina etsəniz, dayaqları laxlada bilərsiniz.
Günün ikinci yarısında bitmiş münasibətləri "diriltməyə" can atmayın. Olan olub, keçən keçib. Hisslərinizin əsiri olmayın. Konkret addımlar ataraq irəliləyin. Düşünülməmiş qərarın sonucu pis ola bilər.
XƏBƏR LENTİ
Nazirdən sosial kartlar barədə açıqlama
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Azərbaycanda fizika sahəsində nanoölçülü tədqiqatlara başlanılır
Gəlinin cehizi
Zənbil görnüşlü salat (foto resept)
Xəzərdə yenilik
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
İllərə görə çox dəyişən məşhurlar
300 milyon dollarlıq rəsm
Azərbaycanlı aktyor vəfat edib
Passiv həyat tərzinin beyinə zərəri
Sovet dövrünün Moskvası: xarici turistin gözləri ilə
Rus dili dərs-24
Eşitmə əngəlli körpə anasının səsini ilk dəfə eşitdi-FOTO
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Bakıda Novruz festivalı
Razyana haqqında bilmədiklərimiz
“Eurovision-2014” biletləri satışda
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Ailə sirləri başqalarına deyilə bilər?
Koronavirusun ötürülməsi ilə bağlı daha bir mifə son qoyuldu
İlham Əliyev dəyişiklik etdi
Evlənmədən əvvəl cavablanmalı suallar
2017-nin dəbli saç düzmü hansı olacaq?
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
Anamın ətli sırdağı (foto resept)
Hava haqqında
"İƏT Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib"
Filipp Kirkorovun 11 minlik paltarı oğurlandı
Cəbhədə Ermənistanın dinc əhaliyə atəş açmasına dair cinayət işi açılıb
Hava haqqında - 07.12.2013
Tələbələrə uçan aparatlar veriləcək
Qubada Qanlı dərə qurbanları anıldı
Məşhur cütlük toydan sonra İLK DƏFƏ-FOTO
BMT-dən XƏBƏRDARLIQ: "Dünyanın üzərini qara bulud alıb"
Kişilərin futbol sevgisinin səbəbləri
Bir günə 10 milyona yaxın izləyici topladı
Yaz-yay ayaqqabı modelləri
Dəbli qol saatları
Nurgül Yeşilçay Mert Fıratla tərəfli müqabili oldu
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Bakısız mümkün olmayan böyük qələbə
Yuxuda arıqlamağın yolları
İlham Əliyev bəyanat verdi
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
"Rusiya gözəli"nin tacının qiyməti- 1 milyon dollar
Bakıda zəlzələ olub
Gələn il üçün QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı
Uşaqlarla səfər edərkən bunu etmək vacibdir...
- ŞƏRHLƏR