Xəyalə Murad- "Zülmət"(hekayə)
Vüsalı ilk dəfə birinci kursun ilk dərs günündə Tibb Universitetinin qarşısında görmüşdüm. Yanımda yenicə tanış olduğum qrup yoldaşlarım vardı. Vüsalın Universitet həyətinə ilk girişi yadımdadı. Ayağını çəkə-çəkə, yaxasının düyməsini yoxlaya-yoxlaya gəlirdi. Məndən fərqli olaraq çəlimsiz idi. Pilləkən kənarında oturan tələbə yoldaşım olacaq Qasım bütün ilk kurs tələbələrinə xas olan lovğalıqla danışır, yanımızdan ötən hər kəs haqqında özünəxas fikirlər səsləndirirdi. Vüsalı görəndə istehza ilə: “Baxın, Universitetimiz necə zəngdir... Hətta topalımız da var.”-dedi. Sözün düzü o an mən də yanımdakılar kimi gülmüşdüm və indi bu hərəkətimi xatırlayıb xəcalət çəkirəm. Ən təsirlisi ilə budur ki, Vüsal Qasımın dediklərini eşitmişdi. Əvvəl köksünü ötürüb qapıya doğru getdi, daha sonra kənara çəkilib Qasımın hər böyründən keçənə bir söz qoşmasını müşahidə etdi. Bizim gülüşümüz, özünü göstərmək üçün etdiyimiz bu uşaqlıq Vüsalı çilədən çıxartmışdı. Tamamilə təsadüfən geri dönəndə qapı qarşısında dayandığını gördüm. Üz-gözündən qəzəb yağırdı. Bütün diqqətini bizə yönəltmişdi. Əllərini sinəsində çarpazlayıb qapıya söykənmişdi. Ara bir hirsindən dodaqlarını gəmirirdi. Onun yeni ləqəbini eşitdiyinə şübhəm qalmamışdı. Udqundum və dərindən nəfəs alıb Qasımın çiyninə toxundum:
-Deyirəm, bəlkə ara verəsən, hə?
-Sən qorxursan?- Qasımın bu dəfəki hədəfi mən oldum. –Kişi ol! Heç kimdən çəkinmə.
-Axı sənin çatana ad qoymağın kişilikdən deyil! –o an heç özüm də bilmirəm cəsarəti haradan tapmışdım.
-Nə dedin?-Qasım ayağa qalxdı.
-Nədir? Nə baş verib?
-Heç... yuxuda danışırdın. -dedim
Sanki ilk dəfə eşitmirmiş kimi vecsiz uzandı, ancaq gözləri boşluğa yönəlmişdi. Nəsə düşünürdü.
-Bu yuxu deyil, həqiqətdir.-dedi.
Udqundu. Gözucu mənə nəzər salıb yenə boşluğa baxdı. Susurdu. Cavabsız qalmaqdan çox onun güvənini hələ də qazana bilmədiyimə üzüldüm. Dinməz-söyləməz çarpayıma uzandım. Pəncərədən ulduzlu səmanı seyr edirdim. Adətən bu davranış yuxu əvvəli heç nə haqda düşünməməyimə kömək olurdu. Bir-bir ulduzları incələdim, saydım. Bu vaxt Vüsalın çarpayısından çıxan cırıltıya diksindim. Rayonumuzdan uzaq düşəndən bəri yaman çox diksinirdim. Heç özüm də bilmirdim bu ürkmələr nədəndir. Atamdan səbəbini soruşanda “Yad yerə alışanadək belə olur”- demişdi. Gözucu Vüsala baxdım. Üstündəki yorğanı kənara çəkib ayağa qalxdı. Əynində idman şalvarı və ağ yay köynəyi vardı. Sağ ayağını darta-darta stola yaxınlaşdı və heç gözləmədiyim anda dilləndi:
-Kənardan baxıb insan haqqında hər hansı fikrə sahib olmaq çox asandır. Elədir?
-Elədir.-dedim.
Susdu. İlk dəfə idi ki, Vüsal dərsdən başqa nə isə danışırdı. İndi isə susdu. Davam etməsi üçün mən də çarpayımda dikəldim. Yatağın kənarındakı lampanı yandırdım. O məni görürdü. Ancaq həm də görmürdü. Başqa, tamamilə başqa yerə baxırdı.
-Dünən kimi yadımdadır. –Gözləri parıldadı- Evimizdə təmir işləri getdiyindən atamla-anam məni tək-tənha yaşayan babamın evinə- Xocalıya göndərmişdilər. Nənəm öləndən bəri kimsə onu evi satıb burdan köçməyə razı sala bilmirdi. Babam Xocalıya bütünü ilə bağlı idi. Burada doğulub, burada yaşayıb, burada da ölmək istəyirdi. Hətta nənəmin qəbrinin yanında özü üçün yer də saxlamışdı.... Biz Ağdamda olurduq, dayımgilsə Şuşada yaşayırdı. Artıq dörd gün idi ki, Xocalıda- babamın evində qalırdım. Ara bir atışma səsləri eşidəndə babamın gözlərinə baxardım. “Əsgərlərimiz təlim keçirlər”deyirdi. Ancaq küçəyə çıxmağa da qoymurdu. Hətta həmin gün evin ikinci mərtəbəsinə çıxmağı da qadağan etmişdi. Canım sıxıldığından odun peçinin böyründə kitab oxuduğum yerdəcə yatıb qalmışdım. O gecə babam məni oyatdı ki, cəld əynimi geyinib küçəyə çıxım. Əvvəl heç nə anlamadım. Key-key ətrafa boylandım. Elə o an ilk dəfə güllə səsini belə yaxından eşitdim.-Əllərini qulaqlarına tutub stulda oturdu- Nəfəsim xirtdəyimdə dayandı. Gözlərim bərələ qaldı. Babam “Qorxma, bala! Artıq yekə oğlansan. Cəld ol!” dedi. Əynimi geyindiyimdə yaxınlaşıb qalın papağımı başıma taxdı. –pəncərəni göstərdi- “Bayırda qar yağır, uzağa getsək üşüyərsən” dedi. Uzağa... o uzağın nə qədər olacağını heç onda təsəvvür belə etməzdim.-barmaqlarını bir-birinə keçirdi. Dırnaqlarını incələyirmiş kimi diqqətlə tamaşa edirdi. Mənsə yataqda oturub dostumun içdən gələn etirafına qulaq asırdım. Hər hansı bir sual vermək istəmirdim. Bu heç lazım da deyildi. Nə də olsa, onu daxilən incidən vacib məsələdən danışırdı.
-Babam tüfəngini doldurub patron ehtiyyatını cibinə qoydu. Əlimdən möhkəm yapışıb hasar qonşusu Əhmədgilə keçdi. Məni Əhmədin üç uşaqlı xanımına tapşırıb alnımdan öpdü. “Onlarla birlikdə rayona evinizə get. Mən də arxanızca gələcəm. Lazım gəlsə, var gücünlə qaç və nə olur-olsun geri qayıtma. Eşidirsən, Vüsal? Qayıtma!...” dedi. Əhmədin qarşısına keçib yola düzüldük. Onun da əlində tüfəng vardı. Dörd bir yandan bizi qorumağa çalışırdı. Uşaqlarla əl-ələ verib var gücümüzlə qaçırdıq. Anam deyərdi “Soyuq havada qaçsan tərləyib sətəlcəm olarsan”. O an anamın o qadağasını da xatırlamırdım. Əhməd hara desə, ora dönərdik. Bizi meşə yolu ilə Ağdama aparırdı. Sıx meşənin içi ilə, dizədək yağmış qarda zülümlə hərəkət edirdik. Ara bir başqa ailələr də bizə qoşulurdu və birlikdə eyni istiqamətə qaçırdıq. Əhməd meşəbəyinin oğlu olduğundan buralara yaxşı bələd idi. Bunu digər sakinlərə deyəndə eşitmişdim. Özüm isə artıq yorulmuşdum, ancaq dayanmırdım, dayana bilməzdim. Ayaqlarımı, əllərimi hiss etmirdim. Sanki bu dəqiqə barmaqlarım qopub düşəcəkdi. Şaxta və dizədək qar bir yandan, arxamızda gələn erməni dığaları bir yandan. Məntiqlə düşünəndə dərk edirdim ki, dayansam ya şaxta öldürəcək, ya da erməni gülləsinə tuş gələcəm. Mənimsə cəmi on üç yaşım vardı. Ölüm barədə düşünəcək yaşda deyildim. Bizə qoşulan digər ailələrdən bir uşaq ağlaya-ağlaya dedi ki, anasını gözləri qabağında vəhşicəsinə öldürdülər. Uşağın gözlərinə baxa bilmirdim. O məndən balaca idi, ancaq necə vahimə içində idisə, onun nifrəti mənə keçdi. Qeyri-ixtiyari babamı düşündüm. Çox güman ki, onu da ...-Susdu. Gözündən bir damla yaş yanağında iz qoyaraq əlinə düşdü. Udqunub:
-Hələ də davam etməyimi istəyirsən?
Vüsal haqlı idi. Bu dəhşətli faciəni o zülmət gecənin şahidi olmayanlar anlaya bilməzlər. Bizim tamamilə fərqli uşaqlıq xatirələrimiz vardı. Lakin onun xatirələri bütün Azərbaycan xalqının sağalmaz yarası idi. O gecə Vüsalın etirafını dinləməklə təkcə otaq yoldaşımı yaxından tanımış olmadım, eyni zamanda Xocalı soyqırımına xəyalən nəzər salmış, o faciəni “yaşamış” oldum. Bu əhvalat qəlbimdə yatmış Vətən sevgisini, torpaq eşqini alovlandırdı. Vüsalla birlikdə Xocalı soyqırımının gənclər arasında unudulmaması naminə Universitet daxilində bir çox layihələr, tədbirlər həyata keçirdik. Universiteti bitirdikdən bir müddət sonra həkim olaraq fəaliyyət göstərəcəyimiz hərbi hissədə vəzifəmizi şərəflə yerinə yetirəcəyimizə and içdik. Yaralı əsgər və zabitlərimizi müalicə etdikcə onların daxilindən gələn mübarizliyi, Vətən eşqini duymamaq mümkün deyildi. Məhz gələcəyimizə inanaraq Qarabağımızın heç də uzaq olmayan bir gündə geri qaytarılacağına inanmağa başladıq. İndi isə Vətən övladı, istedadlı həkim və ilk növbədə vətənpərvər gənc kimi inanırıq ki, xalqımızın Xocalı adlı böyük yarası ona qovuşduqdan sonra tamamilə sağalacaq.
XƏBƏR LENTİ
Eyni serialda rol alacaqlar?
Gəncədə "Gənclik onun imzasıdır" adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Duzlu pomidor (foto resept)
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Ənənə, yoxsa qanlı şou və qəddarlıq?
Qarğıdalı-düyü salatı
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Günorta yaranan baş ağrılarının səbəbləri
6 erməni əsgər məhv edildi
DİQQƏT! WhatsApp-da yeni problem var
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Türkiyədə YouTube qadağası ləğv edildi
Necə gözəl gəlin olmalı?
Mübarizsiz 10 il...
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Dünya yenə onları izləyəcək
Həm Android, həm Firefox-la işləyən smartfon
HAVA necə olacaq?- 18 MART
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
İranda zəlzələ oldu
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Hər kəs bu qadınan danışır-SƏBƏB
Sinan Akçıl BOŞANIR
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Bunu paylaşan "facebook" profilindən olacaq
Metabolizmanı sürətləndirən tövsiyələr
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
Xamada toyuq filesi (foto resept)
Hipertoniya (təzyiq xəstəliyi)
Bu qəsrdə ruhlar yaşayır
Sevinc gətirən doğuş
Sinir sistemini gücləndirən meyvə
MTN-ə əlavə səlahiyyət verildi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Burun tıxanmasına qarşı tədbirlər
Alimlər cizgi filmini DNT-yə yazdılar
Qarabağ sentyabra qaytarıla bilər
Tarixin ilk selfisi
Psixoloji Etüd - 2
Sözlərin təsnifatı
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
Daimi ordusu olmayan ölkələr
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
- ŞƏRHLƏR