Giriş
Bağla

Sosial layihə - Xocalı həqiqətləri

Bizimdir! / Təqdimat

26 fevral 1992. Xocalı!
613 nəfər dinc sakin qətlə yetirilir.
487 nəfər ağır yaralanır.
1275 nəfər girov götürülür və işgəncələrə məruz qalır.
197 nəfərin taleyi isə hələ də naməlum qalır.
Məhv edilmiş ailələr, valideynlərini itirmiş uşaqlar və göz yaşında boğularaq balalarını axtaran çarəsiz valideynlər - keçmiş sovet ordusunun ağır texnikası və şəxsi heyətinin köməyi ilə törədilmiş silahlı erməni dəstələrinin hücumuna məruz qalaraq hər kəs bir gecədə darmadağın olur.
Xocalı soyqırımı - 1992-ci ilin 25 fevralından 26 fevral tarixinə keçən dəhşətli gecədə törədilən, ötən əsrin ən amansız cinayətlərindən biridir. Dünya səviyyəsində, tarix qarşısında hələ də doğru qiymətləndirilməyən cinayətlərdən biri. Bu faciəni əlimizdən gəldiyi qədər təbliğ etmək və dünyada tanıtmaq isə bir Azərbaycanlı olaraq hər birimizin borcudur.
189 TAXI şirkəti olaraq bu hadisəyə həssaslığımızı bildiririk və sosial layihə keçirərək bu reallığı daha çox insana çatdırmağa çalışırıq.
Gün ərzində şəhərin müxtəlif məntəqələrində nümayəndələrimiz tərəfindən avtomobil sürücülərinə xüsusi məlumatlandırıcı lentlər paylanılır və avtomobillərin güzgülərinə bağlanılır, çünki biz qətlə yetirilmiş soydaşlarımız qarşısında olan məsuliyyəti anlamalı və anlatmalıyıq. Layihədə iştirak edən, maraq göstərən və dəstək olan hər bir vətəndaşımıza dərin minnətdarlığımızı bildiririk. Hər zaman bir olmaq, həmrəy olmaq və bu cür sosial layihələri ürəkdən dəstəkləmək ümidi ilə bir daha təşəkkür edirik.
Bu faciə nəticəsində alınmış həyatları heç vaxt unutmayacağıq və heç vaxt unutdurmayacağıq!

Sosial layihə - Xocalı həqiqətləri Sosial layihə - Xocalı həqiqətləri  Sosial layihə - Xocalı həqiqətləri   Sosial layihə - Xocalı həqiqətləri

Sosial layihə - Xocalı həqiqətləri Sosial layihə - Xocalı həqiqətləri  Sosial layihə - Xocalı həqiqətləri  Sosial layihə - Xocalı həqiqətləri Sosial layihə - Xocalı həqiqətləri  Sosial layihə - Xocalı həqiqətləri


Şərhlər (1)

Pervin Pervin 26 February 2019 23:37 Cavab yaz

Bu faciə nəticəsində alınmış həyatları heç vaxt unutmayacağıq və heç vaxt unutdurmayacağıq!

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика