Giriş
Bağla

Ürək sağlamlığını qoruyan qidalar

SAĞLAMLIQ / Düzgün qidalanma

 

Hal-hazırda sağlamlıq haqqında kifayət qədər məlumat tapmaq mümkündür. Sağlamlığın başlıca meyarlarından biri də sağlam ürəyə sahib olmaqdır. Ürəyinizin sağlam qalması üçün tərkibində maqnezium olan qidalardan istifadə etmək tövsiyə olunur. Maqnezium hüceyrələrin,toxumaların və əzələlərin işi üçün əvəzolunmaz bir mineraldır. Bu mineral orqanizimdə gedən maddələr mübadiləsi zamanı nuklein və zülaların alınması üçün 300dən yuxarı reaksiyada iştirak edir. Ürəyin işini nizama salır. Tədqiqatlar nəticəsində sübut olunub ki, ürək tutmalarının 53%-i maqnezium çatışmamazlığı nəticəsində baş verir. 

 

Ürək sağlamlığını qoruyan qidalar

 

 

 Maqneziumun normal balansını təbii qida vastələri ilə də tənzimləmək mümkündür. Sağlam qidalanmaya fikir vermək, duz və şəkərdən uzaq olmaq vacib şərtdir. Baxmayaraq ki, maqneziumun gündəlik norması 300-400 mqdır, sübut olunub ki, 100 mq qəbul zamanı belə ürək xəstəliklərinin yaxşılaşmasına müşahidə olunur. Bu mineralın orqanizimdə balanslaşdırmaq üçün aşağıdakı qidaları süfrənizdən əksik etməyin.


 BADAM

 Məlum olmuşdur ki, badam yemək ürəyin fəaliyyətini yaxşılaşdırır, qan damarlarının elastikliyini artırır, qandakı xolesterini kənarlaşdırır. Bununla bərabər qan təzyiqi normallaşır. Gündəlik qidaya bir unsiya qovrulmuş badam daxil etməklə 80 milliqram maqnizium qəbul etmiş olursunuz.


AVAKADO

 Avakado ürək xəstəlikləri riskini azaldan faydalı antioksidantlardan ibarətdir. O pis xolesterinin (LPNP) səviyyəsini azaldaraq, yaxşı xolestrinin (LPVP) səviyyəsini artmasına səbəb olur. Bir avakado qəbul etməklə 44mq maqnezium qəbul etmiş olursunuz. 

 

Ürək sağlamlığını qoruyan qidalar

 

 

ƏNGİNAR

 Təzə ənginar o qədər də tez-tez rast gəlinməsə də, çox faydalı bir məhsuldur. Bu tərəvəz maqneziumla yanaşı kalsium və fosforla da zəngindir. Bu kombinasiya ürək arteriyalarının sağlam funksiyasını təmin edir. 


QULANÇAR

 Bu inanılmaz tərəvəzin tərkibində fitonukleotidlər, bol vitaminlər həmçinin külli miqdarda magnezium vardır. Onun qəbulu orqanizmi iltihabı prosesləri aradan qaldıran altioksidantlarla zəngiləşdiri, detoksikasiyanı təmin edir, damar divarlarını təmizləyir, bu da təzyiqin azalmasına və ürəyin əlavə gərginlikdən azad olmasına səbəb olur.

 

BANAN

 Bu meyvə tərkibində kalsiumun çoxluğu ilə tanınsa da magniziumla da zəngindir. Bananın qəbulu qandakı şəkərin azalmasına, arterial təzyiqin düşməsinə, ürəyin normal fəaliyyətinə kömək edir. Bir böyük bananın tərkibində 37 mq maqnizium var. Bu da gündəlik normanın 9%-ni təşkil edir


 LOBYA

 Qara lobya dünyada ən çox faydalı elementlərlə zəngin olan qidalardan biridir. Tədqiqatlar sübut ediblər ki, maqneziumun az qəbulu orqanizimdə iltihabı proseslərin artmasına, ürəyin aritmiyasına səbəb ola bilir. Lobyada yüksək səviyyədə maqnezium, kversetin və saponin vardır. O da öz növbəsində qan təzyiqini aşağı saları ürəyin sağlam fəaliyyətini tənzim edir. Yarım stəkan lobyada 74,3 mq maqnezium vardır.

 

Ürək sağlamlığını qoruyan qidalar

 

 

YULAF

 İnsan orqanizmində 24 qram maqnezium vardır və onun 60%-i sümüklərdə toplanıb. Gündəlik yarım sətkan şəkərsiz yulaf qəbulu orqanizmə böyük miqdarda(112mq) maqnezum daxil olmasını təmin edir. 


ƏNCİR

 Əncirin tərkibindəki maqnizium qan təzyiqinin aşağı düşmənisi təmin etsə də, normal qan təzyiqinə təsir etməməklə orqanizim üçün faydalı olan meyvədir. Bu şirin meyvə ondan desert kimi istifadəni mümkün edir. Yarım stəkan qurudulmuş əncirdə 51mq maqnezium var.


YER FINDIĞI

 Maqneziumla zəngin olan daha bir qida yer fındığıdır. Onnu yeyən zaman siz eyni zamanda kifayət qədər vitamin və mineral da qəbul etmiş olacaqsınız. 4cstəkan qovrulmuş yer fındığı 64 mq maqnezium və yaxşı dozalı kalsium deməkdir.

Ürək sağlamlığını qoruyan qidalar

SOMON

 Balanslaşmış dietaya somon balığını əlavə etmək orqanizmin maqnezium balansını bərpa etməyə kifayət edə bilir. Bu mineral  dişlərdə toplanan diş daşlarının yaranmasına səbəb olan, qan damarlarını qurudan ateroskleozu azalda və ya aradan qaldıra bilir. 


BUĞDA YARMASI

Gündəlik 100 mq yarmanın qəbulu sizə 133 mq maqnezium verəcək.  Maqneziumla zəngin olan bu qidanin qəbulu yüzlərlə fermentin istehsalına səbəb olur. Bu mineralın defisiti xolestoral və yağ artıqlığından daha çox ürək problemlərinə səbəb ola bilir. 


SÜD

 Maqneziuma həm də rəyin sol mədəciyində rast gəlinir. O əzələ hüceyrələrində kalsium mübadələrini tənzimləyir. Əgər maqnezium çatışmazsa, o zaman kalsiumu nizamlamaq mümkün olmaz. Bu da əzələlərdə hiperkontrakta səbəb ola bilər ki, bu da infarktına gətirib çıxarır. 



Şərhlər (3)

Halima Halima 22 February 2019 21:00 Cavab yaz

Maqneziumla zəngin olan daha bir qida yer fındığıdır. Onnu yeyən zaman siz eyni zamanda kifayət qədər vitamin və mineral da qəbul etmiş olacaqsınız. 4cstəkan qovrulmuş yer fındığı 64 mq maqnezium və yaxşı dozalı kalsium deməkdir.


Magneziyum yemeliyik bilmirdim tesekkurler air_kiss
Milana.M Milana.M 22 February 2019 20:07 Cavab yaz

Çox dəyərli və maarifləndirici xəbərdir. Təşəkkür edirəm, Ülkər xanım. Sizin xəbərlərinizi yenidən görmək xoş oldu. give_ros

Bu inanılmaz tərəvəzin tərkibində fitonukleotidlər, bol vitaminlər həmçinin külli miqdarda magnezium vardır. Onun qəbulu orqanizmi iltihabı prosesləri aradan qaldıran altioksidantlarla zəngiləşdiri, detoksikasiyanı təmin edir, damar divarlarını təmizləyir, bu da təzyiqin azalmasına və ürəyin əlavə gərginlikdən azad olmasına səbəb olur.
Pervin Pervin 22 February 2019 13:39 Cavab yaz

Avakado ürək xəstəlikləri riskini azaldan faydalı antioksidantlardan ibarətdir.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика