Xəyalə Murad tək-tük yazıçılardandır ki, il ərzində xeyli kitab oxuyur, təhlil edir və nəhayət ortaya bir iş qoymağa can atır. Onun əzimkarlığından,iradəsindən bütün yazarlara arzu edirəm. Ümumilikdə üç əsərini oxumuşam. Birinci nisbətən zəif, ikinci orta, üçüncü isə ortadan bir addım öndə idi. Bu da onu göstərir ki, insan çalışsa, öz istədiyinə nail ola bilər, uğur qazanmaq şansı çoxalar.
Dörd tərəfi su olan torpağa aid üç məşhur əsər oxumuşam.( D.Defo “Robinzon Kruzo”, V.Qoldinq “Milçəklər tanrısı” və Jül Vern “Sirli ada”) Lakin Xəyalə Muradın yeni kitabında hadisələr, insanlar tamam başqadırlar. “Vanuatu adasının sakinləri” macəra romanı Azərbaycan oxucusu üçün fərqli görünə bilər. Az işlənmiş mövzular, hadisələr, çoxumuzun tanımadığı bitki və heyvan adları, onlar haqqında məlumatlar əsəri daha da maraqlı edir. Həssas Lia, vurğun Rəşid, ovçu Maksim və digərləri adaya təsadüfən deyil, planlaşdırıldığı üçün, öz razılıqları ilə gəlirlər.
Ortada mərc varsa, mükafat puldursa, insan vəhşiləşəcək. Mühit insanı dəyişir. Aclıq ən ağır imtahanlardan biridir. On milyon pulu cəmi bir nəfər aparacaq. Ona görə hamı bir-birindən şübhələnir. Hətta sevgili olanlar da, yeni-yeni dostlaşanlar da...
İnsanlar iki yerə bölünür: insan ölümünə alışanlar və alışmayanlar. Alışanlar adətən cinayətkar olmağı rahat qəbul edirlər. Digər qrup insanlar isə hər dəfə şok yaşayırlar. Adanın bütün sakinləri bir-birindən fərqləndiyi üçün hər birinin öz üstünlüyü var. Biri yazıçıdır, biri psixiatr, o biri ovçu, digəri idmançı və s. Ən güclülər deyil, ən hiyləgərlər sona qədər sağ qalır.
Əsərdən çıxarışlarım:
İnsanlıq: On dörd nəfər sakinin hər biri adaya yeni gələndə mehriban idilər. İnsani keyfiyyətlərini göstərməyə çalışırdılar. Bir-birinə əl tutur, məsləhətlər verirdilər. Vaxt getdikcə insanlar dəyişməyə başladılar. Ağır şərtlər onların əsl mahiyyətini üzə çıxarmağa çalışırdı. Yaxşı deyiblər: qızıllar içində oturub kasıblara yardım edən sultan olmağa nə var ? Əsl insanlığı insanlıq olmayan yerdə göstərmək lazımdır. Rəşid sakinlərdən bir neçəsini öldürən cinayətkarlara su və yemək verəndə insanlığını nümayiş elətdirirdi...
Sevgi: Lia ilə Rəşid Leyli vəMəcnunu vurub ötdükləri anlarda pulu düşünmürdülər. Sevgi bütün çirkinliklərə, şər qüvvələrə qalib gəlmişdi. Lakin əsərin sonu müəmma içində bitdiyindən dəqiq heç bir fikrim yoxdur. Əsərin sonunda “ardı var” yazılıb. İkinci kitabı oxuyandan sonra müzakirəni sona yetirmək olar. Azərbaycan ədəbiyyatında sonu müsbət sonluqla bitən əsərlər çox azdır. Hətta A. Şaiq belə Tıq-tıq xanımı suda “boğmuşdu”...
Kitablar: Adada darıxmamaq üçün bəzi sakinlər kitab oxuyurdular. Bu da maraq doğuracaq amildir. Robinzon Kruzo ancaq yazırdı. Kitablaşmaq, kitaba sevgi onları xilas edə bilərdi. Müəllif bir neçə kitabın adını çəkir və onlar haqqında ətraflı danışır.
Azadlıq: Ən çox rəğbət bəslədiyim obraz ovçu obrazı idi. Onun azadlığı, uşaqlıqda meşədə azdığı üçün meşəyə olan xüsusi simpatiyası, heyvanları, bitkiləri tanıması, soyuqqanlı olması onu azad edirdi. Hər işi tək görür, hamı üçün çalışırdı. Babək haqqında çəkilən filmdə deyildiyi kimi: Azadlıq - təkcə o idi məni döyüşdən döyüşə aparan.
Əsərin ümumi yazılışı sadədir. Çətin, yorucu, baş ağrıdan cümlələr görmədim. Uillis əsərinin çıxarışları özündən xeyi çox alınır. Çox obrazlı əsərləri yazmaq çətindir. Müasir dövrün yazıçıları ümumiyyətlə çox obrazlılıqdan qaçır. Xəyalə Murad isə çətinliyin üstünə qaçır. Ada sakinlərindən başqalarını saymasaq, on dörd insanı idarə etmək asan gəlməsin.
Bu kitabın ssenarisi yazılsa, filmini çəkmək olar. Ümumiyyətlə əsər geniş yazıldığından haqqında çox danışmaq olar. Hər bir yazıçının yaradıcılığında pik nöqtəsi olur. Ümid edirəm müəllif “Vanuatu adasının sakinləri” ilə kifayətlənməyərək daha da dərin əsərlər yazacaq. Dağın zirvəsinə çıxmaq asandır. Lakin sonra enmək istəmirsən...
Nemət Mətin
XƏBƏR LENTİ
Dünyanın ən çox qazanan aktyoru yenə o oldu
5G-yə 600 milyon dollar xərcləyəcək
Azərbaycan səfirliyi Maydanla bağlı bəyanat yaydı
Azərbaycanlı müğənniyə kapitan rütbəsi verildi (FOTO)
3 boksçumuz finalda!
Məzənnə yenə dəyişdi
Sahurda nə yeməli, nə yeyilməməli?
Çimərlik üçün saç modelləri
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”
Mükəmməl qaşların sirri
Fikrət Kərimlinin 60 yaşı tamam oldu
Səhiyyə Nazirliyi Qriplə bağlı son vəziyyəti açıqladı
2014-cü ilin nişan geyimləri
Azərbaycanlıdan Qalileyi qəbirdə döndərən BƏYANAT
Azərbaycan 900 yeni vaqon alacaq
Demi Rouz cəlbedici bikinidə mərhum anasını andı – FOTO
30 dəqiqədə ev təmizliyi
Körpələrlə necə vaxt keçirməli?
Günün ulduz falı - 04.12.2013
Morris sindromu
Sarmaşıq kişini evdən uzaqlaşdırır
Erməni qızdan etiraf: “Qarabağ Azərbaycandır” - VİDEO
Saç düzləşdiricilərinin zərərləri və düzgün istifadəsi
Karantin dövrünün təbiətə müsbət təsiri
Motorola Çini ələ keçirmək istəyir
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
6-18 aylıq uşaqlar üçün papaq toxunuşu
Ağız qoxusunun çarəsi
Saçlarını günlərlə yumur - FOTO
Hamilələrin qidalanması və bu haqda MÜQƏDDƏSLƏRİN tövsiyyələri
Hamiləlikdə nə yeməli?
Serdar Ortaç ETİRAF ETDİ
Kristina Aqilera Bakıda - FOTO
250 qadın ağ paltarda Belarus küçələrinə çıxdı - VİDEO
Kompüter və smartfon satışları azalacaq
DİN vətəndaşlara müraciət etdi
Kanadadan Türkiyəyə böyük JEST
Boyunuza görə ideal kilo necə hesablanır?
Köhnə jurnallardan divar bəzəkləri
Labirint-1
Portağallı manna yarması şirniyyatı (foto-resept)
Ailədə uşaqların sayı
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Romantik inanlara ulduzların tövsiyəsi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Qızardılmış toyuq budları (foto resept)
Leyla Əliyeva ad günündə məşhurlarla bir arada - FOTO
İçlikli kartof kotleti (foto resept)
Sertap Erener Əməliyyat olundu-SƏBƏB
- ŞƏRHLƏR