Giriş
Bağla

Amerikan salatı (foto resept)

MƏTBƏX / Salatlar və qəlyanaltılar

 

Tərkibi:

 

12 ədəd xiyar turşusu

5 y/q cəfəri

3 ədəd kiçik boy kök

3 ədəd böyük boy kartof

3 yarım st yaşıl noxud

10 y/q qatıq

duz

 

Hazırlanması:

Kartofları soyub kiçik kublar formasında doğrayın. Kökləri eyni formda doğrayın. Doğradıqdan sonra noxudları, kartofları və kökləri kiçik qazanda qaynadın.

Qaynatdıqdan sonra suyunu süzün və soyumağa qoyun. Bir qaba turşuları minik kub formasında doğrayın. Daha sonra bütün ərzaqları qarışdırma qabına qoyub üstünə duz əlavə edib qarışdırın.

Amerikan salatı (foto resept)

Qatığı əlavə etmədən əvvəl qabda üzərinə mayonezi əlavə edin və yaxşıca qarışdırın. Qarışdırdıqdan sonra qatığı qarışımın üstünə tökün və qarışdırın. Qarışdırdıqdan sonra servis edə bilərsiniz. 

Amerikan salatı (foto resept)

 



Şərhlər (2)

Ayla Ayla 10 February 2019 21:30 Cavab yaz

Paytaxt salatını çox sevirem çox bu da elə dadırsa yeyerəəm nyam
Halima Halima 10 February 2019 15:05 Cavab yaz

Bir defe stalicni dedim bu salati qoydular qabagima yeyene kimi ferqi bilmirsen dadi basqadi

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика