Giriş
Bağla

Südlü şərbətli şirniyyat (foto resept)

MƏTBƏX / Tortlar

 

Tərkibi:

4 ədəd yumurta

yarım su st toz şəkər

5 y/q un

yarım çay st manna

1 paket vanil

1 paket qabartma tozu

4 damla limonun suyu

 

Südlü şərbət üçün;

4 su st süd

1 su st toz şəkər

 

üstü üçün

1 paket krem şanti

200 ml süd 

1 su st hindistan qozu

 

Hazırlanması:

Yumurta və şəkəri qabın içində yaxşıca çırpın. Krem halına gələn qarışıma un, manna, vanil, qabartma tozu, limon suyunu da əlavə etdikdən sonra qarışdırın.

Yaxşıca yağlanmış keks qabına tökün və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.

Südlü şərbətli şirniyyat (foto resept)

Kek bişənə qədər qazanda süd və şəkəri isidi, şəkər əriyənə qədər qarışdırın və qazın üstündən götürün və soyudun.

Bişən keksin üstünə südlü şərbəti tökün və keksin şərbəti canına çəkməsini gözləyin. 

Südlü şərbətli şirniyyat (foto resept)

Sonra üstü üçün toz krem şanti ilə 1 su stəkanı soyuq südü çırpın. Şərbəti çəkilmiş və soyumuş keksin üstünə krem şantini yaxşıca yayın.

Sonra hindistan qozu səpərək servis edin.

Südlü şərbətli şirniyyat (foto resept)

 



Şərhlər (3)

Feride45 Feride45 30 January 2019 17:44 Cavab yaz

İslak keke oxsuyur love
Ayla Ayla 30 January 2019 13:56 Cavab yaz

Sonra hindistan qozu səpərək servis edin. give_ros

yahoo
Milana.M Milana.M 30 January 2019 12:42 Cavab yaz

Çox gözəl və səliqəli görünür

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика