Uzun illərdir Kür çayının bir sahilindən digərinə qayıqla keçərək şagirdlərə bilik verməyə yollanır. Yorulmadan, özü də fədakarcasına çalışır. Söhbət açdığımız müəllim Neftçalanın "Mayaq-2" kəndində yaşayan 47 yaşlı Səidə Qüdrətovadır.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Səidə Qüdrətova 25 ildir Kür çayını qayıqla keçərək Sübh yaşayış məntəqəsində fəaliyyət göstərən ibtidai məktəbdə şagirdlərə elm öyrədir. Ən təəccüblüsü odur ki, qayığın avarlarını məhz Səidə xanım özü idarə edir. Bu iş qadın üçün nə qədər ağır, çətin olsa da, o, uşaqlara elm öyrətmək, bilik vermək istəyindən əl çəkməyib. Hələ çayı eninə keçməyə mane olan Dəli Kürün şıltaqlığı, yağış, qar, külək, soyuq... Bunları düşündükcə qadının fədakarlığına heyran olursan.
Sübh yaşayış məntəqəsində cəmi 25 ailə yaşayır. Məktəbdə şagirdlərin sayı da o qədər çox deyil. Buna baxmayaraq, Səidə xanım öz işinə məsuliyyətlə yanaşır. Deyir ki, şagirdləri arasında ali və orta ixtisas məktəblərini bitirənlər də var. Onları görəndə fərəhlənir, zəhmətinin hədər getmədiyi üçün özünü xoşbəxt sanır.
Müəllim peşəsinə qəlbən bağlı olan Səidə Qüdrətova öz işini sevə-sevə görür. Üstəlik ev işi, ailə qayğıları... "Vaxtımı elə bölmüşəm ki, biş-düş etməyə, mal-qaraya, toyuq-cücəyə baxmağa da macal tapıram. Bütün bunlar mənim üçün adi həyat tərzidir", - deyə Səidə xanım bildirir.
O, sabah səhərin ala toranlığında yenə şagirdlərin görüşünə gedəcək. Qəlbində havanın soyuqluğu və onu narahat edən problemlərə yer yoxdur. Avar çəkdikcə ancaq sevimli şagirdlərini, yeni dərsi və onun izahını düşünür.
XƏBƏR LENTİ
Beren Saat yeni layihə ilə hər kəsi sevindirdi-FOTO
Hava haqqında
Yılmazın Belçimə verdiyi təzminat açıqlandı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Azərbaycan mühəndislərindən yeni kəşfiyyat-döyüş maşını
Köməkçi internetsiz işləyəcək
Bədəndəki toksinləri atmaq üçün çay
Taner Yıldız: "Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək"
"Cəbhədə vəziyyət çox dəhşətdir"
Qırmızı kadife tort (foto resept)
Günün ulduz falı
Nazir: "Azərbaycanda bütün növ pensiyalar artırılacaq"
Müasir insanı kökəldən sudur
Sabahın HAVAsı
''Kirpi'' salatı (foto resept)
Mensturasiyanız gecikirsə, bu bitkilərdən istifadə edin!
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Cəbhədə erməni təxribatı
Antibiotiklər xəstəxanalıq etdi
Aclıq hissini yox edin
Bakıda təhlükəli uşaq qidası satılır
10 uşaq anası ideal bədən quruluşu ilə təəccübləndirdi-FOTO
Ermənilər hərbçimizi vurdular
Smartfonlar üçün cib printeri təqdim olundu
Sızanaq və qara nöqtələrə son!
Sürətli oxu - 4
Hadisə bu fotolara görə lağa qoyuldu
Məşhur müğənninin geyimi mübahisələrə səbəb oldu - FOTO
Dəbli üzük modelləri
Dünyanın ən bahalı brilyantları
Azərbaycan nefti bahalaşıb
2020-ci ildə ən çox satılan kitablar – SİYAHI
60 saniyədə Madrid turu
"Neftçi"nin futbolçusu: "Rəqib bunlardan istifadə etdi"
Bakı zooparkında bir sıra yeniliklər edilib
Varlanmaq üçün iki şey lazımdır
Arıqlamaq üçün Yoqa (DVD)
Qeyri-adi dekorasiyalar
Gözəl saçlar
Həkimlər möcüzə etdilər: uşağı soyudub ölümdən qaytardılar
Milyarder özünə toy etdi: gəlinə 10 milyonluq üzük verildi-FOTO
Prezident və birinci xanım sərgidə - FOTO
"Şinitzel" toyuq (video-resept)
Çində 2 günə xəstəxana tiktilər!-Tarixdə İLK DƏFƏ-FOTO
Ailə büdcəsi proqramı
Super Mario Bros oyununu 30 minə alıb 100 min dollara satdı
Millimiz bu ölkələrlə qarşılaşacaq
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Buzovna, Binə Türkan qəsəbələrində körpələr evi-uşaq bağçalarının və yeni poliklinikanın açılışında iştirak edib
Xocavəndin Böyük Tağlar kəndindən görüntülər - VİDEO
"Qarabağ"da Reynaldo şoku
- ŞƏRHLƏR