Giriş
Bağla

Boy uzanmasına kömək edən qidalar

Hamiləlik və analıq / Uşaqlar və tərbiyyə

Boy uzanmasına kömək edən qidalar


Boyun uzanması üçün hansı qidalardan istifadə etməli?

 

• D vitamini ilə zəngin qidalar

Sümük sağlamlığı üçün D vitamini vacibdir. Balıq, pendir, yumurta sarısı kimi ərzaqlar D vitamini baxımından zəngindir. D vitamini yüksək səviyyədə toksik təsir yaratdığından mütəxəssis məsləhəti olmada D vitamini dərmanlarından istifadə etməyin.

 

• Kalsiumla zəngin qidalar

Kalsium sümük sağlamlığı üçün vacibdir. Amma D vitamini olmadan kalsium insana kömək etmir. Uşağınızın süd, qatıq, fındıq, yaşıl yarpaqlı tərəvəzlərlə qidalanmasını təmin edin.

Boy uzanmasına kömək edən qidalar


• Maqneziumla zəngin qidalar

Bədənimizin kalsium və D vitamini düzgün işlətməsi üçün maqneziuma ehtiyacı var. Maqnezium baxımından zəngin qidalar: qara şokolad, avokado, fındıq, somon balığı və mərci kimi ərzaqlar.

 

• C vitamini ilə zəngin qidalar

Sağlam sümüklər üçün C vitamini vacibdir. Bədən elastikliyi üçün C vitamininə ehtiyac var. İnsan bədəni C vitamini sintez etmir, ona görə də onu xaricdən almağa məcburdur. Portağal, kivi, ananas, qarpız, qovun kimi meyvələr C vitamini ilə zəngindir.

Boy uzanmasına kömək edən qidalar


• Dəmir

Dəmir qırmızı qan hüceyrələrinin yaranmasında rol oynayır. Beləliklə, qanımız bədənimizə oksigen daşıya bilir. Dəmir tərkibli qidalar qırmızı ət, yaşıl yarpaqlı bitkilər, balıq, yumurta kimi ərzaqlarıdır. 



Şərhlər (1)

Esmira Esmira 2 January 2019 12:32 Cavab yaz

• Maqneziumla zəngin qidalar

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика