2019-cu ilə az qalıb.
Qadin.Net ölkə.az-a istinadən bütün dünyada sənətdən siyasətə, maqazin dünyasından elmə qədər 2018-ci ilin ən unudulmaz hadisələrini toplayıb. 2018-ci ilə damğa vuran hadisələri oxucularımıza təqdim edirik.
Zombie ilə vidalaşdıq
"Zombie", "Linger", "Animal İnstincts", "Promises" kimi mahnılarla 1990-cı illərə damğasını vuran irlandiyalı rok qrupu "The Cranberries"in solisti Dolores Oriordanın meyiti 15 yanvar tarixində Londonda bir oteldə tapılıb. 46 yaşlı Doloresin spirtli içkidən zəhərlənərək öldüyü bildirilir.
Fatih Akın "Qızıl Qlobus" qazandı
Türk əsilli alman rejissor Fatih Akın "İn the Fade" adlı filmi ilə sayca 75-ci "Qızıl Qlobus" mükafatlandırmasında "ən yaxşı xarici film" mükafatına layiq görülüb.
İslandiyada bütün dünyaya nümunə olan qadağa
2018-ci ilin ən yaddaqalan hadisələrindən biri İslandiyada meydana gəlib. Artıq iş yerlərində kişilərə qadınlardan çox maaş verilməyəcək. Bu, qadağan edilib.
İngiltərə tənhaların səsini eşitdi
İngiltərədə qəribə hadisə baş verdi və tənhalıq məsələləri üzrə nazirlik quruldu.
Elmi fantastikanın "anası" həyatla vidalaşdı
Bir sıra əfsanəvi kitabların yazıçısı Ursula Le Quin 88 yaşında vəfat edib.
İlon Maskdan bir ilk
İlon Mask qurucusu olduğu "SpaceX" şirkəti dünyanın ən güclü raketini kosmosa göndərdi.
Ceff Bezos dünyanın ən varlı adamı oldu
"Amazon" şirkətinin qurucusu və baş direktoru Ceff Vezos dünyanın ən varlı adamları siyahısında 112 milyard dollarlıq sərvəti ilə birinci yerə çıxıb. Siyahını "Forbes" şirkəti hazırlayıb.
6 il sonra Romaya qar yağdı
İtaliyanın paytaxtı Romaya 2012-ci ildən sonra ilk dəfə 2018-c ildə qar yağdı. İllər sonra qar yağdığı üçün məktəblər tətilə buraxıldı. Küçələri təmizləmək üçün isə ordu şəhərə yeridildi.
"PAOK" klubunun sahibi silahla sahəyə girərək hakimi hədələdi
Yunanıstanın "PAOK" futbol klubunun sahibi İvan Savvidis "AEK" ilə keçirilən oyunda silahla sahəyə enərək hakimi hədələyib. Bundan sonra Yunanıstanda liqa oyunları təxirə salındı
İsveçrədə qısqanclığa səbəb olan hadisə
İsveçrədə bütün dünyanın qısqanclığına səbəb olan hadisə baş verdi. Federal Məclisin üst qanadı olan Əyalətlər Məclisi gündəm olmadığı üçün açılış etmədi.
Stiven Houkinq vəfat etdi
Dünyanın ən məşhur fiziklərindən olan, ingilis alim, astronom və yazıçı Stiven Houkinq vəfat edib. 21 yaşında müalicəsi olmayan ALS xəstəliyinə yoluxan alimin bu xəstəlikdən vəfat etdiyi ehtimal edilir.
Məşhur hakerin meyiti tapıldı
"New York Times", "Microsoft" və "Yahoo" kimi sistemlərə sızmağı bacaran 37 yaşlı Adrian Lamo adlı hakerin meyiti evində tapıldı. Lamo ABŞ ordusunun gizli məlumatlarını oğurlamaqda ittiham edilirdi.
Məşhur Youtuber "Youtube"a silahla hücum etdi
İranda yaşayan, azərbaycanlı Nasim Nəcəfi Ağdam "Youtube"un Kaliforniya ştatındakı əsas ofisinə silahla hücum etdi. 4 nəfəri yaraladıqdan sonra isə intihar etdi.
Mark Zukerberq 87 milyon istifadəçinin məlumatlarını sızdırdı
"Facebook"un qurucusu Mark Zukerberq 87 milyon istifadəçinin məlumatlarını İngiltərədəki "Cambridge Analytica" şirkətinə verdiyini etiraf etdi. İfadə verən Mark üzr istədi.
Serj Sarkisyan istefa verdi
Ermənistanda keçirilən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri Serj Sarkisyan "Küçələrdən gələn tələbi yerinə yetirirəm" açıqlamasını verərək istefa verdi.
İki lider görüşdü
Şimali Koreya lideri Kim Çen İn ilə Cənubi Koreya lideri Mun Ce-inlə görüşdü. Tərəflər iki ölkə sərhədindəki Sülh Evində əl sıxışdılar.
Dəhşətli qəzada cəmi 3 nəfər sağ qaldı
Kubanın paytaxtı Havanadan havaya qalxan "Boeing 737" tipli sərnişin təyyarəsi bir neçə dəqiqə sonra yerə çırpıldı. 104 sərnişin və 9 ekipaj üzvündən cəmi 3 nəfər sağ qaldı.
İrlandiyada abort qadağası ləğv edildi
İrlandiyada abort qadağası ilə bağlı qərar üçün referendum keçirildi. Referendum nəticəsində abort qadağası ləğv edildi.
İspaniyada Sosialistlər hakimiyyətə gəldi
İspaniyada baş nazir etimad səsverməsi ilə vəzifəsini itirdi. Yeni baş nazir isə Pedro Sançes oldu. Beləliklə, sosialistlər yenidən iqtidara gəldilər.
Yunanıstanda dəhşətli yanğınlar
Yunanıstanın paytaxtı Afina yaxınlığında günlərlə davam edən yanğınlarda onlarla insan və bir çox canlı heyvan tələf oldu. Yanğın söndürüldükdən sonra isə külə dönmüş meşələr üzə çıxdı.
Birjada dəyəri 1 trilyonu keçən ilk şirkət
Texnologiya sahəsində bütün dünyanı təsiri altına alan "Apple" şirkətinin dəyəri 1 trilyon dollar olan ilk şirkət oldu.
Son 70 ildə 300-dən çox uşaq kilsədə zorlanıb
ABŞ-ın Pensilvaniya ştatında son 70 ildə 300-dən uşağın Katolik rahiblərin cinsi zorakılığına məruz qaldığı açıqlandı. Ştatın baş prokuroru Kilsəni cinsi zorakılığı ört-basdır etməkdə günahkar bildi.
Areta Franklin vəfat etdi
18 "Grammy" mükafatı qazanan "Soul" musiqisinin kraliçası amerikalı Areta Franklin 76 yaşında həyatla vidalaşdı.
Türkiyə və Rusiya prezidentləri razılığa gəldi
Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Ərdoğan ilə Rusiya prezidenti Putin silahlardan təmizlənmiş bölgə qurmaq üçün razılıq əldə etdilər.
İndoneziyada 1000-ə yaxın insan həlak oldu
İndoneziyada 7.7 bal gücündə zəlzələ, ardınca isə sunami baş verdi. Minə yaxın insan həlak oldu.
1.4 milyon dollarlıq rəsm özünü məhv etdi
Küçə rəssamı Banksinin 1.4 milyon dollara satılan "Qırmızı şarlı qız" əsəri satıldıqdan sonra özünü məhv edib.
Kanadada marixuana leqallaşdı
Kanadada marixuana leqallaşıb. Uruqvaydan sonra marixuananı leqallaşdıran ikinci dövlət Kanada oldu.
Şineyd Okonnor İslamı qəbul etdi
İrlandiyalı məşhur müğənni Şineyd müsəlman olduğunu açıqladı. Okonnor "Müsəlman olduğum üçün qürur duyuram" açıqlamasını verdi.
Qəhrəmanların qəhrəmanı vəfat etdi
"Spider Man", "İron Man", "Fantastik dördlük" "X-Men" və "Marvel" kimi dünya qəhrəmanlarını yaradan Sten Li 95 yaşında həyatla vidalaşdı.
NATO-nun ilk qadın qərargah rəisi Alenka Ermens oldu
Sloveniyada ordu baş qərargah rəisi vəzifəsinə general Alenka Ermens seçildi. Beləcə Ermens bir NATO ölkəsində bu vəzifəyə təyin edilən ilk qadın oldu.
Fransada "Sarı jiletlilər" üsyanı
Fransada dizel yanacağı qiymətinə edilən artım səbəbindən etiraz edən "Sarı Jiletlilər" 1968-ci ildən bu yana ən şiddətli etiraz aksiyalarına imza atdılar.
XƏBƏR LENTİ
Pelin Karahan oğlunun 1yaşından fotolar paylaşdı
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Tam Günəş tutulması başladı - CANLI YAYIM
Məşhur brendin reklamında Azərbaycan mahnısı - VİDEO
Ukrayna nüvə enerjisinə keçir
Aprel ayının qalibləri!
Elektron qolbaq daşıyanların sayı artırıldı
"Facebook"dan bəd xəbər
Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki - FOTO
Azərbaycanda 36 üçəm doğulub
Notr-Dam kilsəsi haqqında serial çəkiləcək
"Ustad" dərgisinin 21-ci sayı nəşr olundu-FOTO
Bakıda saxta məhsullar aşkarlandı
İsti havada məşqlərə diqqət
Günün ulduz falı
Gözəllik uğrunda çəkilən əziyyət
Dəbli kişi gödəkçələri
Hansı hallarda təqiyyə etmək olmaz?
İtlər və pişiklər fərqli dünyadandır
UNICEF uşaqları qorumaq çağırışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib
Jurnalı gülləbaran edənlərin biri öldürülüb, biri isə hər şeyi danır
Yaqut Qarayeva: “Virus ailə-ailə yayılır”
Bu ərzaqları gecə yemək sizi kökəltməyəcək
Balaca balalarınıza özəl gəlinliklər(2)
Azərbaycanda havalar isinir
Kəs və yapışdır-22
Azərbaycanda ilk dəfə draytulinq üzrə respublika çempionatı keçirilib
Ata həsrəti
Quş yuvası şirniyyatı (foto resept)
Uşaqlara ölümü izah edərkən diqqətli olun!
Canlı yayımdakı etiraf hər kəsi şoka saldı: Ərim məni mənimlə aldatdı
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycanda Avropanın ən qədim katakombası tapıldı - FOTOLAR
Başın ağrılı bəlası
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Beyonsun paltarı "like" atəşinə tutuldu - FOTO
Bu günün hava proqnozu - 06.11.2013
Yeni dərs ili ilə bağlı təlimatlar verildi
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Pulsuz maska paylanacaq
Toyda gəlinin paltarına uzanan it
Pike və Şakiranın evi qarət olundu
Əlfəcinlərim-1
Doğum günün mübarək, Facebook!
Hadise efirdə ağladı-FOTO
Folqa kağızından interyer
Gəl, açıq danışaq
Ermənistanın sonu yaxınlaşır
Hava haqqında
Dənizlərdə BÖYÜK TƏHLÜKƏ - NASA görüntünü YAYDI
- ŞƏRHLƏR