Giriş
Bağla

Çiçəkli bisküvit (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

 

Tərkibi:

 

250 qram marqarin

1 su st pudra şəkər

1 qəhvə fincanı duru yağ

1 ədəd yumurtanın sarısı

1 paket vanil

1 paket qabartma tozu

2 y/q kakao

Təxminən 5 su st un

 

Üstü üçün

Yumurta ağı

Susam, fındıq

 

Hazırlanması:

Xəmir ərzaqlarını mütləq otaq istiliyində olmasına diqqət edin. Un, kakao və qabartma tozu xaric digər ərzaqları bir qabın içində qarışdırın.

Unu da yavaş-yavaş əlavə edərək yumşaq bir xəmir əldə etdikdən sonra xəmiri 3-ə bölüb bir qismini kənara qoyun. Qalan iki xəmiri kakao və qabartma tozu ilə qarışdıraraq yoğurun. Kənara ayırdığınız xəmirə ilə gül forması verin.

Çiçəkli bisküvit (foto resept)

Kakaolu xəmirdən qoz böyüklüyündə parçalar alıb, əvvəlcə yumurta ağı, sonra susama batırıb yağlı kağız sərili listə düzün.

Üzərinə isə çiçək forması verdiyiniz xəmiri yerləşdirin. Orta hissəyə fındıq qoyaraq əvvəlcədən isidilmiş 180 dərəcə sobada qızarana qədər 20 dəqiqə bişirin.

Çiçəkli bisküvit (foto resept)



Şərhlər (2)

Ayla Ayla 21 December 2018 20:13 Cavab yaz

uss ne sirindi bele smaylikde problem var deyesen acilmir
Milana.M Milana.M 21 December 2018 10:37 Cavab yaz

Çox gözəl və dadlı görünür. Sadə və olduqca zövqlü görünüşü var

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика