Giriş
Bağla

Qatıqlı bulka (foto reset)

MƏTBƏX / Duzlu xəmir işləri

 

Tərkibi:

1 su st qatıq

1 su st ilıq su

2 ədəd yumurta

100 qram kərə yağı

1 çay st günəbaxan yağı

1 ç/q maya

2 çq toz şəkər

1 ç/q duz

4,5 su st un

xaşxaş

 

Hazırlanması:

Dərin qabın içində maya, şəkər və ilıq suyu yaxşıca qarışdırın. Üstünü bağlayaraq 5 dəqiqə ərzində gözləyin.

1 yumurtanı bütöv digərinin isə yalnızxa ağını yoğurma qabına əlavə edərək qarışdırın. Un istisna olmaqla qalan ərzaqları da əlavə etdikdən sonra maya və unu yavaşca əlavə edərək yoğurma işini tamamlayın.

Qatıqlı bulka (foto reset)

Xəmirin yumşaq olmasına diqqət edin. Hazırladığınız xəmirin üstünü örtüb, mayalanması üçün gözləyin.

Sonra xəmirdən mandalin böyüklüyündə hissələr qoparın. İstədiyiniz forma verərək yağlı kağız sərili soba listinin üstünə yerləşdirin. Üstünə yumurta sarısını çəkin. Xaşxaş səpdikdən sonra 180 dərəcəlik sobada qızarana qədər bişirin.

Qatıqlı bulka (foto reset)



Şərhlər (3)

Halima Halima 16 December 2018 08:45 Cavab yaz

Off mən axı diyetdəyəm dash Super görünür e yemədən ölərəm
Pervin Pervin 15 December 2018 12:53 Cavab yaz

ne qeseng gorunur bu
Sevgim ... Sevgim ... 15 December 2018 12:26 Cavab yaz

Nefisss görünür beh beh...

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика