Giriş
Bağla

Şokoladlı keks (foto resept)

MƏTBƏX / Tortlar

 

Tərkibi:

 

Şokoladlı keks (foto resept)

 

2 su st un

2 su st hindistan qozu şəkəri

3/4 su st toz kakao

2 ç/q qabartma tozu

1 ç/q soda

1 ç/q dəniz duzu

1 su st hindistan qozu südü

1/2 su st əridilmiş Hindistan qozu yağı

2 ədəd yumurta

1 ç/q vanil

üstü üçün şokoladlı sous

 

Hazırlanması:

İlk olaraq sobanı 180 dərəcə əvvəlcədən isidin. Daha sonra iki ədəd orta boy keks qabını yağlayın və unlayın. Sonra unu, hindistan toz şəkərini, kakao tozunu, kabartma tozunu, sodanı və duzu başqa qaba tökərək qarışdırın.

 

Şokoladlı keks (foto resept)

 

Daha sonra hindistan qozu südünü və yağını, yumurtanı, vanili əlavə edib, bütün ərzaqları qarışdırın. 

Hazırladığınız qarışımı keks qəliblərinə tökün və onları 30-35 dəqiqə sobada bişirin. Sobadan çıxardıqda, çöplə kekin bişib-bişmədiyini yoxlayın.

 

Şokoladlı keks (foto resept)
 

 

 Keksləri sobadan çıxardıqdan sonra, qəlibdən çıxarmadan soyumaqlarını gözləyin. Soyuduqdan sonra hazırladığınız şokoladlı sousu keksin üstünə yayın və keksləri bir-birinin üstünə qoyun.

 

Şokoladlı keks (foto resept)

 

 



Şərhlər (3)

Halima Halima 12 December 2018 12:34 Cavab yaz

Bəh bəh bəh ac vaxtımda gördüm off

Bəh bəh bəh ac vaxtımda gördüm off
Iceberg Iceberg 12 December 2018 11:50 Cavab yaz

Banan da əlavə etmək olar )))XəyaləВ Murad,
Milana.M Milana.M 12 December 2018 10:44 Cavab yaz

Şokoladlı keksləri çox sevdiyimi demişdim?)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика