Giriş
Bağla

Kələm turşusu (foto resept)

MƏTBƏX / Konserv məhsulları

 

Tərkibi:

 

1 kiloqram ağ kələm

1 ədəd kiçik boy kök

5 diş orta boy sarımsaq

2 ədəd acı və ya şirin bibər

yarım dəstə cəfəri

1 su st sirkə

1 su st su

2,5 y/q iri qaya duzu

4-5 ədəd noxud

 

Hazırlanması:

Ağ kələmin yarpaqlarını ayırın. Daha sonra bol suda yuyaraq hazırlayın. Kök qismini ayırdıqdan sonra 4 və ya 5 hissəyə bölün. Doğradığınız hissələri sudan keçirdikdən sonra köklərin də qabıqlarını soyub doğrayın.

Kələm turşusu (foto resept)

Bankaların içini qaynar su ilə yuduqdan sonra ilıq noxudları əlavə edin.

Biq qabın içində kələm, qaya duzunu, sirkəni və sarımsaqları 4-5 dəqiqə əlinizlə qarışdırın. 

Kələm turşusu (foto resept)

Qabın içindəki kələmləri bankaya əlavə etdikdən sonra sirkəli qarışımı su ilə çoxaldıb bankaya əlavə edin.

Ağızına qədər dolu olan bankanın ağzını möhkəm bağlayın. Günəş düşməyən yerdə ən az 10 gün saxlayın.

Kələm turşusu (foto resept)

 

 



Şərhlər (1)

Feride45 Feride45 13 November 2018 19:06 Cavab yaz

Xalamın turşusundan yoxdu da. O xiyar da vurur yaşıl pomidor da

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика