Son görüş
Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç... ?
Dünya dağılmadı biz ayrılanda,
Göylər biraz yağış çilədi ancaq...
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq...
Rahatlıq dilədin ev eşiyimə,
körpəmin beşiyinə,
Nəvəsi diziüstə çıxan
atama - anama da.
Bir vaxt səndən öncə rastıma çıxan,
Səni məndən alan qadınıma da...
İstədim son dəfə basım bağrıma
Dedin - "nəyə lazım, yox yaxşı deyil..."
Ağladın dedim ki, "kiri ağlama"
Dedin ki, "yağışdı göz yaşım deyil..."
Bu görüş sonuncu görüşdü daha
"Bu gün ayrılırıq" deyib gəlmişdin
Bəs niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin..?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm...
Bir sevgi yarımçıq qırıldı o gün
Yağış da kəsildi bulud da getdi
Bir qızla bir kişi ayrıldı o gün
Hərəsi bir yana üz tutub getdi .
O qızdan gözəl qız tapılmaz daha
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdur...
Ramiz Rövşən
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şahinlərimizə qurban kəsildi
Günün qoroskopu: işgüzar aktivlik artır
“Semaşko” bağlandı: Yalnız koronaviruslu xəstələr qəbul ediləcək - YENİLƏNİB + ÖZƏL
Ulduz falı saxtakarlığı haqqında
Qayınana və qayınata evində xoşbəxtlik varmı?
Şəhid ərini çiyinlərində daşıyan qadın - VİDEOREPORTAJ
Əmrahın oğlu əsgər gedir
Üzdəki tüklər üçün noxud unu maskası
Milyarder pullarını quma basdırdı
Dəbli ayaqqabılar
Bakı Metropolitenində dəyişiklik
Sabahın HAVAsı
Nobel alanımız niyə yoxdur?
Di Kaprio evlənir-FOTO
Yaddaşsızlığa meydan oxuyan 5 ərzaq
“Netflix” Beyons haqda film çəkir
Donlar (2)
Üç gün toy edən modelyer
Rihannanın geyim brendi “Emmy” mükafatına namizəd olub - FOTO
Güney Azərbaycana səyahət
Mömin qadın
"Facebook"a qarşı sərt tədbirlər görüləcək
Gülben Ergeni öldürmək istədilər
Müğənni konsert qabağı xəstəxanaya düşdü
Qadın.Netlə birlikdə hamiləlik (38-ci həftə)
Qızıl balıqlı medalyon (foto resept)
Cinayətkarlıq və korrupsiya Ermənistanı daha sürətlə çökdürməkdədir
Nazirlikdən hava ilə bağlı açıqlama
İtlər maşına divan tutdular
Azərbaycanda yağış yağacaq
Leyla Əliyeva anasının bişirdiyi yeməklərin FOTOLARINI paylaşdı
Ət kətəsi (foto-resept )
Hava haqqında
Cəbhədə növbəti təxribat
Reklam nə qədər adamı bezdirir?
Putin Qarabağla bağlı gələcək məsləhətləşmələrdən danışdı
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
Bilirsinizmi?
Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib
Məktəblərin bağlanması gözlənilir? - RƏSMİ
Hazal Kayanın toyu 600 minə başa gəlib-FOTO
Düzgün nəfəsalmanın sağlamlıq üçün faydaları
Dünya çempionatı: İtaliya və İngiltərəni evə göndərdilər
Yanan binanın sakinləri yanan sənədlərinı necə bərpa edəcək?
Bakıya qar yağacaq
"Bu, Azərbaycana gözəl bir reklam olacaq"
"WhatsApp"da gizlilik parametrləri dəyişdirilib
Azərbaycanda hərbi vəziyyət ləğv edilir
Goranboyda 3 gündür bütün apteklər bağlıdır
Məsud Bərzanidən Türkiyə etirafı
- ŞƏRHLƏR