Qurani Kərim‐dən Allah, Subhanu va Təalayya edilən dualar
1) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” (əl‐Əraf, 23).
2) “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram” ( Hud, 47).
3) Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır” (Nuh, 28).
4) “Ey Rəbbimiz! (bunu) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadətqaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! (əl‐Bəqərə, 127‐128)
5) Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim, 40)
6) Ey Rəbbimiz! Haqq‐hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim, 41)
7) Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! Onların dirildiləcəyi gün məni rüsvay etmə!" (əşвЂђŞuəra, 83‐85, 87)
8) “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!” (əs‐Saffat, 100)
9) “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir" (əl‐Mumtəhinə, 4).
10) Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (əl‐Mumtəhinə, 5)
11) “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!” (ən‐Nəml, 19)
12) “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən” (Ali‐İmran, 38).
13) “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (əl‐Ənbiya, 89)
14) “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (əl‐Ənbiya, 87)
15) “Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!" (Taha, 25‐28)
16) “Ey Rəbbim! Mən özüm‐özümə zülm etdim. Məni bağışla!” (əl‐Qəsəs, 16)
17) "Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali‐İmran, 53)
18) “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım camaatın əlində sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir camaatın əlindən qurtar” (Yunus, 85‐86).
19) “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” (Ali‐İmran, 147)
20) “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” (əl‐ Kəhf, 10)
21) “Ey Rəbbim! Elmimi artır!” (Taha, 114)
22) “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (əl‐Muminun, 97‐98)
23) “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (əl‐Muminun, 118)
24) “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” (əl‐Bəqərə, 201)
25) “ (Allahın hökmlərini) “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl‐Bəqərə, 285)
26) “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (əl‐Bəqərə, 286)
27) "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxş edənsən" (Ali‐İmran, 8).
28) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsiilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!” (Ali‐İmran, 191‐194)
29) “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” (əl‐Muminun, 109)
30) “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!” (əl‐Furqan, 65,66)
31) “Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (əl‐Furqan, 74)
32) “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (əl‐Əhqaf, 15)
33) “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (əl‐Həşr, 10)
34) “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (ət‐Təhrim, 8)
35) “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!” (Ali‐İmran, 16)
36) “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!" (əl‐Maidə, 83)
37) “Ey Rəbbim! Bu şəhəri əmin‐amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır" (İbrahim, 35).
38) “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!” (əl‐Qəsəs, 24)
39) “Ey Rəbbim! Fitnə‐fəsad törədən qövmün əleyhinə mənə kömək et!” (əl‐Ənkəbut, 30)
40) “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (əl‐Əraf, 47)
41) “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!” (ət‐Tovbə, 129)
42) “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!” (əl‐Qəsəs, 22)
43) “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!” (əl‐Qəsəs, 21)
Tərcümə Əlixan Musayevindir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Avtobusunu “Instagram” səhifəsinə çevirdi - VİDEO
Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başladı
Mila Yavoviç paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
HAVA necə olacaq? 14-yanvar
Futbol üzrə 2022-ci il Dünya çempionatı qışda keçirilə bilər
Facebook-dan MÜHÜM YENİLİK
Piza qülləsi qamətini düzəldir
Milyonçumuzu zibilliyə atıblar
12 il sonra sahibini tapdı
Apple hələ də liderdir
Məşhur aktyora 500 minlik hədiyyə!
Mimika məşqləri ilə qırışların qarşısını alın
Onlar yaşasalar da, öldüklərini düşünürlər
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Yol polisi Azərbaycanda uşaqlarla bağlı təhlükəsizlik aylığına start verir
31 yanvara HAZIR OLUN! - 152 il sonra TƏKRARLANACAQ
Sabahın HAVAsı
YENİ DƏB: Bekhemdən qeyri-adi təklif-FOTO
Hərbidən möhlət gözləyənlərə şad xəbər!
Cəlbedici dodaqlara qovuşmağın yolları
Bəs siz hansı dəsti bəyəndiniz?
Türk mətbəxindən " Kaymaçina" (foto resept)
"Azərkosmos"da yeni kanal
Rezus konflikt
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Günel Behbudovadan gəlinlik kolleksiyası
Qripi əlinizdə daşıyırsınız
Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO
ABŞ və Kuba arasındakı düşmənçiliyə son qoyulur
Ronaldu iki həftə karantində qalacaq
Bu şəxs Dünya Müharibəsinin səbəbkarıdır
Çəkiliş zamanı Yıldız Tilbenin saçları yandı - FOTO
Prezident İlham Əliyev əfv sərəncamı imzaladı
Piylənməyə qarşı yeni dərman
HAVA necə olacaq?-11 FEVRAL
Bu insanlar ölümə meydan oxumuşdular
Yeməyin müstəhəbbatı hansılardır?
Jurnalistlər üçün tikilən 3-cü binanın təhvil vaxtı açıqlandı
İnsan başının transplantasiyası üzrə ilk əməliyyat olacaq
1910-cu ildən günümüzə kimi dəyişən çimərlik dəbi
"Survivor"un Qalibi Məhkəməlik Oldu-SƏBƏB/FOTO
Şəmkir 2016-ci ilin “Gənclər paytaxtı” seçildi
Qırışları məhv edək
Güclü istilər olacaq
Günün ulduz falı - 28.12.2013
Azərbaycanda gizli Ebola virusu daşıyıcıları var?
Gələn ilin bayram günləri açıqlandı
Beyin inkişafı üçün məşğələlər
Məktəbi bitirməyənlərə fürsət
- ŞƏRHLƏR