Giriş
Bağla

Kakaolu çizkek (foto resept)

Mətbəx / Tortlar

 

Tərkibi:

 

3 su st qoz

2 su su mədinə xurması (çəyirdəyi çıxarılmış)

1 ç/q vanil 

dəniz duzu (təxminən 1/6 ç/q)

 

İçlik üçün

1,5 su st çiy braziliya fıstığı ( 1 gecə suda saxladılmış və qurulanmış)

1/3 su st ağcaağacı şərbəti

1/2 ç/q vanil

400 ml Hindistan qozu südü

1/4 su st limon suyu

1/3 su st kakao tozu

1/3 su st Hindistan qozu yağı (əridilmiş)

1/2 ç/q dəniz duzu

1 su st Hindistan qozu tozu 

 

Hazırlanması:

Bir blenderin içinə qoz, xurma, vanil, dəniz duzunu xəmir halına gələnə qədər qarışdırın. Qarışım hazır olduqda qəlib qaba tökün və 20 dəqiqə soyuduca saxlayın.

Kakaolu çizkek (foto resept)

Xəmir soyuducuda olarkən, içliyi hazırlayın. Bütün ərzaqları blenderə atın və  yaxşıca qarışdırın.

Kakaolu çizkek (foto resept)

Daha sonra xəmiri soyuducudan çıxarın. Üzərini qarışımla doldurun və yayın.

Kakaolu çizkek (foto resept)

Yenidən soyuducuya qoyun və ən 2 saat orda qalsın.

Soyuducudan çıxarın  və  üstünü bəzəyin.

Kakaolu çizkek (foto resept)

 



Şərhlər (1)

Milana.M Milana.M 1 September 2018 15:39 Cavab yaz

Çizkeyk həvəskarı deyiləm, ancaq bunun görünüşünü çox bəyəndim

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика