Giriş
Bağla

Hindistan qozlu makaron şirniyyatı (foto resept)

MƏTBƏX / Şirin xəmir işləri

 

Tərkibi:

 

3 su st Hindistan qozu tozu

1/2 su st bal

1 ç/q vanil

6 yumurta ağı

1/3 ç/q dəniz duzu

 

 

Hazırlanması:

 

Sobanı 180 dərəcədə isidin.

Böyük qabda, hindistan qozu tozunu, bal və vanili qarışdırın.

Hindistan qozlu makaron şirniyyatı (foto resept)

Ayrı qabda yumurta ağını və dəniz duzunu elektrikli mikser köməyi ilə yumurta köpürənə qədər çırpın.

Soba listinə yağlı kağız sərdikdən sonra hazırladığınız qarışımdan 1 qaşıq alıb forma verin və yağlı kağız üzərinə düzün.

Hindistan qozlu makaron şirniyyatı (foto resept)

Daha sonra sobaya qoyun. Rəngləri xəfif qəhvəyi olana qədər 15-20 dəqiqə bişirin.

Hindistan qozlu makaron şirniyyatı (foto resept)

 



Şərhlər (1)

Ayla Ayla 30 August 2018 12:41 Cavab yaz

Biri bişirsin mən yeyim

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика