Giriş
Bağla

Reyhanlı badımcan dolması (foto resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

 

2 ədəd badımcan

2 y/q zeytun yağı

200 qram qiymə

1 ədəd doğranmış soğan

yarım su st isti suda saxlanmış düyü

4 diş sarımsaq

1 ədəd sürtgəcdən  keçirilmiş pomidor

1 ədəd doğranmış reyhan

duz

istiot

 

Sous üçün: 

1 st su

1 ç/q pomidor sousu

 

Hazırlanması

 

Badımcanların üzərinə zeytun yağı gəzdirin və duz ilə istiot səpin. Daha sonra badımcanları 200 dərəcəlik sobada 10 dəqiqə bişirin. Digər ərzaqları qarışdırın və içliyi hazır edin.

Reyhanlı badımcan dolması (foto resept)

Alınan içliyi közlənmiş badımcanların içinə yerləşdirin. Üzərinə su gəzdirin və sobada 180 dərəcədə 30 dəqiqə bişirin.

Reyhanlı badımcan dolması (foto resept)

Nuş olsun

 



Şərhlər (4)

Iceberg Iceberg 2 March 2018 17:37 Cavab yaz

Badımcanla bişən yeməklər ən sevdiyim))
Esmira Esmira 2 March 2018 17:22 Cavab yaz

hamisina vurulmur peri ama badimcan dolmaya vurulur hemise
Pervin Pervin 2 March 2018 17:21 Cavab yaz

butun dolmalara reyhan vurulur onsuz
Halima Halima 2 March 2018 12:38 Cavab yaz

Ela gorunur. Aprelden tez badimcan bisirmirem(

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика