Giriş
Bağla

Stefan Sveyq “Gözlə görünməyən kolleksiya”

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

Stefan Sveyq “Gözlə görünməyən kolleksiya”

Stefan Sveyqin Almaniyadakı infilyasiya dövründən bir epizod kimi qələmə aldığı “Gözlə görünməyən kolleksiya” novellasında incəsənətin “istehlak mühitindəki” taleyi öz əksini tapmışdır. Novellanı oxuyarkən təsirlənməmək mümkün deyil, üstəlik, əgər siz yaradıcı insansınızsa və incəsənət sizin üçün ali dəyərdirsə onda bu novella sizə təsirsiz ötüşməyəcək. Novella 37 illik iş təcrübəsi olan bukinistin başına gələn ən qəribə hadisədən bəhs edir. İnfilyasiya dövründə bir günün içində talanan bukinist dükanın pərdələrin salıb mağazanı bağlayır. Həmin çətin günlərdə bukinist nəsə dəyərli nüsxələr əldə etmək istəyilə köhnə müşətərilərin adı yazılmış dəftəri vərəqləyir... 1914-cü ildən sonra heç bir sifariş verməyən bir müştəri onun diqqətini çəkir. Həmin müştərinin məktublarının az qala altmış yaşı vardı. Keçmişdə atasından, babasından nəsə alan bu müştəri 37 illik iş təcrübəsi olan bukinistin marağına səbəb olur.

Stefan Sveyq “Gözlə görünməyən kolleksiya”

Köhnəlmiş, saysız-hesabsız minnətdarlıq məktublarından müştərinin nə dərəcədə xırdalığa fikir verən və dəhşətli dərəcədə qənaətcil kənd kişisi olmasını özünə təlqin edən bukinist keçmiş müştərilərinin sorağına çıxır... Müştərilə görüşən bukinistin rastlaşdıqlarını və keçirdiyi hissləri sizlərə çatdırmaq üçün mən gərək Stefan Sveyq olum, amma mən Sveyq olmadığıma görə o situasiyaları və keçirdiyim hissləri sizlərə çatdıra bilməyəcəyəm. Əlimdən sadəcə məsləhət qəbul edən oxuculara məsləhət vermək gəlir. Sveyqdən nəyi oxumasanız da, “Gözlə görünməyən kolleksiya”nı mütləq oxuyun. Elə insanlar var ki, onlar doğrudan da gözlə görünməyən kolleksiyadırlar. Doğrudanmı Getenin dediyi kimi, dünyanın ən bəxtəvərləri kolleksionerlərdir? Təkcə novella oxumayacaqsınız, siz həm də Quverçinonun, Mentselin, Şpitsveqin, Rembrandtın, Dürerin, Manteqnanın öz əli ilə çəkdiklləri ilahi əsərlərinə tamaşa edəcəksiniz...

 



Şərhlər (1)

Iceberg Iceberg 4 November 2017 12:34 Cavab yaz

Novellanı oxuyarkən təsirlənməmək mümkün deyil

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика