Alman mətbuatı onu “əyləncəli alman ədəbiyyatının kabusu” adlandırır. Haliyədə gizli şəkildə gah Münhendə, gah Fransada, gah da Mansardanda yaşayan alman əsilli Züskind özünün gizli həyat tərzi ilə sanki elə “Parfümer”in Qrenuyusunun həyatını yaşamaq istəyir.
26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında dünyaya gələn Züskind orta məktəbi və ordunu başa vurduqdan sonra öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf edib. Elə dünyaca məşhur “Parfümer” romanını da fransızca yazıb. Züskind “Parfümer”i 1985-ci ildə yazıb və bu əsər dünyanın 35 dilinə tərcümə olunaraq yazıçıya dünya şöhrəti qazandırıb.
Tam fərqli və qeyri-adi ideya ilə qələmə alınan, bir qatilin tarixçəsindən bəhs edən bu roman triller janrının ən gözəl nümunəsidir. XVIII əsr fransasının bir çox mətləblərini göz önünə qoyan yazıçı qəhrəmanın fiziki şikəstliyi fonunda bu mətləbləri çox gözəl şəkildə təsvir edibdi. Hansı ki, o zaman Fransada qeyri-qanuni şəkildə doğulan uşaqları Qrenuyun taleyi kimi acı tale gözlüyürdü, onlar elə ağır fiziki şəraitdə işlədilirdi ki, bu təzyiqlər altında ölüb getsəydilər də heç bir qul sahibi nə cəzalandırılırdı nə də kiməsə cavab verməli olurdu, çünki bu uşaqların sahibi yox idi.
1738-ci il 17 iyulda taleyi o zamankı fransalı uşaqların taleyindən fərqli olmayan, amma fiziki cəhətdən (və bəlkədə psixoloji) tam fərqli olan Jan-Batist Qrenuy dünyaya gəldi. Krallığın ən üfunətli məkanında doğulan Qrenuy xüsusi istedada malik idi. O bütün qoxuları bir birindən ayırır, hətda kilometrlərlə uzaqda o qoxuları hiss edir. Özünün qoxusunun olmadığını anlayan gün o qatilə çevrilir. İstədiyi qoxunu əldə etmək üçün ətir hazırlamaq sevdasına düşən Qrenuy Qrasda 24 ən gözəl yeniyetmə qızın qatili olur. Amma istədiyi qoxunu alması üçün bir qız qalır ki, o da Laura adlı şəhərin ən gözəl qızı olur. Atası onu nə qədər qorumağa çalışsa da, Qrenuydan qurtara bilmir. (Əsərdə bir məqam da var ki, Lauranın atası da Qrenuyu anlayır müəyyən baxımdan). Qrenuy nəhayətki, 25 qızın qoxusundan ətir düzəldir. Ətir hazır olur sonra isə qatil tapılır və onu edam kürsüsünə çıxarırlar, hansı ki, o özü də doğulan gün ağlayıb səs edən zaman anasının övlad qatili olmasını sanki hər kəsə car çəkmək istəmişdi və anasının edam kürsüsünə çıxarılmasına səbəb olmuşdu. Amma Qrenuy edam olunmadı. Niyə?
Bax bunu əsəri oxuyanda özünüz biləcəksiniz ;)
Siz niyə edam olunmamasının səbəbini bilməklə yanaşı həm də bütün qoxuları hiss edəcəksiniz, gördüyünüz hər obyektin qoxusunu duymağa çalışacaqsınız.
Çox oxucunun yarımçıq qoyduğu, çox oxucunun qəhrəmanı “başdan xarab” adlandırdığı, çox oxucunun isə şedevr adlandırdığı bu əsəri məndə öz oxucu prizmamdan rəy verib deyə bilərəm ki, “çox gözəl əsərdi”.
Əsərdə belə bir cümlə var “Ətir-nəfəsin qardaşıdır.” Sizdə əsəri oxuduqdan sonra o qardaşı hər zaman yanınızda hiss edəcəksiniz.
Əsərin sonuncu cümləsi isə sizə əsərin bütün mahiyyətini açacaqdı. “Onlar hədsiz qürur duyurdular, ömürlərində ilk dəfəydi ki, nəyisə məhəbbətlə etmişdilər”.
1985-ci ildə yazılan bu əsər film kimi ekranlara 2006-cı ildə çıxdı. Rejissoru Tom Tykwer olan bu filmin büdcəsi 63.700.000 dollar təşkil etsədə gətirdiyi gəlir 135.039.9743 dolları ötdü.
Əsərin Azərbaycan dilinə tərcüməsi isə o qədər də uğurlu alınmayıb.
XƏBƏR LENTİ
Ən bahalı yataq dəsti
Qadın.Net-li qızların sevgi yolu (2)
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul etdi
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Erkən menstruasiyanın səbəbləri
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Peyvənd edilməyən uşaqları nə gözləyir?
Bunlar kişilər üçün zərərlidir
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Cəfəri suyunun faydaları
Ruhumuzun qidası
HAVA necə olacaq?-13 Sentyabr
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Göz oxşayan gəlinliklər
Bank islahatı bizə nə vəd edir?
Dəbli qalstuklar
Gəlinlər qədər gözəl olan tortlar
Yenə boşluq, yenə problem
Məşhur aktyora 17 illik həbs cəzası
Nigeriyada məscid partladıldı: 64 ölü, 126 yaralı
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Qədim İspan şəhərində gəzinti
Uşağın cinsiyyəti kimdən asılıdır?
Harri Meqan Markılın ad gününə nə hədiyyə etdi?
Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
İkinci nəsil Citroen
Obama Ərdoğana başsağlığı verdi
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır
Noutbuk alanlar artır
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
4 400 il yaşı olan qadın skeleti tapılıb
İtalyan keksi (foto resept)
Ən isti ili yola salırıq
Saç tökülməsinin qarşısını alan qidalar
Qiyməli qarabaşaq (foto resept)
İtkin qardaşlar 7 ildən sonra Həcdə görüşdü-VİDEO
İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı
Louise Ebel
Uşaqların zövqləri
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
Vanna otaqları
Uşaqlarda vitamin çatışmazlığı əlamətləri
Ərik dolması (foto resept)
Orduya dəstək mitinqi yoluxma sayını artırıb? - RƏSMİ AÇIQLAMA
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Bakıya yağış, rayonlara qar yağacaq
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Bu da yeni Subaru