Giriş
Bağla

Ballı xardallı toyuq (foto resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

350 qram toyuğun döş əti

1 ədəd nar

10 qram cəfəri

8 yarpaq nanə

300 qram kartof

150 qram kök

3 ədəd arpacıq soğan

60 qram basdırma

2 qaşıq kərə yağı

3 y/q xardal

1 1/2 y/q bal

1/2 ç/q sarımsaq tozu

1 ç/q qırmızı istiot

1/2 ç/q duz

1/2 ç/q istiot

150 ml toyuq suyu

1 ç/ q sürtgəcdən keçirilmiş limon qabığı

Qızartmaq üçün bitki yağı

Duz, istiot

 

Hazırlanması:

Sobanı 200 dərəcə isidin. Kartof, kök, soğanı doğrayın. Narı dənələrə ayırın. Cəfəri və nanəni doğrayın. Basdırmaları doğrayıb qovurun.

 

Ballı xardallı toyuq (foto resept)

 

 

Yağı isidin. Toyuğu qovurun. Duz əlavə edib bişirin.

 

Ballı xardallı toyuq (foto resept)

 

 

Kartof və kərə yağı əlavə edib 2-3 dəqiqə qızardın. Kök və soğanı əlavə edib qovurun. Duz və isiot əlavə edin.

 

Ballı xardallı toyuq (foto resept)

 

 

Qabda, xardal, bal, sarımsaq tozu,  qırmızı istiot, duz və istiotu əlavə edib qarışdırın.

 

Ballı xardallı toyuq (foto resept)

 

 

Ədviyyatları əlavə edin. Ardından sobaya qoyub 15 dəqiqə bişirin. Cəfəri, nanə və nar dənələri ilə bəzəyib servis edin. 

 

Ballı xardallı toyuq (foto resept)

 

 

Nuş olsun!



Şərhlər (1)

Milana.M Milana.M 26 September 2017 11:17 Cavab yaz

Dadı çox maraqlı gəldi. Tərkibi zəngindir.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика