Sevindik Arazov: Qidalanmanın üç qızıl qaydası var, onlara əməl etmək lazımdır
Sevindik Arazov: Ksenobiotik qidalar həzm sistemimizdə problemlərə yol açır
İnsanları sağlamlıqları ilə bağlı narahat edən problemlərdən biri də həzmlə bağlıdır. Yediyimiz qidaların, içdiyimiz içkilərin keyfiyyəti ilə bağlı məsələlər bizi getdikcə daha çox narahat etməkdədir.
Həzm problemlərinin əsas səbəbləri nədir? Həzmi rahatlaşdırmaq üçün qidalanmada nələrə diqqət etmək lazımdır? Həzm prosesinin yaxşılaşdırılması üçün hansı profilaktik tədbirlər etmək lazımdır? Bu və digər suallara cavab tapmaq üçün tanınmış terapevt-hepatoloq Sevindik Arazovla həmsöhbət olduq.
- Həzm sistemi nədir və bizə nə üçün lazımdır?
- Həzm sistemi bizə ətrafdan aldığımız qidalı bir vasitəni orqanizmdə onun həm fiziki, həm mexaniki, həm də kimyəvi parçalayıb işləyərək orqanizm tərəfindən mənimsənilə biləcək bir hala salınması üçün lazımdır.
Həzm sistemi dedikdə qidanın ağız boşluğundan daxil olmasından başlayaraq həzm edilməsi, bağırsaqlardan sorulması və lazım olmayan qidaların xaric edilməsində iştirak edən prosesor nəzərdə tutulur. Bu prosesdə iştirak edən orqanlar isə həzm sistemi orqanları sayılır.
İnsanın həzm kanalı 8-10 metr uzunluğunda olur və bir-neçə hissəyə bölünür. Həzm prosesində ağız boşluğu, dil, udlaq, mədə, nazik və yoğun bağırsaq, qara ciyəır, öd kisəsi, mədəaltı vəz, düz bağırsaq daxildir.
Həzm sisteminin işi ağız boşluğundan başlayır. Qida ağız boşluğuna daxil olur, orada çeynənir və mədəyə düşür. Burada çeynənmiş qidanın üstünə öd və müxtəlif mədə şirələri əlavə olunur. Sonra qida mədədən onikibarmaq bağırsağa, oradan da nazik bağırsaqlara ötürülür. Nazik bağırsaqlarda həzm bir-biri lə əlaqəli olan 3 mərhələdə gedir. Nazik bağırsaqda qidanın üzərinə nazik bağırsaq şirəsi əlavə olunaraq həzm davam etdirilir.
Həzmin sonrakı fəaliyyəti yoğun bağırsaqlarda davam edir. Yoğun bağırsaqda gün ərzində 1 litrə qədər suyun və mineral maddələrin qana sorulması prosesi baş verir. Yoğun bağırsaqlarda həzmin baş verməsinə mikoorqanizmlər və bağırsaq çöpləri səbəb olur. Yoğun bağırsaq həll olmayan qida qalıqlarını parçalayır, K və B vitaminləri sintez edir. Yoğun bağırsaq lazımsız qida qarıqlarını düz bağırsaq vasitəsilə xaric edir.
- Həzm problemlərinin əsas səbəbləri hansılardır?
- Həzmlə bağlı problemlərin səbəbləri qida vasitələrindədir. Bu gün biz həddindən artıq çox ksenobiotiklər, yəni, qida vasitələrinin dadını, keyfiyyətini, rəngini, iyini, saxlama müddətini uzatmaq üçün bioloji qida əlavələri istifadə olunan qidalar qəbul edirik. Bu da həzm sistemimizdə problemlərə yol açır. Qida əlavələrindən istifadə olunmasının əleyhinə deyiləm. Çünki planetimizin əhalisi artır və bu qədər insanı təbii qida ilə təmin etmək mümkün deyil. Buna görə də qida əlavələri vurulmuş qidaların istehsalı getdikcə artmaqdadır. Sadəcə bu cür qidaların uzunmüddətli qəbulu zamanı, yaxud da qidalanmada qidaların uyuşmazlığına nəzarət etmədikdə həzm sistemində problemlər yaranır.
Ümumiyyətlə, qidalanmanın üç qızıl qaydası var. Birincisi, balanslaşdırılmış qidalanmaq lazımdır. İkincisi, çoxçeşidli qidalardan istifadə etməliyik. Üçüncüsü, qida rejiminə riayət etmək lazımdır.
- Hansı qidalar mədə-bağırsaq florasına daha çox mənfi təsir göstərir?
- Qidalanma zamanı “üç ağ” deylən qida məhsullarından – un, duz və şəkərdən mümkün qədər az istifadə etmək lazımdır. Çünki bu məhsullar orqanizmimizdə daha çox xəstəliklərin yaranmasına səbəb olur. Hazırda Azərbaycanda əhalinin təxminən 30 faizində artıq çəki problemi var. Dünyada piylənmədən əziyyət çəkən və şəkərli diabet xəstələrinin sayı getdikcə artır. Çünki az hərəkət edir, çox qidalanırıq. Yediyimizi yandırmalıyıq. Yandırmadığımıza görə sonradan müxtəlif problemlərlə üzləşirik.
Qidalar bir-birinə uyuşmalıdır. Misal üçün, qidalanma fəlsəfəsinə görə ətli qidanın yanında kartofun, düyünün olması düzgün deyil. Ət məhsulları bişirildikdən sonra süfrəyə tərəvəzlərlə bir yerdə verilməlidir. Turş mühitdə parçalanan qidalarla qələvi mühitdə parçalanan qidaların bir yerdə verilməsi düzgün deyil. Çünki onlar bir yerdə qəbul olunduqda həzm olunmayacaqlar.
Ümumiyyətlə, qidanı doymaq üçün yemək lazım deyil. Qida həm bir enerjidir, həm bir fəlsəfədir, həm də yeni ideyalar doğurandır. Buna görə də qidamızın tərkibində yağlar, karbohidratlar, zülallar, mikro və makro elementlərin olması ilə bərabər meyvə, tərəvəz və süd məhsullarından mümkün qədər çox istifadə etməliyik. Çox təəssüf ki, bu gün daha çox konservləşdirilmiş və ət məhsullarından istifadə edirik.
Sağlamlığımızı, immun sistemimizi qorumaq üçün təmiz havada çox vaxt keçirməli, gündə ən azı yarım saat yürüməli, qida rasionumuzda meyvə-tərəvəz və süd məhsullarından daha çox istifadə etməliyik.
- Həzm sisteminin pozulması insan orqanizmində hansı problemlərə gətirib çıxarır?
- Həzm sisteminin ən bəsit pozğunluğu dispepsiyadır. Buna daha çox rejimsiz və həddindən artıq qidalanma səbəb olur. Mayonez, ketçup, trans yağlarla hazırlanan qidaların, energetik, qazlaşdırılmış və tərkibində kofein olan sərinləşdirici içkilərin qəbulu həzm sistemində mədə turşuluğunun artmasına və yaxid da ishal və qəbzliyə gətirib çıxarır. Bu kimi problemlərlə üzləşməmək üçün isə tərkibində qatqısı az olan qidalara üstünlük verməliyik.
Biz Şərq xalqları yay vaxtı qatığı və ayranı içməyi xoşlayırıq. Çünki bir tərəfdən bu qidalar sərinləşdiricidir, tərkibində A, B2 vitaminləri, kalsium, maqnezium, serrum var. Digər tərəfdən isə onlardakı süd turşusu bakteriyaları yoğun bağırsaqlarımızdakı bizə faydalı olan bakteriyaların artıb çoxalmasına, xəstəlik törədən mikrobların isə azalmasına səbəb olur.
Yəni, sağlam qalmaq istəyiriksə nə yediyimizə fikir verməliyik. Hippokratın bir sözü var: “biz nə yeyiriksə, ondan da təşkil olunmuşuq”. Başqa bir sözü də var ki, bizim qidamız dərmanımız, dərmanımız isə qidamız olmalıdır.
- Həzm prosesinin yaxşılaşdırılması üçün hansı profilaktik tədbirlər görülməlidir?
Müasir dövrdə tövsiyyə olunan dolğun, səmərəli və balanslaşdırılmış qidalanma - qida rasionunda meyvə, tərəvəz və süd məhsullarının gündəlik qəbulunu vacib sayır. Gündəlik olaraq qəbul edilən süd məhsulları həzm sisteminin fəaliyyətini tənzimləyir və immuniteti gücləndirir.
Ayrıca tərkibində Probiotik olan süd məhsulları da həzm prosesinin yaxşılaşdırılması üçün çox böyük əhəmiyyət kəsb edir. Bu qrup məhsullardan PROBİO qatığın istifadə olunmasını xüsusi vurğulamaq istəyirəm. Tərkibində probiotiklər olan PROBİO qatıq təbii südün turşudulması və südə "xeyirli" bakteriyaların əlavə edilməsi ilə hazırlanır. PROBİO qatıq orqanizm tərəfinden çox yaxşı həzm olunur, dadı və ətri xoşagələndir. Tərkibindəki B qrup vitaminlər sinir sistemi fəaliyyətini və xolesterin mübadiləsini tənzimləyir. A vitamini isə orqanizmin yoluxucu xəstəliklərə dözümlülüyünü artırır, dərini təravətləndirir, görməni yaxşılaşdırır. En əsası isə PROBİO qatıq qəbulu orqanizmdən toksinlərin çıxarılmasında və bağırsaqlarda mikrobiomun tənzimlənməsində aktiv rol oynayır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qoç bürcü qadını
Ramazan ayının 14-cü gününün duası
Ramazanın 10-cu gününün duası
Bakıda saxta dollarlar aşkar edilib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
"Düşbərə" (foto-resept)
Azərbaycanda amnistiya aktının icrasına başlanılır
Dekorasiyada tablo
Səbziqovurma (foto resept)
Boyadan yanan saçlar üçün maskalar
Saç broşu düzəldək
Saç tökülməsinin qarşısını alan nar maskası
Məşhur aktyor öldü
Varisin əlamətləri nədir?
Azərbaycanda ödənişli təhsil alan tələbələr hansı hallarda təhsil haqqından azad olunurlar?
Günün qoroskopu: İşlərinizi qaydasına salın!
Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar
Diş ağrısını azaldan üsullar
Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı
Bakıda orta məktəblər pullu olacaq
Xərçəngi məhv edən lazer hazırlandı
Bakıda 3 nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ
Qadın içkili kişini ölümdən xilas etdi – VİDEO
Quş Bakı-İstanbul təyyarəsinin uçmasına imkan vermədi
Çak Norris azərbaycanlı karateçilərə dəvət göndərdi
Heç bir xəstəliyi olmayan 5 yaşlı uşaq koronavirusdan öldü-FOTO
Prezident : "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"
Kayli Cenner və Travis Skot barışıb
Qocalıqdan xəstəliyindən əziyyət çəkən 15 yaşlı qızın son halı TƏƏCCÜBLƏNDİRİR
Prezident Bilal Əliyevə ev hədiyyə etdi
Faydalı məsləhətlər
Azərbaycan qondarma "Dağlıq Qarabağın müstəqilliyinin" tanınması bəyanatına etiraz etdi
Kosmik zibil adam öldürəcək
Uşaqların sosial-psixoloji inkişafı-17
Şəhzadə Harry və Meghan körpələrinə 1 milyon xərclədilər
Bakıda xəyalların layihəsi
Bu ölkədə ilk dəfə internet klub açıldı
Bakıda retro maşınların paradı
"Whatsapp"ın yeni funksiyası bəyənilmədi
İstanbul bəyannaməsində Azərbaycanla bağlı bənd
Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?
“Bəxt üzüyü” filminin DAVAMI ÇƏKİLDİ
Malikanəsini 6 milyon dollara satdı -FOTO
"Yeni il" peçenyesı (foto resept)
Günün ulduz falı
Azərbaycanda xanımını internetdə axtaranlar...
Günün qoroskopu: çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz
"Barselona"da yeni baş məşqçi
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
- ŞƏRHLƏR