Kitabsevərlər qrupunun nəşrlərindən biri daha. Yanılmıramsa yeganə yerli müəllifdi. Mən daha əvvəl bu kitab haqqında heç bir şey eşitməmişdim. Kitabın yenidən çapında təşəbbüsü olan hər kəsə təşəkkür edirəm. Belə gözəl bir əsərdən xəbərsiz qalmaq istəməzdim. Rəssam həyatından bəhs edən kitablarım içində Yaşamaq Yanğısından sonra, Dahi və Ay və Qara Qəpikdən əvvəldə bir yer tutdu. Kitabın nəşrini də sevdim - qapağını, üstəlik vərəqlər də tökülmədi :) Tez-tez yerli ədəbiyyatdan məsləhət istəyənlər görürəm. Hər kəsə könül rahatlığı ilə bu kitabı tövsiyyə edə bilərəm. Kitab biografik romandı. Rəssam Bəhruz Kəngərli haqqındadı. Dövrün, yəni 100 il öncənin Qafqazı, Azərbaycanı, Naxçıvanı haqqında çox maraqlı məlumatlar var. Bəhruz Kəngərlidən başqa Mirzə Cəlili, Əliqulu Qəmküsarı, Oskar Şmerlinqi görürük. Kitab Bəhruzun uşaqlığından başlayır onun əbədi kədərinin başladığı anasının ölümündən. Kitabın elə əvvəlindən Bəhruzun bu kədəri məni ağlatmağa başladı və kitab boyu bir neçə dəfə də təkrarlandı. Anlatımı olduqca sadə, axıcı və təbii idi. Naxçıvan çox detaylı təsvir edilmişdi. Düzdü, təqin ki, Naxçıvan indi o zamankından çox fərqlidi. Yenə də görmək istədim. Kitabda çox sevdiyim bəzi məqamlar : Kitabda bir-birindən maraqlı və fərqli qadın obrazları var.
İlk öncə əsərdə heç görmədiyimiz, Bəhruuzun sevgisindən tanıdığımız anası. Anasını əvəz etmək üçün evə gətirilən Şirin bacı. Bu qadına vuruldum,ən sevdiyim ögey ana obrazlarından biri oldu. Ögey ana obrazları mənə ana obrazlarından daha dərin təsir edir. Bəhruzun ilk sevgisi Nazlı. Bu çox maraqlı obraz idi. Azərbaycan qadınının ən gözəl təsviri idi. Uşaqkən cəsur, gözəl, təbii, böyüdükcə örtülmüş, gizlədilmiş, iradəsi qırılmış, sındırılmış bir qadın. Sonunda onu ən çox sevən adam belə onu sevməkdən vaz keçir. Çünki o artıq əvvəlki o qıza heç bənzəmir. Bəhruzun Tiflisdə birlikdə təhsil aldığı və bir vurğunluq yaşadığı rəssam mariya Ratiyeva.
Bu qadının fərqi digər qadınlardan o qədər çoxduki. Mariya Ratiyeva başqa bir millətin, başqa bir cəmiyyətin nümayəndəsidi. Onun evlənmək, boşanmaq, istədiyi adamı sevmək, səyahət etmək, təhsil almaq azadlığı var. Kitabın ən azad obrazı idi. Mənim xoşuma gəldi, özəlliklə həmişə çiyninə atdığı şalları. Narınc, Naxçıvanın xan qızı. O da Azərbaycanın başqa təbəqəsindən olan qızlara misal ola bilər. O sənəti sevir, elmi sevir, Tiflisə təhsil almaq üçün göndərilir. Ancaq onun da ərazisi qalın xəttlərlə çərçivələnib. Tiflisdə sərbəst şəkildə mənzilində oğlanları qonaq qəbul edə bilən Narınc, Naxçıvanda əziz dostunu ziyarət edə və ya evində onu qəbul edə bilmir. Bütün hərəkətlərinə atası öncədən qərar vermiş olur. Qaçqın bir qadının faciəli hekayəsini isə biz Afərdə görürük. Həyatın heç bir tutacaq yer qoymadığı, öz içində itib batırdığı qızdan bu həyatda yalnız Bəhruzun çəkdiyi bir şəkil qalır. Bu cəmiyyətdə mütərəqqi qadınlar da var. Çox cəsarətli, mübariz, taleyinin iplərini əlinə alan Ziba.Zülmkar ərindən ayrılıb anası və qaçqın qız ilə Tiflisdə yeni bir həyat ardınca gedən Ziba. Və Əkbərbəyin xanımı Zöhrə xanım. Aydın bir adamın "həyatını xilas etdiyi" bir qadındı o. Əri onu cəmiyyətdən gizləmir və bildiyi hər şeyi ona öyrədir, onunla bölüşür. Bu qadınların içində ən acizi Hürnisə idi, Bəhruzun xanımı Hürnisə. Həyata bir sıfır geridən başlayanlardan idi. Əvvəl ata, sonra ana, sonra da sevilməkdən məhrum idi. Həyatda tək bağlılığı Bəhruz idi və özünü sadəcə Bəhruz üzərindən reallaşdıra bilirdi. Onsuz yaşaya bilməyəcək qədər. Bu qadına çox yazığım gəldi nədənsə. Bütün bu qadınların tək bir ortaq nöqtəsi var idi - hamısı bir zaman Bəhruzun ilham pərisi olmuş və Bəhruz onların şəkilini çəkmişdi. Kitabın ən təsirli yerlərindən biri də qaçqınların təsviri idi. Bir iç savaşın, qaçqınlığın necə dəhşətli yanları var.Bəhruz nə yaxşı o şəkilləri çəkib. O hadisələrdən yüz il sonra kitabı oxuyarkən problem hələ də həll olunmayıb və iki yaşında uşaqlar hələ də qurbandı. Bu torpaqların makus talehi :( Kitabın ən maraqlı yerləri isə Tiflis illəri idi. Çox maraqlıdı ki, 100 il öncədə, 100 il sonra da Tiflis hələ də nəfəslikdi. Azərbaycanlı aydınlar, müxaliflər, gənclər hələ də pərvanənin atəşə can atdığı kimi Tiflisə can atır. Tiflisə toplaşır. Bu boyda zaman, bu boyda dəyişim sonrası da onlar öndən getməkdə, mədəniyyət və azadlıq məsələlərində bizdən öndə olmaqda davam edir. Mən Bəhruz Kəngərlinin bu qısa həyatı haqqında heç bir məlumatı olmayan biri kimi kitabı böyük maraq və zövq ilə oxudum. Bircə şey əksik idi. Bir oxucu kimi yazarın qeydlərini axtardı gözüm. Nələri, harda araşdırdığını, kimlərlə görüşdüyünü, hadisələrin nə qədərinin gerçək, nə qədərinin təxəyyül oduğunu bilmək istərdim.
Arzu Məmmədova
XƏBƏR LENTİ
"Nusr-Et"in dəyəri 1 milyard dollara çata bilər
Müəllimə hər gün Kürü üzərək dərsə tələsir-Neftçalada
"Spice Girls"sevənlərə ŞAD XƏBƏR
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
Ən pis dizayn nümunələri
Edis də 21 günlük əsgərlik çəkdi
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam oldu!
AİB Azərbaycanda bəzi körpülərin yenidən qurulmasına 45 milyon dollar ayrılmasını bəyənib
Azərbaycanda boşananlarla bağlı ŞOK STATİSTİKA
44 ildən sonra ata ola biləcək - Nadir hadisə
Ukraynada savaş başa çatır
Ətirli şamlar xərçəng yaradır
Avqust ayı üçün bayram və tarixi günlər
Şagirdlərdə ürək qüsurlu xəstəlik aşkar edildi
Arxeoloqlar Nizami Gəncəviyə hədiyyə edilmiş kəndi aşkarladılar
Xəz palto və papaqlar
Paltarların ömrünü qısaldan xətalar
BVF son proqnozu açıqlayıb
Xələf Xələfov: "Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində mübahisəli yatağın olması məsələsindən danışmaq yersizdir"
Azərbaycan rəssamın müəmmalı və sirli həyatı: Bakıda ilk "Mersedes"i o sürüb
"Gilas mövsümü"nün baş qəhrəmanları evlənir-FOTO
Bakıda güclü şimal küləyi əsəcək
Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO
"Heydər zirvəsi"nə yürüş başa çatıb
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
"Quba alması"na müştəri tapılmır
İrəvan İŞİD-lə üz-üzə
Günün ulduz falı
1 sentlik pul 2 milyon dollara satıldı
Roma papası Azərbaycana gələcək
Bu gün Mətbuat Günüdür
Günün qoroskopu: həllini tələb edən məsələlər çoxdur
Hava haqqında
Dünyanı bürüyən nəhəng şəbəkə
Yığcam, lakin möhtəşəm ağac evi (FOTO-lar)
Dırnaq yemək vərdişindən necə xilas olmalı?
DəmirBank “Məktəbli Bazarlığı” yeni güzəştli kredit aksiyasına başlayıb
Mətbəxdə yeni ideyalar
Qlobal istilУ™şmУ™nin yeni tУ™hdidi: Karbon
İspanaqlı toyuq (foto resept)
Nikah sərvət və xoşbəxtlik gətirir
Günün ulduz falı
Son 15 ilin ən aşağı tempraturlau iyun ayı
Qar yağacaq
Eviniz tikilsin
Günün qoroskopu:Gərgin gündür!
Günün ramazan təqvimi (9 iyul)
HAVA necə olacaq?- 2 APREL
E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-2
Quru saçları nəmləndirən maska