Ölməyin eybi yoxdur, yaşamamaq dəhşətdir…
1802-ci ilin 26 fevralında Besançonda da doğulsa da özünü həmişə Parisli hesab edirdi. Qız övladı gözlədikləri üçün onun dünya gəlişi ailəsini bir o qədər də məmnun etmir. Çox zəif olduğuna görə yaşamasına belə ümid etmirmişlər.
Anası Sofia dənizçi ailəsindən, atası Leopald isə əkinçi ailəsindən çıxmışdı. Damarlarında həm burjua həm də xalqın qanı axırdı.
On beş yaşında ədəbiyyat adamı olmağa qərar verir və ömrünün sonuna qədər heç vaxt bu qərarından peşmanlıq duymur.
1819-cu ildə Viktor Hüqo və Adelie Foukher bir-birlərini sevdiklərini etiraf edirlər. Ancaq gənc olmaları, Hüqonun daimi gəlirinin olmaması və ən vacibi böyük qardaşı Euqenenin də Adelieye aşiq olması səbəbindən Xanım Hüqo başda olmaqla hər iki ailə bu münasibətə qarşı çıxır.
Viktor sevgilisindən bir müddət uzaq qaldı, çox pul qazanmaq lazım olduğunu düşünərək çox işləməyə başladı.
1821-ci ilin yayında anası Sofia Hüqo birdən xəstələndi və oğlanlarının qollarında öldü. Anası çox sevən Hüqo üçün bu böyük bir çöküşdü. O dərdini unutmaq üçün özünü işə verdi.
1822-ci ildə ilk şeir kitabı nəşr olundu. “Mədhiyyələr və müxtəlif şeirlər” adlı bu kitabı Adelieye ithaf edir. Kitab, krallığa aid bəndləri bəyənən kralın da diqqətini çəkir. Şəxsi xəzinəsindən şairə ildə 1000 frank maaş ayırır. Bir ildən sonra bu miqdarı daha da artıracaqdı. Kraldan aldığı maaş və kitabdan qazandığı pul evliliyinin qarşısında duran maneələrin bir qismini aradan qaldırdı. Iki gənc evləndilər. Atası Leopald Hüqo toyda iştirak etmədi. Adelieye aşiq olan böyük qardaşı isə şiddətli bir depressiya keçirir və ertəsi gün ruhi xəstəxanaya yatırılır. On beş orda qalır və orda ölür.
Evləndikdən bir il sonra bir oğlan uşaqları dünya gəlir. Ancaq cəmi üç ay yaşayır. Onun ölümündən bir il sonra qızı Leopaldina dünyaya gəlir. 1824-cü ildə “Yeni Mədhiyyələr” adıyla daha bir mənzum əsəri nəşr olundu. Klassiklər ilə romantiklər arasındakı çəkişmə özünü göstərməyə başladı.
“Lukresia Borcia” 1833-cü ildə səhnəyə çıxarıldığı zaman xalq Hüqoya böyük diqqət göstərir. Bu tamaşa həm də 50 il boyunca sevgilisi olaraq qalacaq Culyetta Drouiti tanımasına səbəb olur.
1851-ci ilin 2 dekabrında imperatorluğunn bərpa olunduğunu öyrənən Hüqo sürgünə göndəriləcəyini başa düşərək həmin ilin 12 dekabrında ölkəni tərk edir. Sevgilisi də ertəsi gün bir çamadan əlyazması ilə onun arxasınca gedir.
On doqquz il davam edən sürgün illəri belə başlayır.
Hüqo Culyetta ilə əvvəlcə Belçikaya sığınır. Arvadı və qızı Parisdə qalır. Oğlanlarını isə çıxardıqları qəzetə görə həbs olunmuşdular.
Hüqonun ən böyük problemi tənhalıq idi. Sevdiyi insanları ard-arda itirməklə daha çox tənhalaşırdı. Ölümün yaxınlaşdığını düşünərək vəsiyyətnaməsini yazmağa qərar verdikdə ilk olaraq bunları yazır:
“Tanrı. Ruh. Məsuliyyət. Bu üç məfhum insana yetər. Həqiqi din budur. Bununla yaşadım bununla ölürəm. Həqiqət, işıq, ədalət, vicdan – budur Tanrı.”
11 may 1883-cü ildə 50 illik sevgilisi Culyetta öldü.
15 may 1885-ci ildə dostları ilə yediyi bir yeməkdən sonra səhhəti pisləşən Hüqonun xəstəliyinin gedişatı haqqında qəzetlər hər gün məlumat verirdilər. Ölüm döşəyində “Bu gündüzlə gecənin savaşıdır” dediyi eşidilib. Son sözləri isə “Qara bir işıq görürəm” olub.
23 may 1885-ci ildə dünyasını dəyişən Hüqonu təxminən iki milyon insanın müşayiət etdiyi dövlət mərasimi ilə Pantheona dəfn etdilər.
Gündüzün gecə ilə savaşı bitdi.
İki il əvvəl yazdığı vəsiyyətnaməsi qəzetlərdə dərc olundu. Belə yazırdı:
“Yoxsullara əlli min frank bağışlayıram. Qəbiristanlığa yoxsulların cənazə arabası ilə aparılmağı arzulayıram. Bütün kilsələrin ayin və dualarını rədd edirəm, hər kəsin mənim üçün dua etməsini diləyirəm. Tanrıya inanıram. “
Viktor Hüqo
P.S. Kitab haqqında nəsə yazmaqdansa kitabdan Hüqonun həyatı ilə bağlı maraqlı faktları daha uyğun gördüm. Əlbəttə kitabda daha geniş və əhatəlidir.
Aybəniz Həsənova
XƏBƏR LENTİ
Bakı 2015 Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edir
Azərbaycana qar yağacaq
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
Reper 250 minlik dişlərini göstərdi-FOTO
İşsizlərə ŞAD XƏBƏR
Dadlı peçenyelər (foto resept)
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Pərvanə Bayramqızının "Yaza bilməyən yazıçı" kitabı nəşr olundu
Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı
Hadisə narazılığını dilə gətirdi-FOTo
Kremli rulet (foto resept)
Londondan Serjə Qarabağ şilləsi
Ərdoğan Türkmənistanda hamını heyrətləndirdi
Akvarium masaları
Sonu çətin başa düşülən filmlər
Günün ulduz falı
Sentyabr ayının qalibləri!
Dünyanın müxtəlif ölkələrindəki məktəblilər
Xavi "Barsa"dan gedə bilər
Almanlara qalib gəldik
Ürək formalı çələng düzəldək
Bürclərin mənfi xüsusiyyətləri (1)
Yay havası gəlir
İyul ayının qalibləri!
Qadınlar hansı yaşda xoşbəxt olurlar
Sizi "tox" saxlayacaq 7 qida
İran kosmosa insan göndərəcək
Azərbaycanda depressiya artır
Rəsul Çunayev: "İnanmasaydım, burada olmazdım"
Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yayıb
Göz qələmində bilmədiyimiz təhlükələr
Azərbaycan tarixindən yüz şəxsiyyət-40
Şeron Stoundan yeni FOTOsessiya
Gəncədə böyük izdiham yaşanır
Həkimlər xəbərdarlıq edir
Keyt Moss və qızı diqqət çəkdi-FOTO
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Dəvələrin gözəllik müsabiqəsi keçirildi - FOTO
Omnio şirkəti wow-klaviaturaları istehlakçıların ixtiyarına verdi
Lopez Ledi Qaqanı ağlatdı - FOTO
Murat Boz hələ evlənmək istəmir - FOTO
Corc Sorosdan böhran xəbərdarlığı
Gözəllik tövsiyələri
Sabahın HAVAsı
İstirahətə tələsin
Yağışdan da elektrik alınacaq
Lamborghini
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb
Neftimiz bahalaşdı
- ŞƏRHLƏR