Giriş
Bağla

Çiyələkli pizza (foto resept)

MƏTBƏX / Quru yeməklər

4 nəfərlik

Tərkibi:

225 qram çiyələk

10 qram ağ reyhan

400 qram pizza xəmiri

250 qram mozzarella pendiri ( sürtgəcdən keçirilmiş)

140 qram keçi pendiri ( yumşaq)

80 ml balzamik sirkə

1 yemək qaşığı bal

Duz, bibər

Hazırlanması:

Sobanı 190 dərəcə isidin. Çiyələkləri dilimləyin. 

Çiyələkli pizza (foto resept)

Pizza xəmirini parqament kağızı sərilmiş soba listinə yerləşdirin. Sürtgəcdən keçirilmiş mozzarella pendirini və keçi pendirini pizza xəmirinin üzərinə qoyun. Çiyələk dilimlərini də üzərinə qoyduqdan sonra sobada 20-30 dəqiqə bişirin. 

Çiyələkli pizza (foto resept)

Bir qazanda balzamik sirkə və balı 10 dəqiqə qaynadın. 

Çiyələkli pizza (foto resept)

Bişən pizzanın üzərinə doğranmış ağ reyhan, duz və qara bibər səpin.

Nuş olsun! 

Çiyələkli pizza (foto resept)


Şərhlər (2)

Milana.M Milana.M 13 June 2017 13:44 Cavab yaz

biy ciyelekli pizza olar?


Mən də təəccübləndim. Ancaq tərkibə baxdıqda dadlı göründü. Hər sahədə yeniliyə ehtiyac olur
Iceberg Iceberg 13 June 2017 12:43 Cavab yaz

biy ciyelekli pizza olar?

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика