Giriş
Bağla

Daniel Kuinin “İsmayıl” romanının təqdimat mərasimi keçiriləcək

Bizimdir! / Kitabsevərlər / Kitabsevərlər yazır

Daniel Kuinin “İsmayıl” romanının təqdimat mərasimi keçiriləcək

"Facebook" sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər"in 14-cü kitabı – məşhur Amerika yazıçısı Daniel Kuinin "İsmayıl" romanının təqdimat mərasimi keçiriləcək.

Təqdimat aprelin 16-da saat 13:30-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsində baş tutacaq.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilmiş 276 səhifədən ibarət kitabın tərcüməçisi şair Səbuhi Şahmursoy, redaktoru isə yazıçı Cavid Qədirdir.

Əsər İsmayıl adlı telepat qorillanın müəllim qismində bəşər tarixinə alternativ baxışı, yaşam tərzinin yeni paradiqmasının təqdimatı üzərində qurulub. Romanda insanın əzəldən gələn ən təbii qanunauyğunluğu tərk edərək, öz yaratdığı mifin əsirinə çevrilib dünyanı məhvə aparmasına müxtəlif məntiq səviyyələrində aydınlıq gətirilir. Telepat-qorilla bəşəriyyətin bu bəlasını "mədəni amneziya" adlandıraraq əvəzində əhəmiyyətli alternativi sübuta yetirərək öz reseptini təqdim edir.

Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 7 manatdır.



Şərhlər (0)

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика