Ondan söhbət düşəndə sənət dostları səmimiyyətlə deyərdilər ki, qədəmi sayalıdır. Çünki xalq artistinin sənət bioqrafiyasında zəif partiya, zəif rəqs yoxdur. Qəmər Almaszadənin məharətli ifaçılığı sayəsində həmişə səhnədə əsil sənət inciləri doğulardı.
Qəmər Almaszadə 1915-ci ildə Bakıda anadan olub. Səhnə fəaliyyətinə 15 yaşından başlayan Qəmər xanım 1936-cı ildə Leninqrad Xoreoqrafiya Məktəbini bitirən ilk azərbaycanlı qadındır. Bu görkəmli sənətkarın bioqrafiyasını vərəqlədikcə heyrətə gəlirsən. O. ötən əsrin əvvəllərində, hələ də qadının səhnədə görünməsinə yasaq qoyulduğu bir vaxtda bu qadağalardan sıyrılıb məhz opera və balet səhnəsinə gəlmək, baletmeystr olmaq, eləcə də 30-cu illərin ağır repressiyalarından qurtulub sənət fədaisinə, ulduzuna çevrilmək o qədər də asan deyildi. Kim bilir, o məşəqqətli, ağır illərdə Qəmər Almaszadə hansı möhnəti, əzabı, sitəmi çəkib? Özü bu barədə danışmağı sevməzdi, amma sözlərinin, cümlələrinin ahəngində keçirdiyi ağır həyat yolunun hansı dolaylardan ötdüyünü anlamaq olurdu.
İncəsənətin müxtəlif sahələrində ilkin olmaq səadəti taleyinə yazılanlardan biri də məhz Qəmər Almaszadə idi. O, 1936-cı ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, bir sıra tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Peşəkar milli baletin yaradılması və inkişafında əhəmiyyətli rol oynayan, fədakarlıq göstərən ilk azərbaycanlı qadın- Qəmər Almaszadə həm də müsəlman Şərqində ilk ballerina olub. Sənətşünaslar onun haqqında danışanda həmişə bir fikri təsdiqləyiblər ki, Qəmər Almaszadə yüksək ifaçılıq məharəti sayəsində klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqslərini ahəngdar şəkildə birləşdirərək səhnədə böyük nailiyyətlər yaradardı. Məhz onun təkrarolunmaz ifa tərzi, məharəti hesabına Azərbaycan mədəniyyətində əsil sənət nümunələri meydana çıxdı.
Qəmər xanımın böyük həvəslə yaratdığı rollar ifa tərzi, incəliyi ilə seçilərdi. Bu fikir dəfələrlə vurğulanıb ki, məhz Qəmər Almaszadə ilk dəfə olaraq Azərbaycan opera və balet səhnəsinə təbiilik, gözəllik, cazibədarlıq və məlahət gətirdi.
O, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri olmuş, Soltan Hacıbəyovun “Gülşən”, R. Qlierin “Qırmızı lalə”, P.İ. Çaykovskinin “Yatmış gözəl”, və s. baletlərini səhnəyə qoymuşdu. Qəmər Almaszadənin repertuarında Medora, Odetta, Odiliya, Maşa və başqa partiyalar son dərəcə gözəl və təsirli alınmışdı. Qəmər Almaszadə həm də Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının yaradıcılarından sayılırdı. O, 1937-1938-ci illərdə bu ansamblın bədii rəhbəri vəzifəsində çalışıb. Bir faktı da deyək ki, Qəmər xanım Əfrasiyab Bədəlbəylinin həyat yoldaşı olub. O, Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə yaratdığı ilk Azərbaycan baleti olan “Qız qalası”nın tərtibatını verib. Qəmər xanım bu baletdə Gülyanaq partiyasının ilk ifaçısı kimi də adını tarixə yazıb.
Qəmər Almaszadə Opera və Balet səhnəsində Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çingiz Babayev kimi balet ustaları ilə birlikdə çalışmış, bu səhnədə böyük uğurlar qazanmışdır. Unudulmaz sənət fədaisi yalnız əsərlərə quruluş verib, balet tamaşalarında çıxış etməklə kifayətlənməmişdi. O, həm də görkəmli pedaqoq idi. 1936-cı ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində dərs deyərək milli xoreoqrafiya kadrlarının hazırlanmasında böyük əməyi olmuşdur. İfaçılıq fəaliyyətini pedaqoji sahəyə yönəldərək Azərbaycan səhnəsi üçün rəqqaslar yetişdirməklə məşğul olan Qəmər Almaszadənin dərs dediyi tələbələr arasında indi məşhur baletmeysterlər var. Təkrarolunmaz sənətini və yüksək peşəkarlıq səviyyəsini yetirmələrinə ürəklə öyrədən Qəmər Almaszadənin sevimli tələbələrindən biri də Leyla Vəkilova olub.
Şəxsi həyatında xiffətlər çəksə də Qəmər Almaszadə bir sənətkar kimi xoşbəxt idi. Çünki onun yaşadığı sənət yolu parlaq və şərəfli olmuşdur. Çəkdiyi zəhmət, göstərdiyi xidmət həmişə yüksək qiymətləndirilmişdir. Qəmər Almaszadəni yalnız öz vətənində deyil, dünyanın bir çox ölkələrində yaxşı tanıyır və rəğbətlə qarşılayardılar. Bir fakt da maraqlıdır ki, o, 1970-1971-ci illərdə İraqda ilk peşəkar xalq rəqs ansamblını yaratmışdır. Onun “Koroğlu” operasında canlandırdığı Rəqqasə haqqında həmişə xoş sözlər yazıblar. Ümumiyyətlə, Qəmər Almaszadə hansı tamaşada olsaydı, o əsər mütləq uğur qazanardı.
Onu Azərbaycan səhnəsinin “şahzadəsi” adlandıranlar həqiqətən haqlı idilər. Bu sənətin ardıcılları çox oldu, özünün də bəyəndiyi, dəyərləndirdiyi az deyildi. Amma neyliyəsən ki, ulduzlar saysızdır, günəşlə ay təkdi. 91 yaşında dünyasını dəyişmış Qəmər Almaszadə bizim xəyalımızda bax elə bu şəkildəki kimi də qalmaqdadır...
Flora Xəlilzadə
XƏBƏR LENTİ
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Başımıza endirilən toxmaq
Dünyanın ən qorxulu yerləri
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Şok qiymət artımı siqnalı
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Uşaqlar üçün yeni planşet
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Müasir insanı kökəldən sudur
2019-cu il makiyaj trendləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
HAVA necə olacaq?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Azərbaycanda "Facebook" istifadəçiləri rekord vurdular
Azərbaycanlı milyonçu Van Dammla
6 foks sirri
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Yardım pulu artdı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
Öz-özünə yenilənən kompüter yaradılır
Azərbaycan dili - XVIII dərs
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadınlar dünyamızın gözəlliyidir
Hər üç adamdan birinin banka borcu var
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sirroz
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Ən gözəl qadın kimdir?
Tərbiyədə 9 qızıl qayda
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Bayraq günümüz haqqında nə düşünürük?
Südlü peçenye (foto resept)
Quba-Xınalıq yolunda uçqun olub
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Günün qoroskopu: fikir ayrılıqlarını aradan qaldırın
Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Mübarək Rəcəb ayı haqqında
Google xəritə istehsalçısı alır
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
XANIMLAR ÜÇÜN GEYİMLƏR
İxtisas seçən abituriyentlər bu xəbəri oxusun
Ofis işinin cəzası
Özge Ulusoy yenə Bakıya gələcək!
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kəsmikli-moruqlu piroq (foto resept)
Dünyada ən güclü smartfon hansıdır?
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Sürücülər bu xəbəri mütləq izləsin
"Ermənistan real müstəqilliyini itirib"
Şəhid "İgidliyə görə" medalı ilə təltif olundu