İzzət Mirzəağa qızı Orucova 16 sentyabr 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, ilk azərbaycanlı kinoaktrisa olmuşdur. Bu insanların, cəmiyyətdə qadınların sosiallaşmasına, xüsusilə, səhnədə görünməsinə alışmadığı zamanlar idi. Belə bir dövrdə kinoya çəkilmək gənc tələbə qızdan böyük cəsarət istəyirdi. İzzət xanım hələ tələbəlik illərində Azərbaycanfilm ilə əməkdaşlıq etmiş, 1929-cu ildə C. Cabbarlının pyesləri əsasında lentə alınmış "Sevil ", 1936-cı ildə isə "Almaz "filmlərində baş rollarda çəkilmişdir. Sonrakı fəaliyyətini elm sahəsində davam etdirmiş akademik İzzət Orucova maraqlı bir həyat yolu keçmişdir. Azərbaycan Sənaye İnstitutunun neft texnologiysı fakültəsini 1932-ci ildə bitirmiş, elə həmin ildən Neft Emalı Elmi Tədqiqat İnstitutunda laborant vəzifəsində fəaliyyətə başlamış və laboratoriya rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. İzzət xanım 1947-ci ildə namizədlik, 1962-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edərək texnika elmləri doktoru adını almış, həmin ildə də professor adina layıq görülmüşdür. İ. Orucova təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında neft texnologiyası üzrə elmlər doktoru dərəcəsi almış ilk qadındır. İzzət Orucova 1959-cu ildən Azərbaycan Elmlər Akademiyası Neft Kimya Prosesləri İnstitutunda , 1965-1967-ci illərdə Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda laboratorıya rəhbəri olmuşdur.
O, 1967-1971-ci illərdə Azərbaycan EA Qeyri-üzvi və Fiziki-kimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1971-ci ildən ömrünün sonuna kimi Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda laboratoriyaya rəhbərlik etmişdir. İzzət xanım sürtkü yağlarının istehsalı texnologiyası, onlara aşqar kompozisiyasının yaradılması və tətbiqi sahəsində görkəmli alim olmuşdur. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarinin istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olmuşdur. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmiş, o cümlədən dörd dəfə deputat seçilmişdir. Akademik İzzət xanım Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil etmişdir. O, neft kimyasının müxtəlif problemlərinə dair 200-dən artıq elmi məqalələrin , 30-a qədər müəlliflik şəhadətnaməsinin və bir cox monoqrafiyaların müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında İzzət xanımın xidmətləri böyükdür. Onun birbaşa rəhbərliyi ilə iki elmlər doktoru və on bir elmlər namizıdi yetişmişdir. Akademik İzzət xanım Orucovanın ictimai fəaliyyət dairəsi də geniş olmuşdur. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olmuşdur.
Sevinc Rza qızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Reventador oyandı
İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
Bu görüntülər "İnstaqram" silkələdi - FOTO
Artıq ana oldum...
Sabah bu yollar bağlanacaq
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Dünya mətbəxi - Rusiya
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Qadınla kişinin fərqi
Hava haqqında
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
Görmə qabiliyyətini yaxşılaşdıran üsullar
Qadınların imtina edə bilməyəcəyi hədiyyələr
Maaş artımı hansı müəllimlərə şamil edilir
Gözəl nitq üçün 5 tövsiyə
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Zəmzəm suyunun möcüzəsi
Ulduz aktyor öldü-FOTO
Kola içib komaya düşdü
Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”
Bu ölkə NATO-nun üzvü oldu
2020 çimərlik geyimi dəbi
1/4 finalda "erkən final" ab-havası
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Pis fikirdən azad olmağın 5 gözəl üsulu
İllər Özcan Dənizi belə dəyişdi - FOTO
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Alkoqola görə 226 sayt bloklandı
Namazın vaxtı dəyişə bilər
Prezidentdən qadınlara mükafat
Musiqi ürəyi gücləndirir
“Google”un qadınlara sürprizi
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK
Yaxşı yuxunun sirri
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Cənnət qonşusu
Məktəblilərin yaz tətili günləri açıqlandı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Naftalanda qeyri-adi layihə
Qış gəldi, amma istilik yox
Dəyərli işçini necə saxlamaq olar?
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Dünyanı ağladan transfer
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
İnanılmaz kadrlar: qatillə oyun
Qadınlar üçün faydalı məsləhətlər
Sərinlənmək üçün soyuq su içməyin!
- ŞƏRHLƏR