Giriş
Bağla

Şokoladlı tort (foto resept)

MƏTBƏX / Tortlar

Tərkibi:
Xəmir üçün:
   Yumurta - 4 ədəd
Şəkər tozu - 2 stəkan
Un - 5 stəkan
Soda - 1 x. q.
Qatıq - 2 stəkan
Moruq mürəbbəsi - 2 stəkan
Krem üçün:
 Şəkər tozu - 2 stəkan
 Qaymaq - 500 q.  33 % - li
Vanil

Qlazur üçün:

Şokolad - 200 q.

"Best Cow" kərə yağı - 50 q

Hazırlanması:

Yumurta və şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Yumurta ağarana qədər çalınır, 10 - 15 dəqiqə çalın. Sonra mürəbbə əlavə edilir.

Daha sonra qatıq əlavə edilir və yaxşı qarışdırılır.

Sonra un və soda əlavə edilir və qaşıqla ehtiyatla qarışıdırılır.

 

Sodadan sonra xəmirin rəngi dəyişəçək. İndi həmin bu xəmiri iki yerə bölün.
Dairəvi tort qabına yağlı kağız sərib, xəmirin bir hissəsini əlavə edirik.
180 - 210 dərəcədə 20 dəqiqə bişirmək lazımdır. Sonra ikinci hissəsini bişirin.

Biskvitlərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Soyumuş biskivitin hər birini bıçaq vasitəsi ilə 2 hissəyə bölürük. 

 
İndı isə keçirik kremin hazırlanmasına.

Soyuq qaymaq, vanil və şəkər tozu mikserlə yaxşıça çalınır. Sonra calinmış krem soyuducuya qoyulur.

Sonra qarışdırdığımız kremdən bir qədər götürüb biskvitə çəkin.

İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da krem çəkilir.

Eyni qayda ilə biskvitin 3- cü və 4 -cü hissəsini də kremləyirik.

Budur, tortumuz hazırdır!
Daha sonra biskvitin kənar hissələrini kremləyirik.

Tortumuzu bəzəmək üçün şokoladı və yağı su hamamında əridirik və tortun üzərinə tökürük.

Rəngli ulduzları da səpməyi unutmayın.

Bu da iç görünüşü.
Nuş olsun!  nyam
     (Tərcümə edilib)


Şərhlər (3)

kama14 kama14 30 January 2017 19:38 Cavab yaz

Islaq olan tortlar dadli olur paylasdiniz ucun tesekkur
Iceberg Iceberg 29 January 2017 11:23 Cavab yaz

Meyvelidirse gozeldir. amma isterdim sekersiz dietik reseptlər də olsun
Ceylan Mumoglu Ceylan Mumoglu 29 January 2017 11:06 Cavab yaz

Bu nə gözəllik laughing Tort istədim)
Təşəkkürlər, Qəribə xanım.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика