Giriş
Bağla

Ətli-tərəvəzli göbələk

MƏTBƏX / Quru yeməklər

2 porsiya

Tərkibi:

400 qram qoyun əti

4 ədəd böyük soğan

100 qram "Best Cow" kərə yağı

250ml qram xama

400 qram şampinyon (göbələk)

Duz, istiot 

Ətli-tərəvəzli göbələk

Hazırlanması:

Əti soyuq suda yuyub dəsmalla qurulayın, sonra 1 sm enində nazik şəkildə doğrayın.

Soğanı dairə şəklində doğrayıb qızdırılmış kərə yağında bir az qızardın. Sonra əti əlavə edin. 10 dəqiqə qızartdıqdan sonra üzərinə ½ stəkan ilıq su əlavə edin. Zövqə görə duz vurub aşağı dərəcədə 10-15 dəqiqədə bişirin.

Göbələyi yuyub kubik şəklinə doğrayın. Ətin üzərinə əlavə edin. Bişən kimi xama əlavə edib qarışdırın. 10-15 dəqiqə qaldıqdan sonra qırağa qoyun. Zövqə görə göyərti səpə bilərsiz. Süfrəyə kartof və qarabaşaqla verə bilərsiz.



Şərhlər (3)

Iceberg Iceberg 2 January 2018 15:44 Cavab yaz

maraqlı dadı olar hər halda
nurka_2002 nurka_2002 27 January 2017 14:20 Cavab yaz

Qarabawaq sevmirem negative Tewekkurler xebere gore give_ros
Ceylan Mumoglu Ceylan Mumoglu 27 January 2017 11:02 Cavab yaz

Qarabaşaq buralarda az-az tapılır. Dünən necə oldusa marketlərdən birində görüb aldıq. Bu resepti hazırlayacam. Təşəkkürlər,Zöhrə xanım.

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика