Giriş
Bağla

Lobyalı ət

MƏTBƏX / Quru yeməklər

Lobyalı ət

4 porsiya

Tərkibi:

600 qram ət

2 xörək qaşığı duru yağ

500 qram yaşıl lobya

350 qram kök

350 qram şampinyon(göbələk)

200 ml süd

2 xörək qaşığı xardal

2 ədəd soğan

60 qram kərə yağı

4 xörək qaşığı xırda doğranılmış göyərti

400 qram hazır sos

Lobyalı ət

Hazırlanması:

Ətə duz-istiot vurun və duru yağda  5 dəqiqə tavada qızardın. Sonra 40 dəqiqə 160 dərəcə sobada bişirin.

Kökü və kartofu kubik şəklində doğrayıb 15 dəqiqə duzlu suda qaynadın. Süzdükdən sonra isti süddə püre halına gətirin.

Sobadan əti çıxarın və 5 dəqiqədən sonra üzərinə xardal çəkin. Soğanı və göbələyi xırda şəkildə doğrayın. Soğanın yarısını göbələklə birlikdə bişirin.

Yaşıl lobyanı pörtün, sonra  qalan soğanla birlikdə bişirin. Hamısını birlikdə süfrəyə verin.



Şərhlər (1)

nurka_2002 nurka_2002 26 January 2017 12:36 Cavab yaz

Dadli gorunur.Ellerinize sagliq give_ros

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика