Giriş
Bağla

Qaymaqlı tort (foto resept)

Mətbəx / Tortlar

Tərkibi:
Xəmir üçün:
   Yumurta - 8 ədəd
Şəkər tozu - 350 q.
Un - 320 q.
Qabartma tozu - 2 c. q.
Krem üçün:
 Şəkər kirşanı - 200  q.
 Qaymaq - 500 q.  35 % - li
 Çem üçün:
Portağal - 2 ədəd
Naringi - 2 ədəd
Yarim limonun şirəsi
Şəkər tozu - 5 - 6 x. q.
Hazırlanması:

Əvvəlçə yumurta şəkər tozu ilə mikserlə 10 - 12 dəqiqə çalinir.

Sonra un və qabartma tozu əlavə edilir.

Çox ehtiyatla qarışdırın.

Dairəvi tort qabına yağlı kağız sərib, xəmiri əlavə edirik. Qabin diametri 26 sm. - dir.
180 dərəcədə 35 - 40 dəqiqə bişirmək lazımdır.

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Soyumuş biskiviti bıçaq vasitəsi 3 hissəyə bölürük. 

İndı portağal və naringinin gabiği təmizlənir. 

 Sonra tumlari təmizlənir və xirda - xirda doğrayiriq.

İndı isə, üzərinə şəkər tozu tökün, və yarim limonun şirəsini əlavə edin.

Sonra bu qarişimi vam odda qizdiririq. 

Daha sonra bunu 5 dəqiqə möhkəm qaynadiriq, və altini söndürürük.
İndı isə keçirik kremin hazırlanmasına. 

Soyuq qaymaq, vanil və şəkər kirşanı mikserlə yaxşıça çalınır. 

Əvvəlcə soyumuş biskvitin üzərinə soyumuş çem çəkilir. 

Sonra qarışdırdığımız kremi çemin üzərinə çəkirik. 

İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da əvvəlcə cem çəkilir, sonra krem çəkilir.

Eyni qayda ilə biskvitin 3 - cü hissəsini də kremləyirik.

Daha sonra biskvitin kənar hissələrini kremləyirik.

 İstəsəniz öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.

Budur, tortumuz hazırdır!

Nuş olsun!  nyam
     (Tərcümə edilib)


Şərhlər (4)

nurka_2002 nurka_2002 24 January 2017 17:31 Cavab yaz

Super gorunur.Ellerinize sagliq give_ros
Seni .)dunyamsan Seni .)dunyamsan 7 January 2017 19:45 Cavab yaz

QARAВ QIZ,
Bir gün qonağım ol bacın hazırlasın.
totu92 totu92 6 January 2017 20:23 Cavab yaz

Əllərizə salıq əla gorsənir dadıda gГґrunusu kimi əla olar məncə
Arzu86 Arzu86 6 January 2017 12:09 Cavab yaz

Cox dadli gorsenir ellernize saqliq

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика