Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə meyitdən orqan köçürülməsinə təkan verəcək, respublikada meyitdən orqan köçürülməsi həyata keçiriləcək.
Milli.Az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) "Cərrahiyyə və Orqan Transplantasiyası" şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib. Onun sözlərinə görə, Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın əsas məqsədi Azərbaycanda transplantologiya işini daha da mükəmməlləşdirməkdən, mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilməsini təmin etməkdən ibarətdir: "Orqan çatışmazlığı olan xəstələr ölkə daxilində və xaricində müxtəlif həkimlərə müraciət ediblər. Nəticədə çox zaman onlar qeyri-peşəkar xidmət görürlər. Şuranın fəaliyyəti ilə əməliyyata, müalicəyə ehtiyacı olan xəstələr vaxtında peşəkar xidmət göstərilməsi üçün tibbi müəssisələrə yönləndiriləcək ki, onlara vaxtında lazımi peşəkar tibbi xidmət göstərilsin".
Şura üzvü qeyd edib ki, əməliyyata ehtiyacı olan xəstələr siyahıya alınaraq, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək: "Artıq Şura mütəmadi toplanıb, görüşlər keçirir. Müəyyən məsələlər paket halında hazırlanıb, təkliflərlə birgə Səhiyyə Nazirliyinə təqdim olunub. Hazırda ölkədə nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı bizdə konkret rəqəmlər yoxdur. Yaxın müddət ərzində belə xəstələrin sayı dəqiqləşdiriləcək və Şuranın işi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
M.Kazımi onu da bildirib ki, Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın sədri vəzifəsinə Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası işinin təşkili məqsədi ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şura yaradılması məqsədi ilə əmr imzalayıb.
Əmrə əsasən Şuranın tərkibi təsdiq edilib. Şuraya Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalar əsas götürülərək insan orqan və toxumalarının transplantasiyası işinin əlaqələndirilməsi, spesifik müayinələrin aparılması, transplantasiya əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsi işinin təşkilinin təmin edilməsi tapşırılıb. Şura transplantologiya işinin təkmilləşdirilməsi sahəsinə, habelə donor bankının yaradılması üzrə təklifləri Səhiyyə Nazirliyinə təqdim edəcək.
Milli.Az
XƏBƏR LENTİ
Yeni makiyaj trendi: Draping
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Merilin Monronun sırğaları fantastik qiymətə satıldı
Cəbhədə irimiqyaslı təlimlər
95 yaşlı milyarder evləndi-FOTO
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Dünyanın "ən"ləri
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
İman edən alimlər-2
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
Doğuşdan sonra qəbizlik
İş axtaranlara şad xəbər
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Tiflisə səyahətin ucuz və rahat yolları
Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ
Bilik var adamı kor edər, bilik də var...
7 yaşlı qız alimləri pərt etdi
“Dilmanc”dan yenilik
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
Bananlı, portağallı içki
Cavabsız suallar...
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Açıq havada idman etmək
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Payızın trend saç rəngi
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bleyk yeni trend yaratdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Hava necə olacaq?
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Göydən kül yağdı
Soyuq havalar üçün manikür modelləri
Bürclərin romantiklik dərəcəsi (1)
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Bir-birindən maraqlı 8 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Saçlarınıza zərər verməyin
Günün qoroskopu: çətin anlardan mütləq çıxış yolu tapacaqsınız
Hələlik sadə əməliyyatlardır
"Milan" satıldı - 1,5 milyarda
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Hamiləlik və doğuş
Diri toyuqların satışı məhdudlaşdırılacaq
- ŞƏRHLƏR