ABŞ-ın Missuri ştatında hakimlər və vəkillər Azərbaycan yeniyetməsi Məhəmməd Ələsgərlinin üstünə düşüblər. Səbəb 16 yaşlı oğlanın qəzetdə ştatın məhkəmə sistemini tənqid etməsi olub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə The Huffington Post yazıb.
"Tanış olun, Məhəmməd Ələsgərli - orta məktəbin 12-ci sinif şagirdidir. Hələ 8-ci sinifdə oxuyarkən o qərara almışdı ki, vəkil olmaq istəyir. Tezliklə o, ştatın ən yaxşı vəkillərindən birinə "stajor" götürülmüşdü", - deyə nəşr vurğulayıb. Nəşr bildirir ki, yayda, məktəbdə tətillər olanda gənc azərbaycanlı vəkilə kömək edirdi. O, bir sıra məhkəmələrdə vəkillə yanaşı oturur, dindirmə zamanı qeydlər edir, məhkəmə iclasçılarının seçilməsi prosesində iştirak edir və öz tövsiyələrini verirdi. O vaxt Məhəmmədin cəmi 14 yaşı vardı.
M.Ələsgərli danışır ki, öz işini o qədər yaxşı yerinə yetirib ki, onu növbəti yayda da dəvət ediblər. Yeniyetmə həftədə 30 saat işləyib. Və təbii ki, bunu pulsuz edib. Onun mükafatı vəkilinin verəcəyi zəmanət məktubu olmalı idi, amma cavan oğlan onu ala bilmədi... Niyə?
Hər şey Məhəmmədin ailəsinin işə götürdüyü podratçının ödənişi alıb, öz işini axıra kimi yerinə yetirməyərək gizlənməsindən sonra başlayıb. Ailə məhkəməyə müraciət edib. Orada onun maraqlarını Məhəmməd müdafiə edib. O iddianı udub. Məhkəmənin qərarına əsasən, ailəyə 200 dollar ödəməli idilər. Amma gənc hüquqşünas təəssüflə aşkar edib ki, Missuri ştatının qanunları işdə, demək olar ki, onun ailəsinə çatası məbləği almağa imkan vermir və hökm, çətin ki, yerinə yetirilsin. Bu isə xırda işlər üzrə məhkəməyə müraciətləri faktiki olaraq mənasız edir.
Məhəmməd bu haqda yerli qəzetə yazıb və onun məqaləsi dərc olunub. Amma burada bir uyğunsuzluğa yol verilib. Nəşr cavan oğlanı "stajor" yox, klerk kimi təqdim edib, üstəlik onun işlədiyi firmanın adını çəkib.
Və bununla da vəkilə, hansına ki, Məhəmməd kömək edirdi, ştatın hakimləri tərəfindən tənqid dalğası başlayıb. "Bu uşaq kimdir ki, Missuridə hüquq sistemini şübhə altına qoyur?" - deyə onlar qəzəblə soruşublar.
Bütün bunlardan sonra vəkil ona zəmanət məktubu verməkdən imtina edib. Başqa sözlə, onun vəkilin ofisində keçirdiyi üç yay heş nəyin güdazına gedib...
M.Ələsgərli Harvard Universitetinə daxil olmaq istəyir. Amma onu narahat edən bir məqam var: Məhəmməd qorxur ki, vəkil-işə götürənindən zəmanət məktubu olmadan üç yayı hüquq ofisində keçirdiyini sübut edə bilməsin...
Bundan başqa, məqalə qəzetin saytından silinib və onun yalnız çap versiyası qalıb, hansını ki, istəkdən asılı olaraq haradasa kitabxanada tapmaq olar. Məhəmmədin sözlərinə görə, məqaləni saytdan vəkilin qəzetə müraciətindən sonra çıxarıblar. Vəkil yazını silməyi tələb edib və əks halda qəzeti məhkəmə iddiası ilə hədələyib. Onun tələbi bir neçə saat ərzində yerinə yetirilib.
"Mən bilmirəm, Harvarddakı qəbul komissiyasından kimsə mənim yazımı oxuyub, ya yox. Amma əgər oxuyublarsa, onda onlar bilirlər ki, Məhəmməd Ələsgərli yayda nə edirdi və niyə zəmanət məktubu almadı", - deyə cavan oğlan vurğulayıb.
Azərbaycanlını The Huffington Post-da dəstəkləyir. "Əgər 16 yaşlı məktəbli yalnız qəzetə məqalə yazdığına görə zəmanət məktubu almayıbsa, onda Missuri məhkəmə sisteminə ayıb olmalıdır ki, ləyaqətli cavan oğlanın karyerasını korlayır", - deyə nəşr yazıb.
"Həyatda mənim hədəfim, harada aşkara çıxarmağımdan asılı olmayaraq, bərabərsizliyə qarşı mübarizə aparmaqdır. Amma heç vaxt düşünə bilməzdim ki, bununla belə tez rastlaşacağam...", - Məhəmməd Ələsgərli bildirib.
Milli.Az
XƏBƏR LENTİ
Günün ulduz falı
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Sevin, sevilin, kəşf edin...
İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi
20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi
Toylarda bizə niyə toy tuturlar?
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Nədir sevgi?
Qara nöqtələr üçün 3 təbii maska
Ağıllı və müdrik qadın arasındakı fərqlər
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi
Anaya və ataya hörmət
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Qeyri-adi toy karvanı hər kəsi təəccübləndirdi-FOTO
Azərbaycan Rusiyadan qaz alacaq
Sibel Can Bakıya gəldi
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
İnternetdə mühafizə problemləri artır
Dünyanın ən bahalı retro maşınları Bakıda
"Çinar" şokoladı (foto resept)
2019 toy trendləri
Neft ucuzlaşdı
Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)
Saçlar sağlamlığınız haqqında nə deyir?
Azərbaycanda dövlət saytlarında niyə problem yaranıb?
Göz sağlamlığınız üçün incə məqamlar
Onlar qardaş imiş - FOTO
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Listdə pendirli rulo boxça (foto resept)
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Əhaliyə xəbərdarlıq
Bananlı kokteyl (foto resept)
Həsən Məmmədovun bu gün doğum günüdür
HAVA necə olacaq? 18 Mart
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Depressiyadan xilas olmaq üçün nə etməlisiniz?
Namaz: Allaha ibadət, yoxsa...?
Dövlət qulluqçuları hər ay testdən keçəcəklər
23 gün Şaxtada yaşayan şəxs xilas edildi-VİDEO
Onu kim unudar?! "Məhəmməd, ay Məhəmməd..."
Yağları əridən çay
Bu gün Olimpiya çempionumuzun ad günüdür
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Kartof Kroket (foto-resept)
At şampununun saçlarımıza təsiri
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Şvartsenegger əməliyyat olundu
Bu günün hava proqnozu
Cəfəri ye,sağlam ol!