10. İDDİA: Bütün mutasiyalar zərərlidir.
Gün ərzində insan bədənində minlərlə mutasiya baş verir, əgər hamısı zərərli olsaydı insan yer üzündən silinərdi. Mutasiyalar 3 yerə bölünür:
1. Neytral (60-65%)
2. Zərərli (30-35%)
3. Faydalı (5-10%)
Heç faydalı mutasiya yoxdur demək də mutasiyadan xəbərsizlikdir. Yetəri qədər faydalı mutasiya örnəkləri var. Bunlara ən baris nümunə Lenski təcrübəsidir. Lenskinin təcrübələrində E.Coli bakteriyalarının keçirdiyi faydalı mutasiyalar müşahidə olunmuşdur. Bundan əlavə CCR5 genində baş verən mutasiyalar, Donuz qripi virusunun keçirdiyi mutasiyalar, Bakteriyaların antibiotik dirənci, Drosophilanın qanadlarının uzanmasını dayandıran mutasiyalar, Peromyscus maniculatuslarda rəng dəyişən mutasiyalar və.s misal göstərilə bilər.
9. İDDİA: Heç bir ara keçid yoxdur.
Bu iddianı irəli atan insanlar görəsən ara keçidin nə olduğunu bilirlərmi? Göründüyü qədəriylə yox. Bu insanlar başı meymun bədəni timsah, başı ördək bədəni pişik canlılar axtarırlar. Bu da əlbəttə cəhaləttən irəli gəlir. Belə canlıların olması mümkün deyil. Təkamüldə heçbir müasir canlı digərindən yaranmayıb. Təkamülün öz yolu var. Ara keçid başı ayrı bədəni ayrı deyil, iki canlının xüsusiyyətlərini daşıyan varlıqlara deyilir. Bu cür canlılara nümunə olaraq yetəri qədər fosil göstərmək olar; Archeopterix, Tiktaalik Rosae, Eusthenepteron, Panderichthys, Bütün insan fosilləri və daha yüzlərlə fosil. Dinozavrları hətta heç bir sinifə aid edə bilmirlər. Onlar özlərində iki, üç sinfin xüsusiyyətini daşıyır. Bundan əlavə canlı ara keçidlər də mövcuddur. Yarasa, Balina, Delfin, Pinqvin və.s buna aiddir.
8. İDDİA: Rudiment orqanların funksiyaları var.
Rudiment orqan funksiyası olmayan deyil, funksiyasını itirmiş orqandır. Bu orqanların hər hansı funksiyası olması, onların rudiment olmadığı mənasına gəlməz. Rudiment orqanlara Ölmüş deyil Korlaşmış orqanlar deyilir. Məsələn, Plantaris əzələsi meymunlarda ayaqla tutmaq üçündür. İnsanda bu orqan var ancaq bu funksiya yoxdur. demək ki, bu orqan funksiyasını itirib. Tüklər soyuqdan qorunmaq üçündür, ancaq artıq bizdə bu funksiyanı daşımır. Bu kimi daha yüzlərlə nümunə göstərmək olar. Buna başqa bir misal da gətirim. Təsəvvür edin sizin bir Samsung Galaxy telefonunuz var. Bu telefonunuzda problem baş verir və zəng funksiyasını itirir telefon. Ancaq siz o telefondan şəkil çəkmək üçün istifadə edirsiniz. Bu o demək deyil ki, telefon yararsızdır, bu o deməkdir ki, telefon əsas funksiyasını itirib.
7. İDDİA: Təkamül müşahidə olunmayıb.
Bu iddianı da ortaya atanlar hər halda təkamüldən xəbərsiz insanlardır. Təkamül 1 gündə, 100 ildə, 1000 ildə baş verən proses deyil. Təkamül üçün 100 min, milyon illər lazımdır. Bunun müşahidə olunmasını gözləmək də əlbəttə axmaqlıqdır. Ancaq təkamül yolunda kiçik mərhələlər müşahidə oluna bilinib. Məsələn elə Lenski təcrübəsi, adadakı kərtənkələlər və.s.
6. İDDİA: Təkamül Termodinamikanın 2ci qanununa ziddir.
Termodinamikanın 2ci qanununa görə bütün şeylər zaman içində xaosa doğru gedir, yəni məhvə doğru. Təkamül isə canlıların daha mükəmmələ doğru getdiyini deyir. Termodinamikanın 2ci qanunu qətiyyən təkamülə aid edilə bilməz, çünki bu qanun qapalı sistemlər üçün keçərlidir, dünyamız isə açıq sistemdir.
5. İDDİA: Təkamül ilk canlının necə yarandığını açıqlaya bilmir.
Təkamül haqqında primitiv biliyə malik insan bu iddianı irəli atmaz, çünki ən az təkamül biliyi olan insan bilir ki, təkamül nəzəriyyəsi yaranışdan deyil, canlıların zaman içindəki dəyişikliyindən bəhs edir. Bu məsələylə qətiyyən maraqlanmır. Bu məsələylə Abiogenez, Biogenez, Kimyəvi təkamül və.s sahələr maraqlanır.
4. İDDİA: Göz o qədər mürəkkəbdir ki, təkamül etməsi mümkün deyil.
Artıq gözün təkamülü qətiyyən müəmma deyil. Göz ilk öncə tək hücrə olaraq gecə ilə gündüzü müəyyənləşdirirdi. Sonra hücrələrin sayı artdıqca işığa daha həssas oluruq. Ardından şəffaf hücrələr formalaşır, bunlar gözümüzün qorunması üçündür. Şəffaf hücrələr işığı zamanla qıraraq yansıtır və görüntü daha detallı hal alır. Bəzi insanlar gözün yaranaraq beyinlə əlaqələndiyinin açıqlamasının olmamasını deyirlər. Əslində göz beyindən daha öncə hücrə olaraq formalaşmışdır. Bunu Meduzalarda müşahidə edə bilərik. Bu canlılarda beyin olmasa da işiğa həssas hücrələr var və onlar işığı müəyyən edə bilirlər. Həmçinin gözün təkamül etməsinin sübutu ondakı xətalardadır. Bu haqda daha ətraflı öyrənmək üçün: http://tekamulaz.blogspot.com/2013/04/insan-gozunun-tkamulundki-shvlr.html#.VJ7hrsC7g
3. İDDİA: Darvin özünün “Növlərin mənşəyi” kitabında “Əgər dediklərim doğrudursa, bu qədər zamanda bu qədər növün ortaya çıxması qəribədir” deyərək nəzəriyyəsini inkar edib..
Bəli Darvin bu sözü həqiqətən deyib, amma səbəbsiz yerə deyildir. Darvin bu kitabı 1859-cu ildə yazıb, həmin dönəmlərdə dünyanın yaşı isə sadəcə 100 milyon il olaraq bilinirdi. Bu dönəmdə həqiqətən də bu qədər canlının formalaşması mümkün deyil. Bu gün isə artıq dünyanın yaşının 4.5 milyard olduğunu bilirik. Bu zaman elə təkamülə lazım olan zamandır.
2. İDDİA: Təkamül nəzəriyyəsi bütün dünyada çürüyüb.
Bu iddianın hardan çıxdığı həqiqətən çox maraqlıdır. Bütün dünyadakı ciddi elmi mərkəzlərin hamısı təkamülü qəbul edir. Və dünyanın bütün inkişaf etmiş ölkələrinin elmlər akademiyası da buna aiddir. Buyurub siyahıya baxa bilərsiz: http://www.interacademies.net/10878/13901.aspx
1. İDDİA: İnsan meymundan yaranıbsa, niyə hələ də meymunlar var?
Hər halda yarışma keçirilsə bu sual dünyanın ən axmaq sualı seçilər. Heç bir təkamülçü bioloq “İnsan meymundan yaranıb” deməyib. Ümumiyyətlə heç bir müasir canlı digərindən yaranmayıb. Ortada sadəcə ortaq ata faktoru var. Bu sualı ciddi elmi sual kimi təqdim edən insanların da hələ də insana təkamül edə bilmədiyinə inanıram.
Ziya Balıyev
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Türkiyədə zəlzələ: yaralananlar var
Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub
Dilqəmin məktubu çatdı
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
Qeyri-adi görünüşlü kitabxana
Günün ulduz falı
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Qripin müalicə prosesini sürətləndirən 5 təklif
Virtual Mercedes real olacaq
Sızanaqları aradan qaldıran süd maskası
Dünyanı necə çirkləndirdiyinizi görün
Zahanın Qətərdə stadionu
Günün ulduz falı
90-cı illərin saç və makiyaj trendləri geri gəlir
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Qeyri-adi broşlar
Satılan mənzillərin 30 faizinin sənədi yoxdur
Bakının bu hissəsində qaz olmayacaq
Hamilə xanımların diqqətinə...
Şvarsnegger 61 yaşlı Sara ilə qayıtdı-FOTO
Dəbli gəlinliklər
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
Müəllimlər hansı hallarda cəzalandırıla bilərlər
Eser Yenenler 15 kq arıqladı
Həyatımı Ona borcluyam...
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Miniatür kitab muzeyi Ginnesin rekordlar Kitabına düşüb
Rasim Balayev karantinə alındı
Facebook parolunu unudanlara XOŞ XƏBƏR
Burak Özçivit bu dəfə Buxarestə gedir
Maraglı fincanlar
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Qvinet Peltrou toy FOTOsunu paylaşdı
Qonşusu ilə dalaşan Ed Şiran pandemiya dövründə yeni evlər aldı
Bakıda partlayıcı qurğu aşkarlanıb
“Cumali” aşiq olub - FOTO
Dostu necə tapmalı?
"Qələbəni anama həsr edirəm"
Rabitə Nazirliyinin təklifi internet-provayderlərin gözləntilərini doğrultmadı
Bu yeni sözləri dilimizdə işlədə biləcəyik - SİYAHI
Salep necə hazırlanır?
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Avropanın ən hündür atraksionu bu şəhərdə qurulacaq – FOTO
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
Ağız qoxusunu yaradan səbəblər və həlli yolları
Pulsuz təhsil alanların sayının artırılması təklif olunur
HAVA necə olacaq?
Ana qatili olmayaq