8. ”Great Gatsby”-” Möhtəşəm Getsbi”
Scott Fitzgeraldın 1925-ci ildə yazdığı eyniadlı romanı əsasında 2013-cü ildə çəkilmiş 3D formatlı 142 dəqiqəlik ekran əsəridir. Filmin baş rollarında Leonardo Di Caprio Tobey Maguire Carey Mulligan çəkilmişdir.
Yazar olmaq üçün New Yorka gələn Nick Carrawayın yolları milyoner Gatsby və onun mühiti ilə kəsişir. Kasıb bir oğlan olan Gatsby zəngin bir qıza vurulur, onu əldə eləmək üçün varlanmağı həyatının bir nömrəli məqsədinə çevirir. Bu yolda o, cinayətlər işləyir, kriminal dünyanın lordlarından birinə çevrilir, bahalı ziyafətlər təşkil edir. Nəhayət Nick Carravayn da əmisi qızı olan bu qadın Getsbiylə görüşür.
9. “The other Woman”- ” Digər qadın”
Xoşbəxt bir evliliyi olduğunu düşünən Kate King və hüquqşünas Carlyın ideal münasibətləri vardır. Bir gün Carly sürpriz eləmək məqsədilə sevgilisi Markın evinə gəldiyində onu Kate qarşılayar. Hər iki qadın nə edəcəyəni bilməzlər. Zamanla aralarında dostluq münasibətləri başlayar və birlikdə intiqam planları qurmağa başlayarlar. Bu dəfə isə onları başqa bir sürpriz gozləyir. Markın bu iki qadından başqa Ambera adlı biri ilə də münasibəti vardır. Melissa Stackın kitabı əsasında komediya janrında çəkilmiş filmin rejissoru Nick Cassavetesdir. Filmin baş rollarında isə Cameron Diaz, Leslie Mann, Kate Upton çəkilmişdir.
10. ”Legends of the fall”- ” Payız əfsanələri”
Jim Harrisonun eyniadlı romanı əsasında çəkilən filmdə hadisələr XIX əsrin sonlarında cərəyan edir. Albay William Ludlow üç oğlunu anaları olmadan böyütmüşdür. Oğlanların birinin nişanlısı olan Suzannanın Ludow və oğlanları ilə eyni evdə yaşamağa başlamasından sonra işlər gözlənilmədən dəyişəcəkdir.
Filmin baş rollarında Brad Pitt, Antony Hopkins, Aidan Quinn, Julia Ormond oynamışdır. Filmin rejissoru isə Edward Zwickdir.
11.”Trainspotting”- ” İynəyə oturma”
trainspottingTrainspotting 1996-cı ildə Danny Boyle tərəfindən çəkilən İrvine Welshin yazdığı eyni adlı romanı əsasında çəkilmişdir. Film Edinburghda yaşayan bir qrup narkoman gəncdən bəhs edir. Baş qəhrəman Renton dəfələrlə narkotikdən qurtulmağa çalışsa da, buna nail ola bilmir. Son cəhdində ölümlə burun-buruna gələn qəhrəman bir anda bambaşqa bir insana dönüşür. Filmdə kitabın müəllifi İrvine Wellsin də narkotik satıcısı obrazında kiçik bir rolu var. “Total Film” jurnalı Trainspotting filmini bütün zamanların ən yaxşı dördüncü ingilis filmi adlandırmışdır. Filmin baş rolunda Ewan McGregor, Ewen Bremner, Jonny Lee Miller oynamışdır.
12. ”Dead Poets Society “ – ” Ölü şairlər cəmiyyəti”
Film John Keating adlı fərqli və savadlı ədəbiyyat müəlliminin çox dissiplinli bir oğlanlar liseyinə gəlməsi ilə başlayır. Keating şagirdləri ədəbiyyat və şeirin bambaşqa dünyası ilə tanış edir. Məktəb direktoru şagirdlərə azadlığı dünyaya fərqli tərəfdən baxmağı öyrədən bu yeni ədəbiyyat müəllimini şagirdlərin birinin intiharında səbəbkar görür.
Filmin baş rollarında Robin Williams, Ethan Hawke, Robert Sean Leonard və başqaları çəkilmişdir. Film Tom Schulmana ən yaxşı ssenari mükafatı qazandırmışdır.
13. ”A clockwork orange” – ” Mexanizm Portağal”
1971-ci ildə Anthony Burgessin eyni adlı kitabı əsasında çəkilmiş film İngiltərədə yaşayan gənc Alexin dörd nəfərlik qruplaşması ilə törətdiyi vəhşiliklər ilə başlayır. Azğın ruhu olan Alex qadın, qoca, uşaq – fərq etmədən özünəməxsus cəsurluqla müxtəlif vəhşiliklər, cinayətlər törədir. Lakin bu dominatlığı digər üç dostunun ürəyincə olmur və onlar Alexi tələyə salırlar. Beləliklə Alexin həbs həyatı başlayır. Sevimli içkisi süd olan, Bethovenin musiqisindən heyrətamiz dərəcədə zövq alan 14 yaşlı gənc Alex həbsxanada və həbsxanadan sonra gözlənilməz hadisələrlə qarşılaşır.
Stanley Kubrickin çəkdiyi filmin baş rolunda Malcolm McDowel Patric Magee və başqaları çəkilmişdir.
14. ”Kıskanmak”
kiskanmak2009-cu ildə Zeki Demirkubuz tərəfindən ekranlaşdırılan film Nahid Sırrı Örikin eyni adlı romanı əsasında çəkilmişdir.
Ana və atasını itirən 40 yaşlarında Seniha və Halit birlikdə yaşayırlar. Halit özündən 10 yaş kiçik Mükerrem ilə evlidir. Halitin işi səbəbi ilə İstanbuldan Zonquldağa gələn üçlü arasında gözlənilməz hadisələr yaşanır. Mükerrem burada varlı və gənc Nüzhet ilə tanış olur və münasibət qurur. Ikilinin sevgi macerasından xəbərdar olan Semiha isə olanlara göz yummaqdadır. Bütün bunlardan xəbərdar olan Nüzhet bir gecədə hər kəsin həyatını dəyişir.
Filmin baş rolunda Nergis Öztürk, Serhat Tutumluer və Berrak Tüzünataç oynamışdır. Seniha rolu ilə Nergis Öztürk 46-cı Antalya Altın Portakal Film Festivalında ən yaxşı qadın oyunçu adına layiq görülmüşdür.
15. ”Forrest Gump” – ” Forest Qamp”
Forest Gump 1986-cı ildə Winston Groomun eyniadlı romanı əsasında çəkilmişdir.
Filmdə İQ səviyyəsi aşağı olan və öyrənməkdə çətinlik çəkən, ancaq fiziki bacarıqları olduqca inkişaf etmiş Forest Gumpun yaşadıqlarından bəhs edilir. Robert Zemeckis tərəfindən çəkilən filmin baş rollarında Tom Hanks, Robin Wright, Gary Sinse və Sally Field oynamışdır. Film, ümumilikdə 13 nominasiyada Akademiya mükafatına namizəd göstərilmiş və ən yaxşı film, ən yaxşı baş rol, aktyor, ən yaxşı rejissor, ən yaxşı uyğunlaşdırılmış ssenari kimi önəmli nominasiyalar da daxil omaqla 6 nominasiyada Oskar qazanmışdır. Qeyd edək ki, Forest Gump 8.8 İMDB xalı ilə dünyada 14-cü sıradadır.
Hazırladı: Ayşən Rizvan
XƏBƏR LENTİ
Liftdən istifadə koronavirusa yoluxma ilə nəticələnə bilər
Tanınmış futbolçu Azərbaycan klubuna gəlir
Süd qaymağının dəriyə faydası
Dünyanın ən gözəl qadını
İkiqat qohumluğa ehtiyac varmı?
Qızardılmış kartof ruleti(foto resept)
Modern çilçıraq modelləri
İnsan bədəni qüsursuzdur
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Ermənistanda güclü zəlzələ
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
HAVA necə olacaq?
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (3)
Aslı Enverin tək qaşlı üzüyü diqqət çəkdi-FOTO
Yaşlarını təxmin edə bilməyəcəksiniz
Toxunma əl işləri
Dodaq ətrafı qırışları necə yox etməli?
Yeganə boşanmadığını belə sübut etdi
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Zehni pəhriz nədir?
Xaçmazlı rəssam evini muzeyə çevirdi - VİDEO
Dünyada nüvə müharibəsinin anonsu verildi
Bu tapıntı alimləri heyran qoydu
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Yağış yağacaq
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Koronavirusla bağlı son STATİSTİKA
Platforma ayaqqabılar
Ofis işçilərinin xəstəliyi
Şumaxer ayıldı və xəstəxanadan çıxdı
“Wi-Fi” şüası zərərlidirmi?
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Hər 40 saniyədə bir nəfər intihar edir
Payız və qış gəlinləri üçün saç modelləri
Arzular şəhəri "London"
Kişilərin "paxmel"i: nə etməli?
Firon Tutanhamonun oğurlanmış heykəli – Satışa çıxarılır
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Rusiyaya qarşı yeni sanksiyalar
Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi
Kakaolu şirniyyat (foto-resept)
İşçilərin hüquqlarını pozan sahibkarlar həbs olunacaqlar
Madonna özündən 35 yaş kiçik rəqqasla sevgilidir - FOTO
Heydər Əliyev tərxis olundu - FOTO
Bakı sürücülərinin nəzərinə: pul verməyənləri biabır edəcəklər
Ana qarğışı
Banan maskası
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Saduların dəhşətli vərdişləri
- ŞƏRHLƏR