Valideyinlər və uşaqlar arasındakı anlaşılmazlıqlar hər zaman olduğu kimi bu gün də bir çox ailələrdə problem olaraq qalmaqdadır. Bəs bu problemlərin əsas səbəbləri nələrdir? Valideyin övlad münasibətlərinə təsir edən əsas amillər nələrdir? Bu zaman insanların hadisələr qarşısındakı davranışlarını incələmiş Ellis qavramından faydalanmaq olar. Ellis qavramına qısaca ABC deyilir.
A…..hadisəni
B…..insanın hadisəni qəbul etməsi
C…..duyğu və davranışların simvolu
Səbəblər eyni olsa da çox zaman nəticə yəni C fərqli olur. Başqa cür desək, nəticələr eyni olsa belə hər insanın hadisələrə yüklədiyi mənalar fərqlidir.
Hadisələrə verdiyimiz anlamlara “yükləmə” deyilir. Yükləmələrə təsir edən bir sıra faktorlar vardır:
-təcrübələrimiz
– öyrəndiklərimiz
– müşahidələrimiz
– duyğusal zəkamız
– ünsiyyətimiz
Ünsiyyətimizi əngəlləyən ən böyük faktorlardan biri ünsiyyət qurma tərzimizdir. Nəyi necə və hansı üslubda deməyimiz qarşımızdakına verdiyimiz mesajı doğru alıb almamasına birbaşa təsir edir. Doğru ünsiyyət qurma bacarığı sayəsində hər bir valideyin övladı ilə düzgün münasibət qura bilər. Məsələn, əksər hallarda valideyinlər övladlarına “bizim zamanımızda” ilə başlayan cümlələrlə müraciət edirlər. Təbii ki, burada valideyinlərin məqsədi uşaqlarında qıcıq yaratmaq deyil, əksinə onlarla təcrübələrini bölüşməkdir. Lakin bu cümlələrdən əksər uşaqların xoşu gəlmir və bunu mənfi hal kimi qiymətləndirirlər.
“Bizim zamanımızda” ifadəsi yalnız doğru zamanda və doğru ifadələrlə istifadə olunduğu zaman faydalı ola bilər. Lakin əksər valideyinlər bu cümləni yanlış zamanda və yanlış tərzdə dilə gətirirlər.
Unutmayaq ki münasibətlərin gərgin olduğu zamanlar məsləhət vermək və ya həyat dərsi keçmək üçün uğurlu zaman deyildir. Belə hallarda yalnız uşağı anlamağa cəhd göstərməli və ona özünü ifadə etməsi üçün suallar verməliyik. Siz övladınızı dinlədikdən və onu anladıqdan sonra o, da sizin həyat təcrübələrinizi və məsləhətlərinizi dinləməyə və nəticə çıxarmağa hazır olacaqdır.
Digər bir nümunəni ana-qız münasibətlərinə gətirmək olar. Məsələn, bütün gün işləyən və evə yorğun gələn ana televiziya qarşısında əyləşib sevimli verlişinə baxan qızına “Dur ayağa mənə kömək elə, heç bir işə yaramırsan” demək əvəzinə “ Bütün gün işləyib yorulmuşam, mənə kömək edə bilərsənmi? deyə müraciət edərsə nə ana yersiz yerə əsəbiləşər, nə də qızının qüruru inciyər.
Uşaqları həmsöhbətiniz olaraq görmədiyiniz, onlarla ünsiyyət qurmadığınız müddətdə onlarla aranızda uğurlu valideyin- övlad münasibətindən söz gedə bilməz. Uşaqlar iki yaşlarında belə onlara diqqət göstərməyinizi, ciddiyə almağınızı, qısaca onları “adam yerinə qoymağınızı” gözləyirlər.
“Uşağım məni anlamır” deyən valideyinlərin övladlarının da “Valideyinlərim məni anlamır” dedikləri dəfələrlə təcrübə edilib. Yəni problem uşağınızın sizi anlamaması deyil, sizin qarşılıqlı anlaşa bilməməyiniz və düzgün ünsiyyət qurmağı bacarmamağınızdır.
“Sən bilmərsən biz nələr görmüşük nələr eşitmişik” , “ bizim dırnağımızın bildiyin sənin başın bilmir” kimi ifadələrlə övladımıza yanaşsaq bu, uşağımızı ciddiyə almadığımızı, onların düşüncələrinə qiymət vermədiymizi göstərər. Düşüncələrmizdən və həyat təcrübələrimizdən əmin olsaq belə, övladlarımızı sonuna qədər dinləməyi və onlara hörmətlə yanaşmağı bacarmalıyıq.
Xüsusilə də yeniyetməlik dövrlərində uşaqlar daha da emosional və aqressiv olurlar. Belə zamanlarda ən vacib məsələ aşağı səs tonu ilə danışmaq və empatiya qurmaqdır. “Sən olsan necə edərdin” deyə sual verərək uşaqlarınızın düşüncə və istəklərin öyrənə və onlarla empatiya quraraq münasibətlərinizdə uğur qazana bilərsiniz.
Bəzən uşaqlarımız bizim yanımızda eləmədiklərini başqa yerlərdə özəlliklə də qonaq getdiyimiz yerlərdə edirlər. Bunun səbəbi qonaq getdiyimiz yerdə uşaqımıza evdəkindən fərqli yanaşmağımız və uşağımızın bunu bilməsidir. Uşaq bu zaman düşünür ki “ qonaq gəlmişik, onsuz da nə etsəm tənbeh edilməyəcəm” . Təbii ki, bir çox zaman getdiyimiz yerlərdə xüsusilə də böyüklərin qarşısında uşağımızı tənbeh etmək düzgün olmaz. Lakin uşaqlarımızı başqalarının yanında baxışlarımızla anlaşmaq halına gətirə bilərik.
Uşaqlar yanlış bir hərəkət etdikəri zaman valideyinlər əksər hallarda onlara qışqırar və zorakılıq edirlər. Fiziki şiddət fikir olaraq günümüzdə qəbul edilməsə də bir çox ailələrdə hələ də tətbiq edilir. Ailələrin fiziki şiddətə baş vurmasının əsas səbəbləri bunlardır:
-Başqa üsul bilməmək
-Aqresiyanı cilovlaya bilməmək
-Ən asan və bilinən üsul
Bir çox ailələr isə fiziki şiddətdən çox mənəvi (psixoloji) şiddətə üz tuturlar. Fiziki şiddətin yanlışlığı bilinsə də mənəvi şiddətin yanlış ola biləcəyi çox zaman ağla da gəlmir. Mənəvi şiddətə aid edilir:
-təhqir etmək
-günahkar çıxarmaq
– ələ salmaq
Uşaqlar bəzən yanlış hərəkətlər edirlər. Bu zaman valideyinlər mümkün qədər səbrli olmalı və onlara yanlışlarını izah etməlidirlər. Uşaqlar düzgün hərəkət etmədikləri zaman valideyinlər onların davranışlarını doğruları öyrənə bilməsi üçün bir fürsət olaraq dəyərləndirməlidirlər. Valideyinlər bu kimi hallarda səbr göstərib uşaqlarına anlayışlı davranarlarsa uşaq həm doğruları öyrənər, həm də həyatda daha güclü addımlarla irəliləyərlər.
Əksər valideyinlər isə uşaqları yanlış hərəkət etdiyi zaman onların yanlşların üzlərinə vurur, günahkar çıxardır və tənqid edirlər. Hətta bəzi valideyinlər düşüncəsizlik edib bu davranışlarını başqalarının qarşısında sərgiləyərlər. Təbii ki bu da övlad valideyin arasındakı uçurumu daha da dərinləşdirir. Uşaqlara heç vaxt hədə-qorxu gəlinməməlidir, başqalarının yanında isə qətiyyən olmaz.
Bir çox valideyinlər isə uşaqlarındakı qüsurları onları ələ salaraq ortadan qaldırmağa çalışırlar. Dırnaqlarını yeyən və altını isladan uşaqların bu davranışların ələ salmaq onlara mənəvi şiddət tətbiq etməkdir ki, bu da yolverilməz haldır.
Bir çox insanlar ana – ata olarkən valideyinlik haqqında heç bir anlayışa sahib olmurlar. Bu səbəbdən onlar uşaqları ilə zamanında öz ata analarının onlarla davrandığı kimi davranırlar. Lakin ana və atalar yaxşı olardı ki, uşaq psixologiyasın araşdırsınlar və özlərini bu sahədə inkişaf etdirsinlər.
Hakan Metan “Bu Çocuk Beni Anlamıyor”
hazırladı: Ayşən Rizvan
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
14 yaşlı qızdan Dəhşətli Əməl!-FOTO
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
Orta əsr coğrafiyası (V-XV əsrlər )
Ramazan ayının 23-cü gününün duası
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?
Məsamələri sıxlaşdıran maska
80 ölkə arasında 1-ci yerə çıxdı - Azərbaycanlı şagirdin qızıl uğuru
Dəbli koftalar
Düşmən Tərtəri atəşə tutur - RƏSMİ
Yeni il bayramını qeyd etmək olarmı?
HAVA necə olacaq? 20 MAY
Övlad valideyninə əl qaldırarsa...
Övlad sahibi olmaq istəyənlər
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Sadə tort (foto resept)
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirildi
Mövsümlər və dəri rəngi
Hava haqqında - 19.03.2014
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?
Qarderobdakı təhlükələr
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Şahzadə Harri və Meqanın səfəri davam edir-FOTO
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Bu cür qadınlara heç zaman rast gəlməyəcəksiniz!
Metabolizmanı sürətləndirən tövsiyələr
Ağır əməliyyatdan sonra sağalmaq şansı qan qruplarından asılıdır
İbrahimoviçin şərəfinə axtarış sistemi yaradıldı
Azərbaycanda Qurban bayramı qeyd olunur
Bir birindən gözəl jiletlər
Cəbhədə vəziyyət gərginləşdi
Balalarını xilas etmək üçün özünü fəda etdi - VİDEO
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA
Məşhur müğənni əməliyyat olundu – FOTO
2014-cü ilin ən dəbli çantaları
Hava müjdəsi
İdmanın uşaq sağlamlığına faydaları
Bakıya qar yağacaq
Allergiya mövsümü başladı
Avropada ilk transfer bombası partladı
Uşaqların inkişaf dövrü
Fərqli və gözəl manikür
22 kq kökələn aktrisa tanınmaz halda - FOTO
Heyvanlar metroda
Bir-birindən gözəl çiçəkli tortlar
Fərqli manikür nümunələri
10 dəqiqəyə dərini yeniləyən maska
Anası ilk dəfə danışdı - küsülüdür