Avropanın ən baxımlı və zərif qadınları kimi tanınan fransız qadınlarının sizcə, gözəlliklərinin sirri nədədir?
Fransız qadınlarına çoxumuz heyranlıqla baxırıq. Onlara baxanda saçlarına və dərilərinə özünəməxsus gözəllik sirləri və texnikaları olduğu görünür.
Yataqdan qalxdıqda belə gözəl görünən bu qadınların sirri nələrdir? Fransız qadınları kimi qüsursuz dəriyə, saça və stilə yiyələnmək üçün bu məsələlərə xüsusi diqqət etmək lazımdır.
Dəriyə masaj edin – Fransız qadınları makiyajdan əvvəl, dəriyə lasyon və nəmləndirici çəkirlər. Dərinin parlaq və elastik görünməsi üçün nəmləndirici çəkəndə həm də masj edirlər. Belədə dəri nəmləndiricini daha rahat sorur.
Makiyajla yatmamağa çalışın – Fransız qadınları təbii makiyajın tərəfdarıdır. Fransız qadınları gündəlik makiyajda bizim qadınlar kimi ağır makiyajı sevmir. Gündəlik makiyajda bir azca ənlik və dodaq boyası istifadə edirlər. Xüsusən də açıq qırmızı dodaq boyası onlar üçün əvəzolunmazdır. Dərilərini makiyajdan maksimum dərəcədə qorumağa çalışırlar. Sadəlikləri ilə göz qamaşdıran fransız qadınları gecə makiyajla əsla yatmazlar. Makiyajı təmziləmək onlar üçün ənənəvi işdir.
Termal su ilə dərini təravətləndirin – Fransız qadınları üz dərisində qan dövranını sürətləndirmək üçün termal su işlədirlər. Termal sular dərini nəmləndirmək və təravətləndirmək qabiliyyətinə sahibdir. Bu baxımdan termal sular dəri üçün olduqca effektli vasitədir.
Üzü çox yumayın – Fransız qadınları hesab edir ki, üzü tez-tez yumaq dərinin yağ və nəm balansını pozur. Buna görə də gün ərzində üzlərini çox az yuyarlar. Axşamlar isə dəri tipinə uyğun tonik və kremlə dəri təmizliyi edirlər. Fransız qadınlarını nümunə götürərək hər gecə siz də nəmləndirici serumlar və toniklər çəkin.
Ölü hüceyrələri təmizləyin – Fransız qadınları ölü hüceyrələrdən xilas olmaq üçün dərini korlamayan formada kosmetik süngər işlədirlər. Qabıq verən dəriyə isə maska hazırlayırlar. Dərinin üst təbəqəsində yığılan ölü hüceyrələrdən xilas olmaq üçün fransız qadınları kimi süngərdən istifadə edin.
Təbii saçların sirri – Baxımlı görünən və par-par parıldayan saç qadının gözəlliyini ön plana çıxaran ən əhəmiyyətli vasitədir. Fransız qadınları saçları üçün kosmetik məhsulları işlətmək yerinə, ən təbii vasitələri məhsullarla təmizləyirlər. Təmizlədikdən sonra saçın öz nəmini qorumaq üçün fendən istifadə etmirlər, təbii şəkildə qurudurlar.
Sağlam qidalanın – Fransız qadınları gözəlliyini qorumaq üçün sağlam qidalanmağın mütləq olduğunu düşünürlər. Sağlam qidalanmaq sağlam yaşamaq, sağlam dəri və sağlam saç deməkdir. Vücuddakı hüceyrələri normya salmaq və balansını qorumaq üçün karbohidratlar, proteinlər, minerallar və vitaminlərdən bol-bol istifadə edirlər. Sağlam qidalanma ilə yanaşı, hərdən bir şərab da içirlər.
Gözəlliyinizin qeydinə qalın!
XƏBƏR LENTİ
Dekor sabunlar təhlükə mənbəyidir
Müdriklər demişlər (1-ci hissə)
Nyu-Yorku siçanlar basdı
Eynəkdən istifadə edən qadınların makiyajı
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır
Twitter Avropada güclənir
Gənclərin gec evlənməsinin səbəbi məlum oldu
Milli Ordumuzda dəyişiklik
"Çocuklar duymasın" serialı final etdi
Aşura günü yağış yağacaq
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Azərbaycanda sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr açıqlandı - SİYAHI
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Rezidenturada 24 plan yeri boş qaldı
Yanıqlar
Ayaqaltı modelləri
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Çəhrayı dabanlara sahib olmaq üçün...
Bakıda daha bir yolda çökmənin səbəbi açıqlandı.
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Qadın barğamını kəsib boynundan asdı
Mehmet Ali Erbilin vəziyyəti ağırlaşdı
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Putindən Qarabağla bağlı AÇIQLAMA
Qış pəhrizi
Kosmosda şəffaf qalaktika kəşf olundu
Konsert həvəskarlarının nəzərinə
Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Faydalı 7 məsləhət
Məşhur aktrisadan FOTOsessiya
Göz formasına uyğun makiyaj etmək üsulları
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
Bürclərə görə 2018-ci ilin PROQNOZU: SARI İT İLİ kimlər üçün UДћURLU OLACAQ?
Anormal valideynlər
1 günə 20 min qazandı-FOTO/VİDEO
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Rusiya Qələbə Paradını təxirə saldı
Saçları gözəlləşdirən sadə üsullar
Zəka geriliyi
Kartof salatı (video-resept)
Almaniya qondarma "erməni soyqırımı"nı tanıdı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
Sabahın HAVAsı
- ŞƏRHLƏR